Gənclərin Təcrübə Proqramının test mərhələsi keçirilib
Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Mədəniyyət Nazirliyi tərəfindən "Mədəniyyət Könüllüləri" İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən Təcrübə Proqramının test mərhələsi olub.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, iştirakçılar dünya görüşü, qanunvericilik və məntiqi təfəkkür üzrə hazırlanan test blokları əsasında sualları cavablandırıblar.
Test mərhələsi noyabrın 4-də Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kitabxanasında keçirilib.
Qeyd edək ki, proqramda iştirak üçün elektron ərizə qəbuluna 500-ə yaxın müraciət daxil olub. Ərizələrin ilkin qiymətləndirilməsindən sonra, onların arasından 168 iştirakçı test mərhələsinə vəsiqə qazanıb. Test mərhələsini uğurla tamamlayan gənclər növbəti mərhələdə idarəetmə potensialının qiymətləndirilməsi mərhələsinə qatılacaq və daha sonra müsahibə mərhələsinə dəvət olunacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 05 Noyabr 2024 11:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















