Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Bazar 60 faiz kiçilib...

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

Diş minasını bu üsulla bərpa etmək OLAR

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

General Mirzəyevin BU SƏFƏRİ türk düşmənlərini QORXUYA SALDI

General Mirzəyevin BU SƏFƏRİ türk düşmənlərini QORXUYA SALDI

Icma.az bildirir, News24 portalına istinadən.

Azərbaycan və Türkiyənin hərbi əməkdaşlığının dərinləşməsindən təşvişə düşənlər; deputat: “Suriyadakı terrorçu ünsürlərin bir hissəsi İkinci Qarabağ savaşında Azərbaycana qarşı vuruşmuşdu”

Türkiyəyə səfər edən Azərbaycan müdafiə nazirinin müavini, Quru Qoşunlarının komandanı general-polkovnik Hikmət Mirzəyev Kilis yaşayış məntəqəsində də (Türkiyənin Suriya ilə sərhədi) olub.

Məlumata görə, general Mirzəyev və digərləri Türkiyənin Xüsusi Təyinatlı Qüvvələr Komandanlığı ilə görüşüblər. “Türkiyə Sərhəd Qoşunlarının komandanı Bayraktaroğlu iki ölkə arasında artan hərbi əməkdaşlıq və koordinasiya haqqında məlumat verib və əldə edilən təcrübələri diqqətə çatdırıb”, - deyə məlumatda bildirilir.

Hikmət Mirzəyev Türkiyə-Suriya sərhədində - Fotolar » Son  xəbərlər,Azərbaycanda və Dünyada ən aktual hadisələr 1Xeber.media Xəbər  Saytında

Qeyd edək ki, Hikmət Mirzəyev yanvarın 24-dən Türkiyədə rəsmi səfərdədir. Görüşlərdə hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran mövzulara dair geniş fikir mübadiləsi aparıblar. H.Mirzəyev ordu generalı Metin Gürak da daxil olmaqla, digər şəxslərlə də çoxsaylı görüşlər keçirib. “Bir müddət əvvəl Azərbaycan rəhbərliyi Türkiyə ilə birlikdə Suriyanın bərpasında iştirak edəcəyini bəyan edib. Göründüyü qədər, Hikmət Mirzəyevin səfəri Bakının Suriyadakı əməliyyatlarda hərbi iştirak niyyətindən xəbər verir”, - deyə “Turan”ın şərhində bildirilir.

Yada salaq ki, bir neçə gün əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan da Bakıda olub və dövlət rəhbərliyi ilə görüşüb. “Azərbaycan Türkiyə ilə birgə Suriyada sabitliyə və humanitar məsələlərin həllinə dəstək verəcək”. Bunu isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin sabiq səfiri Cahit Bağçını səlahiyyət müddəti başa çatması münasibətilə qəbul edərkən deyib. Görüş zamanı Azərbaycan və Türkiyənin geniş anlamda regional və beynəlxalq təhlükəsizliyə töhfə verən birgə fəaliyyətlərin bundan sonra da davam etdiriləcəyinə dair inam ifadə olunub. Bu istiqamətdə Azərbaycanın xüsusilə Yaxın Şərq və Suriyada sabitliyə və humanitar məsələlərin həllinə qardaş Türkiyə ilə birgə dəstək verməyə davam edəcəyi qeyd olunub.

“Sputnik-Ermənistan” isə daha uzaqgedən nəticələr çıxarıb. “Azərbaycan Türkiyənin Suriya kürdlərinə qarşı hərbi əməliyyatında iştirak edə bilər”, - deyə iddia edib. Sayt “son aylarda Ankara dəfələrlə Suriyada Kürdüstan Fəhlə Partiyasının bölmələrinə qarşı hərbi əməliyyatlara başlaya biləcəyini bəyan edib”, - deyə xəbəri tamamlayıb. Qeyd edək ki, ermənilər Suriya kürdləri ifadəsini qəsdən işlədiblər. Çünki dinc kürdlərə qarşı Türkiyə heç vaxt hər hansı hərbi əməliyyat aparmayıb. Söhbət kürd yaraqlılardan - PKK və PYD terror təşkilatdan gedir. Türk düşmənlərinin Hikmət Mirzəyevin səfərindən narahatlığının səbəbi bəllidir. Əvvəla, Suriya erməniləri həmişə Bəşər Əsəd rejiminin “vuran əli” olub. Suriyanın vətənpərvər qüvvələrinə qarşı soyqırımları, terrorları və işgəncə səhnələrini Bəşər Əsəd əsasən ermənilərin əli ilə törədib. Hətta Əsəd rejiminin türmələrindəki cəza-işgəncə qruplarının çoxu da ermənilərdən ibarət olub. Bunu bütün ölkə, o cümlədən də indi hakimiyyətə gələn qüvvələr çox gözəl bilir. Bu səbəbdən bundan sonrakı dönəmdə Suriya ermənilər üçün bir cəhənnəmə çevriləcək. PKK-ya gəlincə, uzun illərdir ki, erməni terror qruplaşmaları ilə əməkdaşlıq edir. Bu faktdır ki, PKK düşərgələrində həmişə kifayət qədər erməni döyüşçülər olub. Müharibə dönəmində minlərlə erməni Ermənistanın vasitəsi və beynəlxalq erməni diasporunun maliyyə dəstəyi ilə Azərbaycanın keçmiş işğal olunmuş ərazilərində, xüsusən də Laçın rayonunda qeyri-qanuni məskunlaşdırılmışdı. Səfərin əhəmiyyəti barədə nə demək olar? Bu səfər konkret nəyə hesablanıb? Azərbaycanın Türkiyə ilə birgə sülhyaratmada iştirakı regional güclərin (İran, Rusiya, İsrail) hansı reaksiyasına səbəb ola bilər?

Deputat Sahib Aliyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Azərbaycanın Suriyada humanitar böhranın aradan qaldırılmasından tutmuş, orada quruculuq işlərinə dəstək və terrorun kökünün kəsilməsində Türkiyə ilə birgə hərəkət edəcəyi öncədən bəlli idi: “Belə başa düşürəm ki, Azərbaycan təkcə Türkiyə-Suriya sərhədində deyil, qardaş dövlətə qarşı digər ölkələrdən gələn terror təhdidlərinin aradan qaldırılmasında əlindən gələni etməyə hazırdır. Hər halda, cənab Prezidentin sözügedən intervüdəki aşağıdakı sözləri belə bir nəticəyə gəlməyə əsas verir: "Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir. Necə ki, Türkiyə istənilən formada, hər bir məsələdə bizim yanımızdadır, biz də onun yanındayıq"". S.Alıyev çox mühüm bir faktı da xatırlatdı: “Yeri gəlmişkən, Suriyadakı terrorçu ünsürlərin bir hissəsi İkinci Qarabağ savaşında Azərbaycana qarşı vuruşmuşdu. Söhbət Masis Mutanyanın rəhbərlik etdiyi Nubar Ozanyan adına hay terrorçu yığnağından gedir. Və hay terrorizminə dəstək verənlərin onlardan Azərbaycana qarşı faydalanmağa çalışacaqlarının bəzi əlamətləri indidən görünməkdədir. Ermənistanda gənclərdən terrorçu hazırlayan VOMA və digər təşkilatları kimlərin maliyyələşdirdikləri, bəzi hay terrorçularının hansı bəd əməllər planlaşdırdıqları bəlli ola-ola tutulmayaraq  Ermənistana necə göndərildikləri haqda xəbər hətta açıq mənbələrdə də var. Yəni ötən əsrin 90-cı illərində hay terrorundan böyük əziyyət çəkən Azərbaycanın özünün də marağındadır ki, onun kökü hər yerdə qazılıb atılsın və bizim bölgədə terrora, terrorçulara yer olmasın”.

Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılov da qeyd etdi ki, Azərbaycan və Türkiyə müxtəlif məsələlərdə əməkdaşlıq edir: “İki ölkənin hər bir mənada dərin strateji münasibətləri və qardaşlığı mövcuddur. Eyni zamanda Azərbaycan və Türkiyə hərbi sahədə də geniş əməkdaşlıq imkanlarına malikdir. Digər tərəfdən, bizim beynəlxalq münasibətlərə yanaşmamızda da böyük fikir birliyi mövcuddur. Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı daha da inkişaf edir. Azərbaycan Suriya xalqının rifahını və sabit Suriyanın dövlətçiliyini dəstəkləyir. Təəssüflər olsun ki, Əsəd rejiminin ermənipərəst despotizmi üzündən Suriya ilə Türk dünyasının münasibətləri zədələnmişdi. Bu gün isə Suriyaya yeni nəfəs gəlib. Azərbaycan Prezidenti vurğulayıb ki, Türkiyə sərhədlərinin yaxınlığında terrorçuların fəaliyyətinə imkan verilə bilməz. Beləliklə, Azərbaycan-Türkiyə müttəfiqliyi fonunda Hikmət Mirzəyevin səfərindən anti-Azərbaycan və antitürk dairələrin "narahatlığı" da gözlənilən idi". T.İsmayılov qeyd etdi ki, İran da, Rusiya da Azərbaycan-Türkiyə müttəfiqliyinə bələddir: “İran və Rusiya əgər hansısa formada Suriyada özünü göstərməyə çalışırsa, haqsız formada Azərbaycan və Türkiyənin də Suriyanın quruculuğunda iştirakından narahat olmamalıdır. Hər bir halda Mirzəyevin səfəri ilə bağlı manipulyasiya cəhdləri anlamsızdır”.

Ermənistan və havadarlarının Türkiyə və Azərbaycanın hərbi əməkdaşlığından narahatlığı isə anormallıqdır. Ermənistanla hərbi “dillə” danışmaq niyyəti olsa, bunu hər iki ölkəmiz ayrı-ayrılıqda da reallaşdıra bilər, Ermənistanın izi-tozu belə qalmaz. Amma Bakı və Ankara rəsmi İrəvana konstruktiv mövqe sərgiləməyi, 3+3 formatında əməkdaşlığı, Zəngəzur dəhlizini açmağı, kommunikasiyaları blokdan, Naxçıvan bölgəsini blokadadan çıxartmağı tövsiyə edir. Məsləhətə qulaq asmasalar...

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:257
embedMənbə:https://news24.az
archiveBu xəbər 29 Yanvar 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see741

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see318

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see305

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see298

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see269

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see258

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see257

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see251

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see248

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see243

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see241

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see237

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see223

Mərkəzi Gömrük Hospitalı müasir radiologiya texnologiyaları ilə dəqiq diaqnostika xidmətləri göstərir

06 Noyabr 2026 17:20see222

Diş minasını bu üsulla bərpa etmək OLAR

06 Noyabr 2026 17:32see216

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see197

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see195

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see190

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see184

Havanın çirklənməsi və digər ətraf mühit amilləri gözlərdə quruluq yarada bilər OFTOLMOLOQ

06 Noyabr 2026 14:09see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri