Icma.az
close
up
RU
Gənclərdə və yaşlılarda diz ağrıları Həkimə nə vaxt getməli?

Gənclərdə və yaşlılarda diz ağrıları Həkimə nə vaxt getməli?

Icma.az, Medicina saytına istinadən bildirir.


Diz ağrısı, diz oynağında və ya ətraf toxumalarda yaranan narahatlıq, ağrı və hərəkət məhdudiyyəti ilə xarakterizə olunan vəziyyətdir. Travmalar, iltihabi xəstəliklər, degenerativ dəyişikliklər, yaşla bağlı qığırdaq yeyilməsi, həddindən artıq yüklənmə diz ağrılarına səbəb ola bilər.

Dizdə ağrılar müxtəlif formalarda özünü göstərə bilər və səbəbdən asılı olaraq simptomlar fərqli şəkildə büruzə verir.

"Medicina" xəbər verir ki, ən çox rast gəlinən simptomlar bunlardır:

Dizdə ağrı hissi – həm istirahətdə, həm də hərəkət zamanı ola bilər.

Şişkinlik və qızartı – oynağın ətrafında iltihab və maye yığılması ilə bağlıdır.

Hərəkət zamanı səs gəlməsi – xırçıldama, sürtünmə və ya “klik” səsləri.

Sərtlik və hərəkət məhdudluğu – xüsusilə səhərlər və uzun müddət oturduqdan sonra.


Pilləkən qalxarkən və enərkən ağrının artması.

Dizdə boşalma və ya bərkidilmə hissi – sanki diz öz funksiyasını itirirmiş kimi.

Bəs diz ağrıları olan pasiyentlər həkimə nə vaxt müraciət etməlidir?

Kliniki Tibbi Mərkəzin Travmatologiya şöbəsinin müdiri, həkim-travmatoloq Vaqif Hüseynov bildirib ki, diz ağrıları insanların ən çox üzləşdiyi ortopedik problemlərdən biridir: Diz ağrısı bir neçə gündən artıq davam edirsə və gündəlik hərəkətlərinizə mane olursa, bu, artıq həkimə müraciət üçün ciddi siqnaldır. Xüsusilə pilləkən qalxarkən və enərkən ağrının güclənməsi, uzun müddət oturduqdan sonra qalxmaqda çətinlik, hərəkət zamanı dizdən xırçıldama səsi gəlməsi, həmçinin oynağın ətrafında şişkinlik və qızartı müşahidə olunursa, vaxt itirmədən travmatoloq və ya ortoped müayinəsinə getmək vacibdir”.

V. Hüseynov qeyd edib ki, ağrının qəfil başlaması, xüsusilə də yıxılma, burxulma və ya güclü zərbə sonrası yaranması vəziyyəti daha da riskli edir: “Belə hallarda diz bağlarında qopma, menisk yırtığı və ya sümük sınıqları ola bilər. Bu cür zədələr ilk saatlarda düzgün müalicə olunmadıqda gələcəkdə daha ciddi fəsadlara – oynağın deformasiyasına, hərəkət məhdudiyyətinə və hətta əməliyyat zərurətinə səbəb ola bilər. Dizdə uzunmüddətli, xroniki ağrıların səbəbi isə çox vaxt qığırdaq yeyilməsi, yəni artroz olur. Bu, yaş artdıqca daha çox rast gəlinir, lakin artıq çəkisi olan gənclərdə də tez-tez görülür. Xəstəliyin erkən mərhələsində həkimə müraciət edilsə, sadə müalicə üsulları ilə vəziyyəti nəzarət altına almaq mümkündür.

Cərrahi müalicəyə ehtiyac yaradan əsas vəziyyətlər bunlardır: menisk yırtığı və ya bağların qopması, xroniki və şiddətli artroz (gonartroz), iltihabi və ya infeksion ağırlaşmalar və s.

Cərrahiyyə üsulları xəstəliyin növündən asılı olaraq fərqlənir. Ən sadə halda artroskopiya ilə kiçik müdaxilə aparılır, daha ağır hallarda isə tam oynaq protezlənir. Müasir protezlərin ömrü 15–20 il, bəzən daha çoxdur və xəstəyə əvvəlki həyat fəaliyyətinə qayıtmaq imkanı verir”.

MEDİCİNA.AZ


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:213
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 03 Sentyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri