Icma.az
close
up
RU
“Gənclərin biznesə başlamasına kapital çatışmazlığı mane olur” İQTİSADÇI DANIŞDI

“Gənclərin biznesə başlamasına kapital çatışmazlığı mane olur” İQTİSADÇI DANIŞDI

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

"Gənclərin biznesə meyl etməsinin qarşısını alan əsas amillər sırasında həm risk qorxusu, həm də kapital çatışmazlığı xüsusi yer tutur. Real iqtisadi mənzərə göstərir ki, bu iki faktor bir-birini tamamlayır və gənclərin sahibkarlığa başlamasını ciddi şəkildə ləngidir". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, bir çox gənc biznes ideyasına sahib olsa da, ilk addımı atmaqda tərəddüd edir: "Bunun əsas səbəblərindən biri risklə bağlı daxili narahatlıqlardır. Gənclər bazardakı dəyişkənliyi, rəqabətin yüksəkliyini, uğursuzluq halında itiriləcək resursları və sosial mühitin reaksiyasını nəzərə alaraq özlərini daha təhlükəsiz olan stabil iş axtarışına yönəldirlər. Əlavə olaraq, maliyyə savadlılığının, bazar biliklərinin və təcrübənin məhdud olması da riskləri daha böyük göstərir və gənclərdə güvənsizlik yaradır. Onların əksəriyyəti biznes planlaşdırma, maliyyə idarəçiliyi və satış strategiyaları üzrə peşəkar dəstək almadan işə başlamağın çətin olduğunu qeyd edir. Digər tərəfdən, kapital çatışmazlığı real və obyektiv bir problemdir. Gənclərin əksəriyyətinin şəxsi vəsaiti məhduddur, bank kreditləri isə yüksək faiz dərəcələri, tələb olunan girov şərtləri və mürəkkəb prosedurlara görə əlçatan sayılmır. İnvestorların gənclərin layihələrinə inam göstərməsi üçün isə adətən əvvəlcədən nəticə və təcrübə tələb olunur. Bu da yeni başlayan sahibkarlar üçün bir növ qapalı dövr yaradır: təcrübə olmadan investisiya tapmaq çətindir, investisiya olmadan isə təcrübə qazanmaq.

Beləliklə, gənclərin biznesə başlamasına mane olan amilləri bir-birindən ayırmaq düzgün deyil. Risk qorxusu daha çox psixoloji və sosial xarakter daşıyan baryer kimi çıxış edirsə, kapital çatışmazlığı daha çox iqtisadi və institusional məhdudiyyətlərdən qaynaqlanır. Effektiv sahibkarlıq siyasəti üçün bu iki amilin paralel şəkildə aradan qaldırılması vacibdir. Bunun üçün gənclər üçün güzəştli kreditlər, qrantlar, startap inkubatorları, mentorluq proqramları və praktiki biznes təhsili kimi dəstəklər genişləndirilməlidir. Gənclərin biznesə cəlb olunması yalnız iqtisadi resursların artırılması ilə deyil, həm də psixoloji baryerlərin aradan qaldırılması, inam mühitinin gücləndirilməsi və real dəstək mexanizmlərinin möhkəmləndirilməsi ilə mümkün ola bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://sia.az
archiveBu xəbər 04 Dekabr 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri