Icma.az
close
up
RU
Gəncləri narkotikdən qorumaqda təlimlərin rolu nədir? EKSPERT DANIŞDI

Gəncləri narkotikdən qorumaqda təlimlərin rolu nədir? EKSPERT DANIŞDI

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

Son illərdə narkotik maddələrin yaratdığı təhlükə həm fərdləri, həm də cəmiyyəti narahat edir. Bu problem yalnız istifadəçiləri deyil, onların ailələrini və yaxın çevrəsini də təsir altına alır.

Dünyada narkotik maddələrdən qaynaqlanan faciələr getdikcə çoxalır. Azərbaycanda da bu məsələ ictimaiyyət və ekspertlərin diqqət mərkəzindədir.

Bəs bunun üçün təlimlər kifayət edirmi?

Mövzu ilə bağlı Gununsesi.info-ya danışan Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalov bildirib ki, bu sahədə xüsusi təlimlərin keçirilməsi vacibdir:

“Narkotik maddələrin yaratdığı fəlakət yalnız istifadəçilərə deyil, onların ailələrinə, yaxınlarına və cəmiyyətin bütövlüyünə ciddi təsir göstərir. Xüsusilə azyaşlılar və gənclər bu təhlükənin əsas hədəf qrupunu təşkil edir. Onların təcrübəsizliyi, maraq hissi və bəzən yanlış təsir altında qalması gəncləri narkotik asılılığının girdabına sürükləyə bilər.

Beynəlxalq araşdırmalar göstərir ki, narkotik maddələrə başlama yaşı adətən 13-17 arasındadır. Erkən yaşda narkotik maddəyə başlayanların asılılıqdan xilas olmaq şansı isə 4 dəfə azalır.

Dünyada baş verən real faciələrdən dərs almaq gənclərin maarifləndirilməsinin vacibliyini ortaya qoyur.

ABŞ-da son 20 ildə Opioid böhranı nəticəsində kimyəvi narkotiklərin istifadəsi 2 milyondan çox insanın həyatına son qoyub və bu, şəhərlərin iqtisadi və sosial həyatına ciddi təsir göstərib.

Kanadada gənclər arasında “əyləncə” məqsədli istifadə edilən Fentanyl çox az dozada belə ölümə səbəb olub və 2022-ci ildə Britaniya Kolumbiyasında ölüm halları rekord səviyyəyə çatıb.

Rusiyada ucuz və asan əldə olunan “Krokodil” maddəsi gənclər arasında yayılı. Ucuz və asan əldə olunduğu üçün gənclər arasında yayılan bu maddə bir neçə ay ( bəzilərində daha tez ) ərzində insanın orqanizmini məhv edir, dəhşətli bədən yaraları və sürətli ölümə gətirib çıxarır.

Avropada isə Polşa, Estoniya və Finlandiyada sintetik narkotiklərdən ölüm halları son 10 ildə iki dəfə artıb və bəziləri məktəb və universitet ətrafında satılır”.

Emil Maqalov bildirib ki, bütün bunlardan məlumatlı olmaq üçün azyaşlılara, yeniyetmələrə, məktəblilərə və gənclərə tez-tez antinarkotik təlimləri keçirir.

“Təlimlərin əsas məqsədi gəncləri bu təhlükə barədə vaxtında məlumatlandırmaq və real fəsadları göstərməkdir.

narkotik alverçiləri ölkələrin qanunlarını və sərhədlərini tanımır. Sosial şəbəkələr və internet vasitəsilə narkotik maddələr artıq bir klik qədər yaxındır.

“Yeniyetmələr maraq və ya dost təsiri ilə bu cəngəlliyə düşə bilirlər. Təlimlərdə gənclərə real həyat nümunələri və hüquqi məsuliyyət barədə ətraflı məlumat verilir”-deyə o əlavə edib.

Ekspert qeyd edib ki, antinarkotik təlimlərin məqsədi yalnız qorxutmaq deyil:

“Gənclərə sağlam həyat tərzinin üstünlükləri, idman, yaradıcılıq və bilik qazanmağın gətirdiyi uğurlar göstərilir. Onlar anlamalıdırlar ki, həyatın gözəlliyi qısa hissdə deyil, uzunmüddətli xoşbəxtlikdədir. Təcrübə göstərir ki, davamlı maarifləndirmə tədbirləri keçirilən məktəblərdə narkotiklə bağlı insidentlərin sayı kəskin azalır. Dünyada baş verən fəlakətlər göstərir ki, susmaq, gözləmək və gizlətmək yalnız faciəyə gətirib çıxarır, maarifləndirmə isə gəncləri narkotik asılılığından qorumağın ən təsirli yoludur”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:224
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 22 Sentyabr 2025 13:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see290

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see270

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see267

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see263

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see253

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see244

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see244

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see235

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see235

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see232

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see219

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see218

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see213

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see211

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see208

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see204

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see202

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see199

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see198

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri