Icma.az
close
up
RU
General qadının üzərindən 40 minlik Rolex saatı aşkarladı

General qadının üzərindən 40 minlik Rolex saatı aşkarladı

Icma.az, Pravda.az portalına istinadən məlumat yayır.

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Anar Cahangirovun şəxsi yoxlama apardığı qadının üzərində 40 min manatlıq qol saatı aşkarlanıb.  Qaynarinfo-nun məlumatına görə, Z.A. adlı qadın İstanbuldan təyyərə ilə gələrkən Bakıda hava limanında saxlanılıb. Onun saxlanmasına səbəb üzərindən bazar dəyəri 38950 manat olan "Rolex" markalı qol saatın aşkarlanması olub. 

Baş İdarə rəisi Anar Cahangirov Z.A. adlı qadının iştirakı ilə sözügedən saat üzərində yoxlama aparıb.  Məlum olub ki, qadının üzərində iki kişi qol saatı olub. Onlardan birinin - "Rolex Sky Dweller Oyster Perpetual Superlatvie Chronometr Officially Certified" markalı qol saatının qiyməti 38800  manat, digərinin - "Rolex Oyster Perpetual Datejust Superlatvie Chronometr Officially Certified" markalı qol saatının dəyəri isə 150 manatdır. İki saatın ümumi dəyəri 38950 manatdır.

Z.A. qiyməti 38800 manat olan qol saatını sol qolunda, eyni adda çin istehsalı olan saatı isə çantasında Bakıya gətirib. Hər iki saatı gömrükdə bəyan etməyib. 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 448 və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta protokolu tərtib edilib, iş baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmədə isə Z.A. barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız və qanunsuz olduğunu qeyd edib. O, iddia edib ki, həmin qol saatı ilə 3 dəfə Bakıya gəlib və İstanbula qayıdıb.

"Müvəqqəti yaşayış icazəsi əsasında Türkiyə Respublikasının İstanbul şəhərində yaşayıram. Eyni zamanda oğlum hazırda Türkiyənin Bursa şəhərində təhsil alır. Qızım isə Azərbaycanda yaşayır və məktəbdə oxuyur" deyən qadın İstanbul şəhərində yaşasa da, anasının səhhəti ilə əlaqədar tez-tez Bakıya gəlib-getməli olduğunu bildirib.

Məhkəmənin qərarı ilə Z.A. 15580 manat cərimə edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:30
embedMənbə:https://pravda.az
archiveBu xəbər 02 Dekabr 2024 17:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see137

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see131

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see126

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see125

12 ton saxta spirtli içki ələ keçirildi

15 Aprel 2025 15:55see122

Ana 3 oğlunu 2 həftə hamamda ac saxladı

15 Aprel 2025 14:23see118

Manatın məzənnəsi qalxacaq? Rəsmi açıqlama

16 Aprel 2025 00:13see118

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see117

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see117

Əvəz Zeynallı cəzadan azad edilə bilər Vəkil

15 Aprel 2025 18:44see116

Bakıda sərnişin avtobusunun içinə su doldu Video KONKRET

16 Aprel 2025 10:18see116

“Dövlət dəstəyi ilə istehsal ediləcək film layihələri” müsabiqəsinin reqlamenti açıqlanıb

16 Aprel 2025 10:19see115

Zelenski danışıqları müsbət qiymətləndirib: Görüş davam edəcək

15 Aprel 2025 20:14see114

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see114

Süni intellekt: Əyləncəli görünən bu trend sonda problemə səbəb ola bilər

15 Aprel 2025 11:40see114

Paşinyanın “Atəşkəsi pozmaqda heç bir məqsədimiz yoxdur” açıqlamasının PƏRDƏARXASI: İrəvan nəyə nail olmağa çalışır? KONKRET

15 Aprel 2025 18:32see113

Azərbaycanda COVID 19 dan ən çox bu tarixdə yoluxma olub RƏSMİ

16 Aprel 2025 03:01see112

Yanğına görə Mərkəzin vəzifəli şəxsi cərimələndi

15 Aprel 2025 13:00see112

Torpaq alanlara şad xəbər: Bələdiyyə “alveri” bitdi!

15 Aprel 2025 21:20see112

Keçmiş baş nazir öz sosial şəbəkəsini yaradır

16 Aprel 2025 00:30see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri