Icma.az
close
up
RU
GENERAL ƏBİYEVİN “SİRLİ” SUSQUNLUĞU... Keçmiş nazir topdağıtmaz sərvətini qorumağın “yolunu” tapıb...

GENERAL ƏBİYEVİN “SİRLİ” SUSQUNLUĞU... Keçmiş nazir topdağıtmaz sərvətini qorumağın “yolunu” tapıb...

Azpolitika.az saytına istinadən Icma.az xəbər verir.

Bu il yanvarın 27-də 75 illik yubileyini qeyd edən Azərbaycanın keçmiş müdafiə naziri, general-polkovnik Səfər Əbiyev uzun müddətdir ictimaiyyət arasında görünmür. Maraqlıdır, 18 il (1995-2013) nazir postunu tutmuş Əbiyev 44 günlük müharibə dövründə, Qarabağda keçirilən antiterror əməliyyatı zamanı da susmağa üstünlük verdi.

Başqa ölkələrdə vəzifədən gedən nazirlər, generallar ordu ilə əlaqəsini kəsmir, bayramlarda, təntənəli mərasimlərdə ön sırada olur, daim media ilə əlaqə saxlayır, ölkədə, regionda baş verən proseslərlə bağlı fikirlərini bölüşür. Lakin general-polikovnik Əbiyev bundan uzaqdır və bilmək olmur, ona bununla bağlı qadağa qoyulub, ya özü bunu istəmir? Amma əslində, onun münasibət bildirməsi vacib olan çox hadisələr baş verib. Elə Müdafiə Nazirliyində vaxtı ilə onun yerləşdirdiyi kadrların nəhəng korrupsiya əməlləri, onların həbsi, məhkəmədə verdiyi ifadələr keçmiş nazir kimi onu da narahat etməli idi.

Xüsusi ilə keçmiş baş qərargah rəisi, 44 günlük müharibənin ilk həftəsində vəzifədən qovulan, haqqında çoxsaylı ittihamlar səsləndirilən Nəcməddin Sadıkov haqda ən bilgili adam elə cənab Əbiyevdir. Məntiqlə vicdanlı, öz ordusuna, dövlətinə canı yanan, rütbəsinə hörmət qoyan bir general, nazir Sadıkov kimisi barədə susmalı deyil. Lakin məlum keyfiyyətlərdən məhrum olan və Sadıkovdan geri qalmayan birisindən fədakarlıq gözləmək də mənasızdır. Digər yandan, elə Sadıkov da yəqin ki, Əbiyev haqda az şey bilmir. Ona görə də, susmaq hər ikisi üçün daha sərfəlidir. Həm də zatən onlara kimsənin “gözün üstə qaşın var” demədiyi bir vaxtda...

Əbiyevin memuar yazıb-yazmadığı məlum deyil, yazsaydı, heç şübhəsiz bestsellərə çevrilə bilərdi.

Keçmiş nazir haqda mediada yazılanlara diqqət etdikdə onun belə “xırda-para” işlərə ayrımağa vaxtının olmadığı qənaəti yaranır. Çünki 18 il nazir olduğu dövrdə o qədər nəhəng sərvət qazanıb ki, onu idarə etmək 75 yaşlı insan üçün çətin məsələdir. Ona görə də yəqin ki, Azərbaycanda, Rusiyada, Avropada, Şərq ölkələrində Əbiyevə məxsus biznes imperiyasını onun iki oğlu və yaxın qohum-əqrəbası idarə edir.

Mətbuat yazır ki, vəzifədən getdikdən sonra general-polkovnik əsasən Azərbaycandan kənarda - vətəndaşlığını aldığı Çexiyada dəbdəbəli malikanəsində yaşayır. Onun özü bu barədə xəbərləri təkzib etməyib, amma deyib ki, Azərbaycanı birdəfəlik tərk etməyib.

Mətbuatın yazdığına görə, general Əbiyevin Almaniyada, Türkiyədə, BƏƏ-də, İtaliyanın Milan şəhərində böyük malikanələri, Macarıstan və Rusiyada bank hesabları var. Əbiyevin əsas biznes imperiyası isə Rusiyadadır. Qeyd olunur ki, Moskvadakı məşhur ”Pakrovka"da ticarət obyektləri, Moskva ətrafında bağ evləri, yəhudi əsilli iş adamları ilə şərikli biznesi var. İddia olunur ki, Səfər Əbiyev bahalı avtomobil həvəskarıdır, onun şəxsi qarajında olan lüks avtomobillərin ümumi dəyəri milyonlarla ölçülür.

İddialardan biri də Səfər Əbiyevin uzun müddət Müdafiə Nazirliyinin geyim sifarişlərini həyata keçirən “Baki Əyirici Toxucu” ASC və Bakı Tikiş Evi fabrikinin vaxtilə onun nəzarətində olmasıdır.

Bundan başqa sabiq nazirin paytaxtın, eləcə də ölkənin digər şəhər və rayonlarında çoxlu sayda villasının, mənzillərinin, biznes obyektlərinin olduğu bildirilir.

Mətbuat Səfər Əbiyevin Müdafiə Nazirliyinə aid hektarlarla torpaq sahələrini ələ keçirərək mənimsədiyi haqda da yazıb.

İddia olunur ki, Səfər Əbiyev Ə.Ələkbərov küçəsində 6 hektar torpaq sahəsinin, keçmiş Ali Hərbi Məktəbin 10 hektarlıq parkının, Biləcəri qəsəbəsindəki bazanın 20 hektarlıq ərazisinin, Badamdar qəsəbəsində hərbi hissələrin hektarlarla ərazisinin, Həzi Aslanov qəsəbəsində hektarlarla sahənin, Montin qəsəbəsində hərbi müəssisə və zavodların ərazisinin, Masazırda köhnə hərbi kolxozun ərazisinin, Köhnə Əhmədlidə, Zığ qəsəbəsində, Dərnəgüldə, Qalada, Pirallahıda, Pirşağıda 10 hektarlarla ərazinin ayrı-ayrı şəxslərə və qurumlara satılmasına şərait yaradıb. İddialara görə, Səfər Əbiyevin nazir postunda təmsil olunduğu müddətdə Müdafiə Nazirliyinin balansında olan və müdafiə nazirlərinin xidməti yaşayışı məqsədi ilə ayrılmış 1000 kvadratmetr sahəsi olan yaşayış evini, eləcə də 1 hektardan çox torpaq sahəsini özəlləşdirib.


Bundan əlavə, Qubada 100 hektardan çox torpağın, 30-dan çox avtomobil olan avtoparkın, Yasamal rayonu ərazisində, Statistika Komitəsi ilə üzbəüz çoxmərtəbəli binada bir neçə mənzilin, "Avropa" otelinin yanındakı çoxmərtəbəli binada 5 mənzilin, Ə.Ələkbərov küçəsində 7 bloklu, 17 mərtəbəli binanın, Səməd Vurğun küçəsində villanın və çoxmərtəbəli binada mənzillərin, "Sahil" metrosu yanında çoxmərtəbəli binada mənzillərin, Şüvəlanda, Novxanıda, Mərdəkanda, Qubada və Nabranda möhtəşəm villaların, Bakıda tibb mərkəzləri, tikiş fabrikləri, super-marketləri, konserv zavodu, istirahət mərkəzləri, ət kombinatının da Əbiyevin sərvətləri arasında olduğu iddia edilir.

Bu məlumatlardan sonra nəhəng var-dövlət yığmış keçmiş nazirin ictimaiyyət arasında görünməməsi, özünü unutdurmağa çalışması təbii görünə bilər. Əbiyev yaxşı bilir ki, sərvəti qorumağın ən yaxşı yollarından biri budur. Mediada danışıb özünü tərifləyən, cəmiyyətə məsələhət verən, yol göstərən həmkarlarının aqibətinin heç də yaxşı olmadığı ona məlumdur. Odur ki, uzaq Çexiyada məskunlaşan və Azərbaycanın sərvətlərini xaricə daşıyanlar arasında özünəməxsus yeri olan Səfər Əbiyev “susmaq qızıldır” prinsipini rəhbər tutaraq, “qızılını” – var-dövlətini qorumaqla, saxlamaqla məşğuldur...

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 25 Aprel 2025 12:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri