General mayor ilk gündən öldü deyilmişdi, sağ olduğu belə ortaya çıxdı FOTO
Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Qüds" Qüvvələrinin komandiri, general-mayor İsmayıl Qaaninin öldüyü ilə bağlı yayılan iddialara son qoyulub.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, o, Tehranın İnqilab meydanında keçirilən "qələbə şənlikləri"ndə iştirak edərkən görüntülənib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın yaydığı məlumata görə, Qaani 12 günlük fasilədən sonra ilk dəfə ictimaiyyət qarşısında görünüb. O, İsraillə atəşkəsin əldə edilməsinin ardından təşkil olunan nümayişlərdə iştirak edib, vətəndaşlarla söhbət edib.
Kadrlarda Qaaninin mühafizəçiləri ilə birlikdə meydana daxil olduğu və əhali ilə ünsiyyət qurduğu əks olunub.
Xatırladaq ki, iyunun 13-də "The New York Times" qəzeti adı açıqlanmayan İran mənbələrinə istinadən general-mayor İsmayıl Qaaninin İsrailin hava hücumları nəticəsində həlak olduğunu iddia etmişdi. Həmin dövrdə nə İran tərəfi, nə də İsrail bu məlumatı rəsmi şəkildə təsdiqləmişdi.
Fidan
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 25 İyun 2025 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















