Icma.az
close
up
RU
General Mirdaməd Əzizov əslində kimdir? 26 nəfərə qarşı dələduzluq edən şəxsin cinayət işi

General Mirdaməd Əzizov əslində kimdir? 26 nəfərə qarşı dələduzluq edən şəxsin cinayət işi

Icma.az, Lent az portalına istinadən məlumat verir.

26 nəfərə MİDA-nın mənzillərinin satmaq adı ilə dələduzluq edən "general"ın növbəti məhkəmə prosesi keçirilib. 

Lent.az-ın əldə etdiyi məlumata görə, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən və şahidlər dindirilib. 

İlk olaraq zərərçəkən Hüseynova Arzu Fazil qızı ifadə verərək bildirib ki, Mirdaməd Əzizov onun qonşusu olub: "Bilirdim ki, MİDA-da mənzil işinə baxır. 4 otaqlı mənzil üçün 30 min manat ödəmişəm, 2023-cü ilin noyabr, dekabr aylarında pulu 2 dəfəyə vermişəm. Yeganə sənəd olaraq şəxsiyyət vəsiqəmi almışdı. Dəymiş ziyandan heç nə ödənilməyib”. 

Təqsirləndirilən şəxs tezliklə Arzu xanımın pulunu qaytarmaq istədiyini bildirdi. 
Sonra digər zərərçəkən Bahəddin Kazımov ifadə verdi: "2023-cü ilin yay aylarında 2 otaqlı mənzil üçün ilkin ödəniş kimi 6 min pul vermişəm. Yasamalda ev alqı-satqısı ofisi var idi, oradan tanımışam. Mirdamət özünü hər hansı qurumun əməkdaşı kimi təqdim etməyib”.

Şahid qismində Novruz Verdiyev danışıb. Onun sözlərinə görə, Mirdamədi ziyalı bir insan kimi tanıyıb: "Tanışlarıma demişəm ki, Mirdaməd ev işinə baxır. 3 nəfər şəxsdən 46 min manat pul alıb Mirdamədə vermişəm. Özüm əvvəl bankda çalışmışam. Mirdaməd "Qafqaz-media" İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri idi, tədbirlərdə iştirak edən zaman oradan tanımışam”. 

Digər şahid QHT sədri, millət vəkilliyinə namizəd Xalid Mirzəyev dedi ki, Mirdaməd Əzizovu özünü nəşriyyatda general kimi təqdim etdiyini eşidib: “Mənzil almaqla bağlı 3 şəxsdən pul alıb inanıb, güvənib vermişəm Mirdamədə. Hər üç şəxslə birlikdə Mirdamədlə görüşmüşük”.

Təqsirləndirilən şəxs özünü general kimi təqdim etmədiyini bildirdi. 

Qeyd edək ki, Mirdaməd Əzizov Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib. Mirdaməd Əzizovun cinayət işi üzrə 27 nəfər zərərçəkmiş qismində tanınıb. Zərərçəkmişlərdən biri də MİDA-dır.

Midaməd Əzizovun həbsindən sonra barəsində yayılan məlumatlarda iddia olunur ki, o, özünü MİDA-nın vəzifəli şəxsi, general, BMT tərəfdaşı Beynəlxalq İnsan Hüquqlarının müdafiə komitəsinin eksperti, Beynəlxalq informasiya agentliyinin direktoru, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü kimi də təqdim edirmiş.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:170
embedMənbə:https://lent.az
archiveBu xəbər 14 Yanvar 2025 16:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see196

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see168

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see155

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see152

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see151

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri