Gəncləri həvəskar zəfər musiqilərinin ümidinə qoymaq olmaz Zahid Oruc
Anews portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Əhalini həvəskar zəfər mahnılarının ümidinə qoyanda xarici musiqilərə və filmlərə maraq tələbatı artıracaq. Bunu deputat Zahid Oruc deyib.
"Böyük qayıdışın hər fəslini götürüb əsərə çevirmək olar. Gəncləri həvəskar zəfər mahnılarının ümidinə qoymaq olmaz. Bu xarici musiqilərə və filmlərə marağı daha da artıracaq. Türkiyə haqlı olaraq, imperiya keçmişini dirçəldir, "Diriliş Ərtoğrul”u, "Möhtəşəm Yüz il”i, "Paytaxt Əbdülhəmid”i, "Fateh-1453”-ü çəkir. Bizim də dirilişimiz, möhtəşəmliyimiz, Şuşa qələbə paytaxtımız, fatehimiz əbədiləşməlidir. Qorxulu kütləvi qırğın silahları, "F35”-lər deyil, mədəni irsi məhv edən təbliğatdır, NoWarçı-lar, anarxistlər, nihilistlərdir, sosial layihələr adı altında Rotary-lər, Salam Sinemalar, iştirak evləri, ideaLablar-dır", - deputat noyabrın 25-də Milli Məclisdə "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı bildirib.
2025-ci il dövlət büdcəsindən mədəniyyət sahəsinə 234 milyon manat vəsait ayrılıb.
Gülnar Nazimqızı
www.anews.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 25 Noyabr 2024 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















