Icma.az
close
up
RU
GENERAL, POLKOVNİKLƏR, QƏRARGAH RƏİSLƏRİ ÖLDÜRÜLÜB Rusiya ağır itkilər verib

GENERAL, POLKOVNİKLƏR, QƏRARGAH RƏİSLƏRİ ÖLDÜRÜLÜB Rusiya ağır itkilər verib

Icma.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Şahin Cəfərli: “Təcrübəli komandirlərini itirmiş briqadanın Ukrayna ordusu tərəfindən utilizasiyası davam edir”

“Rusiya, Ukraynada apardığı müharibənin uzanmasının ona istər qlobal geosiyasətdə, istərsə də resurs baxımından çox ağır zərbələr vurduğunu şübhəsiz ki, görür və anlayır”.

“AzPolitika” xəbər verir ki, bunu siyasi şərhçi Şahin Cəfərli Rusiya-Ukrayna müharibəsində mövcud hadisələri şərh edərkən qeyd edib.

Ekspert bildirib ki, Kiyev başda olmaqla Ukraynanın müxtəlif şəhərlərinə raket və dron zərbələrinin intensivləşdirilməsi, eləcə də yay hücumu çərçivəsində Sumi və Zaporojye istiqamətlərində yeni cəbhələrin açılması müharibəni mümkün qədər tez yekunlaşdırmaq planının tərkib hissəsidir: “Məqsəd Ukraynanın iradəsini qırmaq, xalqı canından bezdirib Zelenski hökumətinə təzyiq göstərməyə məcbur etmək və nəticədə Kiyevi təslimçi sülh imzalamağa vadar etməkdir.”


Ancaq politoloq vurğulayıb ki, planın icrası Moskvanın istədiyi kimi getmir: “Ötən həftələrdə Rusiya ordusu Sumi istiqamətində 7–12 km dərinliyə qədər irəliləyə bilsə də, Ukrayna ordusu onların qarşısını kəsə bilib və son günlər işğalçıları Rusiya sərhədinə doğru qovur. Diktatorun Sumi vilayəti ərazisində “bufer zonası” yaratmaq barədə tapşırığını ordu icra edə bilmədi.”

Cəfərlinin sözlərinə görə, bu tapşırığın icrası üçün cəlb edilmiş qüvvələrin özəyini Putinin yüksək qiymətləndirdiyi 155-ci əlahiddə dəniz piyadaları briqadası təşkil edib: “Lakin Ukrayna ordusu iyulun 2-də dəqiq raket zərbəsi ilə bu briqadanın komandan heyətini sıradan çıxartdı. Bu zərbə nəticəsində Rusiya Hərbi Dəniz Donanmasının komandan müavini, general-mayor Mixail Qudkov və köməkçisi, 2-ci dərəcəli kapitan Nəriman Şıxəliyev öldürülüb. İndi məlum olub ki, həmin zərbə nəticəsində 155-ci briqadanın komandiri, polkovnik Sergey İlyin, briqadanın qərargah rəisi polkovnik Leonid Başkardin və rabitə təminatı üzrə qərargah rəisi, 2-ci dərəcəli kapitan Aleksandr Şipunov da həlak olub. Təcrübəli komandirlərini itirmiş briqadanın Ukrayna ordusu tərəfindən utilizasiyası davam edir.”


O əlavə edib ki, Zaporojye istiqamətindəki əməliyyat isə Ukrayna komandanlığını öz ehtiyatlarını müxtəlif istiqamətlərə səpələməyə məcbur etməyə yönəlmiş yayındırıcı hücum idi: “Burada da Ukrayna ordusu düşmənin komanda məntəqəsinə dəqiq raket zərbəsi endirib. Nəticədə 346-cı xüsusi təyinatlı əlahiddə briqadanın qərargah rəisi, Putinin “Rusiya qəhrəmanı” adını verdiyi mayor Aleksandr Volkov və daha 10 zabit öldürülüb.”

Şahin Cəfərli bildirib ki, Ukraynanın raket hücumlarından müdafiəsi üçün NATO ölkələri əlavə addımlar atmağa hazırlaşır: “Hazırda yeni ‘Patriot’ sistemlərinin (3 kompleks) Ukraynaya tədarükü üçün Avropa və ABŞ arasında danışıqlar gedir. ‘Reuters’in məlumatına görə, Donald Tramp gələn həftə ilk dəfə prezident səlahiyyətləri çərçivəsində Ukraynaya əvəzsiz hərbi yardım ayırmağa hazırlaşır. Bundan başqa, ABŞ maliyyə naziri Bessent bildirib ki, Prezident Tramp Ukraynanın bərpası üzrə İnvestisiya Fonduna rəhbərliyi öz üzərinə götürüb.”

Siyasi analitik hesab edir ki, Ukraynadakı girdaba bütün gövdəsi ilə daxil olmuş Rusiyanın digər qlobal və regional məsələlərə müdaxilə imkanları getdikcə məhdudlaşır:“ABŞ, Britaniya və İsrail – yəni anqlo-saksonlar və yəhudilər – müxtəlif regionlarda öz planlarını daha rahat icra etməyə başlayıb. Orta Şərqdə (Türkiyə də daxil olmaqla) və Cənubi Qafqazda cərəyan edən proseslərin vahid mərkəzdən idarə olunduğunu söyləmək yəqin ki, yanlış olmaz.”

Rasim Əliyev
“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 İyul 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see770

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see211

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see179

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see170

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see165

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see157

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see151

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see149

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see141

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see137

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see136

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see135

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see134

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri