Icma.az
close
up
RU
Gəncliyini qarabasmalarda yaşayan yazıçı Esmira İsmayılova yazır

Gəncliyini qarabasmalarda yaşayan yazıçı Esmira İsmayılova yazır

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Elçin Hüseynbəylini  Qarabağdan yazmağa vadar edən nə idi?

Bu gün-Qələm yazanı qılınc pozmaz! deyən qələm, söz adamının- yazıçı-dramaturq, publisist, Əməkdar incəsənət xadimi, AYB-nin katibi Elçin Hüseynbəylinin doğum günüdür. Yox, yubiley yaşı deyil. Bu gün Elçin Hüseynbəyli  64-lə 65-in kandarında dayanıb. 64-lə vidalaşır, 65-i salamlayır.

“Tapdanmış cığır heç vaxt uğurlu yola başlanğıc ola bilmir. Və uğurun əsası özünə yeni cığır açmaq, o cığırdan yol almaqdır” deyən, bu amalı özünə həyat kredosu seçən Elçin Hüseynbəylinin yaradıcılığı ilə az-çox tanış biri kimi deyə bilərəm ki, ömrünün  64-cü  ili Elçinin həyatında çox  əlamətdar  illərdən, tarixlərdən oldu, uğur möhürünü qoydu.

Elçin 2024-cü ildə çox  məhsuldar işlədi. Bilmirəm, keçmiş proletar yazıçıları, iqtisadçıları kimi qarşısına əvvəlcədən planlar qoymuşdu, ya qoymamışdı, amma onların hamısına, hətta öhdəliyə belə əməl edə bildi. Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda   beş kitabının birdəfəlik təqdimatını keçirmək, oxuculara, ədəbi tənqidçilərə onların hesabatını vermək ilin 64 yaşının ən uğurlu yekunu oldu.   “Gültəkin xaqan”, “Pərixan”, “Şah Abbas” (uşaqlar və böyüklər üçün təkrar nəşr) romanlarının, “Dənizin nağılları”, “Banuçiçəyin rəngli yuxuları” kitablarının oxuculara təqdimatı həm də Elçin Hüseynbəylinin özünə hesabatı idi, sorğusu idi. Kimsən sən, niyə yazırsan, necə yazırsan və yazdıqlarını bu fani dünyanın söz yaddaşına köçürə bilirsənmi? Bu günündə necə, əks-sədası varmı yazdıqlarının?

Bilmirəm, bu suallara Elçinin cavabı nə olacaq, necə olacaq, çünki onun yaradıcılığından  yazanda heç vaxt özünə konkret suallar ünvanlamamışam. Elçinin əvəzində müsahib kmi əsərlərini görmüşəm, qəhrəmanlarını dirildib canlandırmışam,  onlarla haqq-hesab çəkmişəm, dialoqumu onlarla qurmuşam. Bu qəhrəmanların bəzilərini danlamışam, bəzilərinə yazığım gəlib, ağlamışam, bəzilərinə hirslənmişəm, amma hamısını qəbul etmişəm. Həyat həqiqəti kimi. Çünki, həyat  bir üzlü deyil, hər rəngin min çaları, hər gülüşün min yozumu, hər sözün min hədəfi var. Amma hər insanın bir taleyi var, təkrarolunmaz, özünə xas.

Elçinin bir yazıçı kimi üstünlüyü onun təkrarsızlığındadır, yaradıcılığında həyat həqiqətlərinə söykənməsində, milli yaddaşa dirsəklənməsində, səmimiyyətinə arxalanmasında, öz cığırını açmasındadır. Yazıçı o həqiqətdən güc alır ki: “Qələm yazanı qılınc pozmaz!”

Bildiyim bir həqiqət var: O əsərlər ki, millətin taleyinə köklənib, toplumun ağrı-acılarının, sevincinin əksidir, o yazılarda ki, xalqın sabahı üçün narahatlıq duyulur, yaşanılır,  o müəllif ki, yurd yerinə, tarixinə bağlıdır- o yazar və onun qələmə aldıqları   xalqının düşüncəsində  qalarıdır. Etnik kimliyini milli kimliyi ilə tənləşdirən, elə o cür də əsərlərinə köçürən Elçin Hüseynbəylinin yaradıcılığında yuxarıda sadaladıqlarımızın hamısı var. Milli kimlik, milli yaddaş fenomeninin keçmişlə bu gün arasında müqayisəli əksi  Elçinin yaradıcılığından qırmızı xətt kimi keçir. Fərqi yoxdur, E. Hüseynbəylinin yazdığı iri həcmli   romandır, ya uşaqlar üçün yazılmış bir səhifəlik  kiçik hekayədir, nağıldır,  əsas budur ki, bu əsərlərdə önə çıxarılan bir həqiqət oxucunu silkələyir-güclü olmaq istəyirsənsə, kimliyinə qayıt!

Bu yaxınlarda informasiya portallarının birinə verdiyi müsahibələrinin birində  Elçin Hüseynbəyli amalını belə dilə gətirmişdi: “Milli kimliyimizi qorumaq və təsbit etmək üçün bizi birləşdirən bu dəyərlərdən istifadə etməli, onları gələcək nəsillərə olduğu kimi çatdırmalı və gündəlik həyatımızda yaşatmalıyıq”.

Necə? Bu sualın cavabını almaq istəyirsinizsə, mütləq  Elçinin yaradıcılığına baş vurun.  Çünki Elçin ən məhrəm adamından belə gizlətdiyini oxucu ilə bölüşür. Özündən asılı olmayaraq. O, dostlarından, ətrafdakılardan daha çox oxucusuna, qəhrəmanına yaxındır.  Elçinin oxucusundan gizlin heç bir sirri yoxdur, oxucudan sirr saxlamaq bacarığı yoxdur. Oxucusu kimi deyirəm bunu. Çünki Elçin Hüseynbəyli yazanda özünü elə unudur ki, ürəyində  nə var, hamısını açıb tökür sətirlərə, demək istəmədiklərini, gizl saxlamaq istədikləri də yazılarına köçürülür-roman olur, hekayə olur, Elçinin iç dünyasının əksi olur.

Elçin Hüseynbəylini bir yazıçı kimi “Qarabağ hekayələri”ndən sevmişəm.  Sözsüz ki, sevinmişəm həmkarımın təkcə jurnalist deyil,  yazıçı kimi də uğurlu olmağına. Deyim ki, Elçinin “Vida”sa  bir ayrı aləmdir, o, adi roman deyil,  Qarabağ mövzusunda yazılmış ən yaxşı əsərdir! Niyə? Qarabağ, Vətən həsrətinin, yurd sevgisinin tam fərqli yozumda təqdimatına görə! Ölüm ağrısını yurd sevgisi ilə ovutmağın mümkünlüyünə bizi inandırdığına görə. Əsərin uğurunun açılımısa Elçinin həyat hekayətindədir: “Mənim gəncliyim oğurlanıb. Mən gənclik keçirtmədim. Mən gənclik həyatımı daha çox qarabasmalarda yaşadım demək olar ki. Çünki o yer ki, mən orda doğulmuşdum, mən ora gedə bilmədim. Yəni mən o hənirtini, o həniri ordan ala bilmədim. Və onlar hamısı mənim əsərlərimə çökməli idi. Ona görə hərdən soruşanda Qarabağ haqqında çox yazırsınız, deyirəm, başqalarından bəlkə çox yazmışam, amma çox yazmamışam...”.

Ən sevdiyi hekayəsini 21 yaşında yazdığını deyir. O illərdən bu günümüzə-65 yaşın ərəfəsinə  Elçin Hüseynbəyli öz “Qaraçuxası”nda gəlib. O nə Mirzə Cəlilin Poçt qutusu”ndan çıxıb, nə Qoqolun Şinelini geyməyə ehtiyac hiss edib. Düzdür, yurd həsrəti, valideynlərinin düşmən tapdağında qalan məzarlıqları, itkin  ruhları ona   Dantenin “Cəhənnəmini” yaşadıb. Amma bütün hallarda Elçin öz cığırında, öz yolunda qalmağı bacarıb. Elçinin yaradıcılığı şərq-qərb ədəbiyyatının sintezi olsa da, görünən budur ki, əynindəki milli “Qaraçuxa”sına hələki bərk-bərk bürünüb. Yaradıcılığında da millilik bəşəriliyi üstələyir, baxmayaraq ki, Elçin müsahibələrində ən çox dünya ədəbiyyatından bəhrələndiyini, daha çox Avropa yazarlarını mütaliə etdiyini deyir. Amma... qan çəkir, yurd sevgisi  ölümün özünə qalib gələn “Vida” hissi sonda digərlərini üstələyir...

Elçin Hüseynbəyli müasir ədəbiyyatşünaslıqda  barəsində ən çox yazılan, əsərləri müzakirə obyektinə çevrilən imzadır. Haqqında yazılan elmi-tənqidi-publisistik yazıların sayı 300-ü ötür. AYB-nin sədri, Xalq yazıçısı Anar Elçin Hüseynbəylinin yaradıcılığı barədə: “Şübhəsiz, Elçin yaxşı yazıçıdır və sevindiricidir ki, o, yaradıcılıq məsələlərində olduqca mütəhərrikdir” deyir.   Akademik Nizami Cərərov Elçin Hüseynbəylinin tarixi roman yaradıcılığını yüksək dəyərləndirir: “Elçin Hüseynbəyli tarixi romanlarda detallarla məharətlə işləməyi bacarır. O yazıçı təxəyyülünün vəhdəti ilə təqdim etdiyi faktların üzərində dayanmağı bacarır. Və bununla da mətnin inandırıcılıq gücünü artırır”.

2025-ci il, ömrünün 64-cü ili Elçin Hüseynbəyli üçün hər cəhətdən uğurlu  olub deyərdim. Yazıçının  “Nar” adlı hekayələr kitabı Güney Azərbaycanın (İranın) Ərdəbil şəhərində,  “Oyun” hekayələr kitabı Kazanda nəşr olunub. E.Hüseynbəyli mütəmadi olaraq  hekayə və publisistik yazıları ilə dövri nəşrlərdə oxucularının görüşünə gəlir. Elçinin son hekayəsi “Naməlum”dan xüsusi söz açmaq istəyirəm. Bu hekayənin məna yükü cild-cild romanlardan ağırdır-oxuyanlar fikrimi təsdiqləyər. Hekayənin  ağrı yükü o qədər böyükdür ki, sonrakı nəsilləri belə zaman-zaman göynədəcək, müharibənin nə olduğunu anladacaq. Bu hekayədə nə yoxdur ki...bir millətin Qarabağ dərdi, yurd ağrısı, bir ailənin  itkin övladlarının heç olmasa  nəşinə belə qovuşmaq arzusunun böyüklüyü, sonsuzluğu...

Bizimsə doğum günündə Elçin Hüseynbəyliyə  arzularımız tam ayrıdır. Birinci ona görə ki, doğma yurdu Cəbrayıl indi azaddır, bütöv Azərbaycanımın bir parçasıdır. İkincisi ona görə ki, doğum günündə xoş arzular dilə gəlir. Ən böyük istəyimiz can sağlığıdır, uzun, sağlıqlı ömürdür, yaxşı dostlardır, yaradıcılıq təbidir. Ədəbiyyatda öz cığırı, öz yolu, sözü olan söz adamı-Elçin Hüseynbəyli,  yeni yaşın mübarək!

Esmira İsmayılova
Filologiya üzrə fəlsəfə doktoru.

    

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://adalet.az
archiveBu xəbər 23 Dekabr 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri