Icma.az
close
up
RU
Gəncliyin əsas vəzifəsi

Gəncliyin əsas vəzifəsi

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Gənc nəslin milli-mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi


Tariximizi öyrənmək, yaşatmaq və gələcək nəslə ötürməkdir



Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində, eləcə də suverenliyimizin tam bərpası ilə nəticələnən antiterror əməliyyatlarında iştirak edənlərin böyük qismi məhz gənclər idi. İşğaldan azad edilmiş doğma torpaqlara bu gün Böyük Qayıdış həyata keçirənlər arasında da yeniyetmə və gənclər çoxluq təşkil edir. Cənab Prezidentin də dediyi kimi, 30 il əvvəl körpə ikən tərk etdikləri yurdlarına gənclərimiz rəşadətli ordunun əsgəri, qalib xalqın nümayəndələri olaraq qayıtdılar. Gənclərimizin milli vətənpərvərlik ruhunda böyüməsində, əlbəttə ki, ailədə aldıqları tərbiyə ilə yanaşı tədris müəssisələrində, efirlərdə bu illər ərzində tarixi həqiqətlərin işıqlandırılması, bu hadisələrdən çıxış edilərək onlara aşılanan Vətən, yurd  sevgisi xüsusi əhəmiyyət daşıyıb. Xalqımızın başına gətirilən qanlı hadisələr, soyqırımı aktları bütün gerçəkliyi ilə gənclərə anladılması, hər il 20 Yanvar, Xocalı soyqırımı ildönümlərinin geniş şəkildə, maarifləndirmə işləri aparılaraq qeyd edilməsi gənclərimizə həm tariximizi öyrənməyə, həm də Vətənin bircə parçasının da düşmənə güzəştə gedilməyəcəyi amalını aşılayıb. Bu dəfə də Xocalı soyqırımının 33-cü ildönümü bütün ölkədə əhatəli şəkildə qeyd edildi. Bir çox təhsil müəssisələrində şagird və müəllim kollektivinin iştirakı ilə keçirilən tədbirlər yeniyetmə və gənclərə milli vətənpərvərlik ruhunun təlqin edilməsi məqsədi daşıyırdı. Bakının Xətai rayonu 27 saylı tam orta məktəbdə Xocalı qurbanları yad edilib. Müxtəlif siniflər üzrə şagirdlər Xocalı soyqırımının 33-cü ildönümünə həsr edilən tədbir keçirərək, faciə qurbanlarının xatirəsini dərin hüznlə yad ediblər. Hər bir söz, hər bir baxış, Xocalının əbədiləşən ruhunu yaşatmaq üçün atılan addım olub. Məktəb kollektivinin paylaşdığı məlumatda bildirilir ki, 27 nömrəli tam orta məktəb olaraq, həm daim öyrənir, həm də tariximizi gələcəyə daşıyırlar. Ağdam rayonu 68 nömrəli tam orta məktəbin siniflərində xüsusi dərslər təşkil olunub. Sinif müəllimləri, fənn müəllimləri şagirdlərə soyqırımı haqqında ətraflı məlumatlar veriblər. Videoçarx izlənilib. Şagirdlər şəhidlərə həsr olunmuş şeirlər söyləyib, səhnəciklər təşkil ediblər. Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Elm və Təhsil Nazirliyinin Tədbirlər Planına uyğun olaraq Kəlbəcər rayon 58 nömrəli tam orta məktəbdə "Xocalı - sağalmayan dərdimiz" adlı tədbirlər planı hazırlanıb. Məktəbdə təşkil olunan xüsusi dərslərdə Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirlər Planına uyğun olaraq məktəbdə silsilə tədbirlər təşkil edilib. Təşkilatçı müavin Əflatun Ələsgərov ibtidai sinif şagirdlərinə  ”Xocalı soyqırımı: xalqa qarşı zorakılıq” mövzusunda xüsusi dərs keçib. Qeyd edək ki, müasir dünyamızda qəbul edilmiş mənasına görə soyqırımı bir millətin dil, din, məzhəb və milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə məhv edilməsi prosesidir. Bu prosesin hər hansı ölkənin hökuməti tərəfindən həyata keçirilməsi əsas şərt olaraq qəbul edilir. Soyqırımının beynəlxalq səviyyədə qəbul edilmiş tərifi də onu deməyə əsas verir ki, Xocalı hadisələri Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktıdır. Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar və qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirir. Müəllimlər Xocalı soyqırımının Azərbaycanın ictimai-siyasi fikir tarixində əsas yerlərdən birini tutmaqla dövlətimizin həm daxili, həm də xarici siyasətində daim diqqət mərkəzində olduğunu diqqətə çatdırıblar. Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb. Xocalı soyqırımı ilə bağlı keçirilən tədbirdə şagirdlər Vətənə, torpağa aid şeirlər səsləndirib, məktəblilərin əl işlərindən ibarət rəsm sərgiləri təşkil edilib. Məktəbin direktoru Təzəxan Şiriyev Xocalı soyqırımının Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin acı nümunəsi, bu amansız və qəddar soyqırımı aktının insanlıq tarixində ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil olmasını bildirib. Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı Xocalı şəhəri 1 nömrəli tam orta məktəbdə də anım tədbiri keçirilib. Qarabağ Regional Təhsil İdarəsinin dəstəyi və Qarabağ Universitetinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Nərgiz İsmayılova, Xocalı şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Nəvai Həsənov, müəllimlər, şagirdlər və tələbələr iştirak edib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış nitqi ilə çıxış edən Xocalı şəhəri 1 nömrəli tam orta məktəbin direktoru Nəvai Həsənov Xocalı faciəsinin iştirakçısı olaraq xatirələrini bölüşüb. Çıxış edənlər vurğulayıb ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Böyük Zəfər nəticəsində Xocalı soyqırımı qurbanlarının, eləcə də digər şəhidlərimizin qanı yerdə qalmadı. Dövlət başçısı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xocalı şəhərində Azərbaycanın Dövlət Bayrağını ucaltmaqla soyqırımı qurbanlarının qanının yerdə qalmadığını, onların qisasının alındığını bir daha sübuta yetirdi. Və bu gün təhsil işçiləri olaraq Böyük Qayıdışla əlaqədar yeni fəaliyyətə başlayan təhsil müəssisələrində keyfiyyətli tədrisin təmin edilməsinin önəmindən, şagird nailiyyətlərinin gücləndirilməsi istiqamətində müvafiq  tədbirlərin görülməsindən danışılıb. Tədbirin sonunda Xocalı faciəsinə və Zəfər tarixinə dair videoçarx təqdim edilib, tələbələr tərəfindən ədəbi-bədii kompozisiyalar nümayiş edirilib. Bakı şəhəri 276 nömrəli tam orta məktəbdə də Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Tədbir zamanı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin davamında şagirdlər Vətənə olan sevgilərini şeirlər, bədii kompozisiyalar və çıxışlar vasitəsilə ifadə edərək, Xocalı faciəsinin unudulmaz bir tarix olduğunu vurğulayıblar. Bununla yanaşı, məktəbin bütün siniflərində ilk dərs Xocalı faciəsinə həsr olunub, şagirdlərə faciənin tarixi əhəmiyyəti və erməni vandalizminin nəticələri haqqında məlumat verilib. Dərslər zamanı çəkilmiş fotolar isə həmin günün əhəmiyyətini əks etdirən görüntülər kimi yadda qalıb. Tədbirin əsas məqsədi şagirdlərə Xocalı soyqırımı haqqında tarixi həqiqətləri çatdırmaq, onların milli yaddaşını gücləndirmək və şəhidlərimizin xatirəsini daim yaşatmaq olub. Bakı Dövlət Universitetində isə Xocalı soyqırımının 33-cü ildönümü günü ATV kanalında yayımlanan, 


Əməkdar jurnalist, Mətbuat Şurası sədrinin müavini Səadət Məmmədovanın müəllifi olduğu “Ağdam və mən” layihəsi silsiləsindən “Qaraqaya döyüşü” sənədli filmi nümayiş olunub. Səadət Məmmədova belə bir imkan yaratdığı üçün BDU rəhbərliyinə təşəkkür edib:

 “Filmin bu böyük auditoriyada tələbələrə təqdim olunmasının əsas səbəbi onları əsrin dəhşətli soyqırımına fərqli baxışla tanış etməkdir. İndiki gənclər informasiyanı əsasən vizual olaraq qəbul edir. Ona görə də “yüz eşitməkdənsə, bir görmək” düşüncəsi ilə “Qaraqaya döyüşünü” onlara nümayiş etdirdik. Bu film Xocalı soyqırımı qurbanlarının erməni terrorundan, qanlı qırğından qaçıb canını qurtararkən Ağdama doğru üz tutduqları istiqamətdə yerləşən Qaraqayadan və məhz bu əraziyədək min əzabla gəlib çıxan Xocalı sakinlərini xilas etmək, həmçinin vəhşicəsinə qətlə yetirilmiş soydaşlarımızın nəşlərinin yığılması üçün aparılan döyüşdən bəhs edir. Çəkiliş və filmin hazırlanması zamanı keçirdiyim hissləri də auditoriya ilə bölüşdüm. Həm çıxışımı, həm filmi sükut, səbr və maraqla izlədilər. Doğma Universitetimə hər zamankı dəyər və dəstək üçün minnətdaram. Bu gün yeridiyim yolun başlanğıcını bu ulu məbəddən götürmüşəm”. 

Qeyd edək ki, filmin nümayişindən dərhal sonra tədbir iştirakçıları Bakı Dövlət Universitetinin həyətində Xocalı soyqırımı qurbanlarının xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər. Tariximizi öyrənmək, yaşatmaq və gələcək nəslə ötürmək bugünkü gəncliyin əsas vəzifələrindən biri olmalıdır. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:317
embedMənbə:https://sherg.az
archiveBu xəbər 01 Mart 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see330

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see329

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see324

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see321

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see305

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see297

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see293

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see280

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see278

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see271

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see252

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see251

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see249

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see235

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see227

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see227

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see223

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see218

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri