Icma.az
close
up
RU
General öz restoranına 2,5 milyon xərc qoyan şəxsi məhkəməyə VERDİ

General öz restoranına 2,5 milyon xərc qoyan şəxsi məhkəməyə VERDİ

Icma.az, Redaktor.az portalına istinadən məlumat verir.

Bakı şəhər Səbail rayonu Nizami küçəsi 96 ünvanında yerləşən “Haven” restoranının icarədarı Ələkbər Həbibov obyektin mülkiyyətçisini onu işlədiyi yerdən qeyri-qanuni şəkildə çıxarmaqda ittiham edir.

Redaktor.az xəbər verir ki, “Qafqazinfo”ya müraciət edən Ə.Həbibov 807 kvadrat metr sahəsi olan obyektin sahibi Mahmud Kərimovun Bakı Apellyasiya Məhkəməsindən qanunsuz qərar çıxartdığını və icarə müqaviləsinin şərtlərini pozduğunu iddia edir.

Həm də tanınmış idmançı olan şikayətçi bildirib ki, obyekt əslində Ədliyyə Nazirliyi Qeydiyyat Notariat Baş İdarəsinin keçmiş rəisi ədliyyə generalı İlqar Məmmədova məxsusdur: “Onunla aramızda centlmen razılığı əldə etdikdən sonra heç bir müqavilə olmadan ona məxsus, şəhərin mərkəzində yerləşən “Haven” restoranına 2,5 milyon manat sərmayə qoyaraq təmir etdirdim və orada fəaliyyətə başladım. Şifahi olaraq razılaşdıq ki, obyektin əsaslı təmirinə qoyduğum sərmayə müqabilində İlqar Məmmədov obyekti mənə uzunmüddətli (ən azı 10 il) icarə müqaviləsi bağlamaq şərti ilə verəcək. Lakin obyektin sahibi təmir bitdikdən sonra öz vədinə əməl etməyərək cəmi 1 illik müqavilə bağladı. Həmin müqavilə bir neçə dəfə uzadıldıqdan sonra öz hüququndan sui-istifadə edərək məndən əsassız olaraq obyekti boşaltmağımı tələb edirlər”.

Ə.Həbibov iddia edir ki, general İlqar Məmmədov öz əlaqələrindən istifadə edərək heç bir əsas olmadan restoranın fəaliyyətinin dayandırılması və istifadəsinin qadağan edilməsi üçün qanunsuz və ədalətsiz qərar qəbul etdirib: “Bakı Apellyasiya Məhkəməsi qərarında işin hallarını qəbul olunmuş qərar şəklində təqdim edir, lakin əslində bu, iddianın təmin olunmasına dair müvəqqəti tədbir idi ki, bu da məhkəmənin mahiyyəti üzrə baxışının nəticəsini əvvəlcədən müəyyənləşdirdi. Halbuki qanuna görə, iddianın təmin olunması üçün müvəqqəti tədbirə dair məhkəmə qərarı, məhkəmə baxışının nəticəsini müəyyən etməməlidir. Hakimlər beləliklə bütün məhkəmə prosesinin taleyini həll ediblər. Həmçinin verilmiş qərarda nə mənim vaxtında ödənilmiş icarə haqlarım, nə də ki obyektə buraxılmış sərmayəm barəsində bir məlumat verilir. Qanunla icarə müqaviləsinin ləğv edilməsi və ya icarə haqqının tutulması ilə bağlı məhkəməyə müraciət etmək imkanı olduğu halda, faktiki icarədar, Ədliyyə Nazirliyinin sabiq Baş Qeydiyyat və Notariat İdarəsinin rəisi İlqar Məmmədov (obyekt onun doğma dayısı Mahmud Kərimovun adına rəsmiləşdirilib İ.Ə) öz əlaqələrindən istifadə edərək məhkəmə prosesinə müdaxilə edib və mənə qarşı qanunsuz və ədalətsiz qərar qəbul etdirib”.

Şikayətçi əlavə edib ki, geridə qalan illər ərzində obyektin sahiblərinə bir milyon manatdan çox icarə haqqı ödəyib: “Həmin obyektdə göstərdiyi sahibkarlıq fəaliyyətindən dövlət büdcəsinə 400 000 manata yaxın vergi də ödəmişəm. İcarə müqaviləsi yalnız tərəflərin qarşılıqlı razılığı əsasında və ya məhkəmə qərarı ilə ləğv edilə bilər. Lakin Bakı Apellyasiya Məhkəməsi bu vacib məsələni nəzərə almır və qərarın “müvəqqəti xarakter daşıdığına” istinad edir. Digər tərəfdən, hakimlər Elnur Həsənov, Təranə Mahmudova və Ziya Şirinov verdikləri qərarla mahiyyəti üzrə işin nəticəsini faktiki olaraq həll ediblər ki, bu da qanunsuzdur və məhkəmə təcrübəsinə ziddir. Hakimlər mənimlə yanaşı, orada çalışan 35 əməkdaşı işsiz qoymaqla onların ailəsinə zərər vurublar”.

Şikayətçi məsələyə ədalətli münasibətin göstəriləcəyinə ümid etdiyini vurğulayıb.

Qeyd edək ki, Ə.Həbibov tanınmış heykəltaraş, SSRİ Dövlət Mükafatı laureatı və Azərbaycanın Xalq Rəssamı İbrahim Zeynalovun nəvəsidir.

Bakı Apellyasiya Məhkəməsindən sorğumuza cavab olaraq bildirilib ki, sahibkarın şikayətində qeyd etdiyi məsələlərlə bağlı araşdırma aparılıb: “Baxılmış müvəqqəti təminat tədbiri ilə bağlı yayınlanmış məqalələrdə yer alan fikirlərlə bağlı bildiririk ki, baxılan iş üzrə tərəflər arasında bağlanmış icarə müqaviləsində müqavilənin 19.10.2024-cü il tarixinə qədər qüvvədə olacağı, icarə haqqının ardıcıl 20 gün ödənilməməsi halında müqaviləyə “İcarə verən”in təşəbbüsü ilə birtərəfli qaydada xitam veriləcəyi, müqavilənin ləğv edilməsinin tərəflərin bir ay qabaqdan yazılı ərizəsinə müvafiq olaraq həyata keçiriləcəyi razılaşdırılmış, icarəyə verən (mülkiyyətçi) icarəyə götürənin icarə haqqı borcunu vaxtında ödəməməsini əsas gətirərək məhz icarə müqaviləsində nəzərdə tutulan qaydada müqaviləni birtərəfli qaydada ləğv etdiyi barədə iradə ifadəsini bəyan etməklə müqavilə münasibətlərini sonlandırılıb.

Apellyasiya instansiyası məhkəməsi də tərəflər arasında bağlanmış icarə müqaviləsinin icarəyə verənin (mülkiyyətçinin) birtərəfli iradə ifadəsi əsasında ləğv olunduğunu nəzərə alaraq müvafiq qərardad qəbul edib. Nəzərə alınmalıdır ki, qanunvericiliyə görə, məhkəmənin müvəqqəti təminat tədbirinin tətbiqi barədə qərardadı müvəqqəti xarakter daşıyır və işin qabaqcadan mahiyyəti üzrə həll edilməsi hesab olunmur".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:142
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 10 Yanvar 2025 17:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya bankları İran akkreditivlərini qəbul etməyə başlayıblar

20 Oktyabr 2025 15:22see219

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see195

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see185

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see182

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see181

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see159

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see158

“Amazon”, “Snapchat” və “Zoom”da problem yarandı

20 Oktyabr 2025 14:39see144

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see144

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see139

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see139

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see136

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see136

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see135

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see134

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see131

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see128

Türkiyədə Can Holding in rəhbəri həbs olundu

21 Oktyabr 2025 01:36see123

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see122

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri