Icma.az
close
up
RU
General qadının üzərindən 40 minlik Rolex saatı aşkarladı

General qadının üzərindən 40 minlik Rolex saatı aşkarladı

Qaynarinfo saytına istinadən Icma.az xəbər verir.

Dövlət Gömrük Komitəsinin (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi, general-mayor Anar Cahangirovun şəxsi yoxlama apardığı qadının üzərində 40 min manatlıq qol saat aşkarlanıb. 

Qaynarinfo-nun məlumatına görə, Z.A. adlı qadın İstanbuldan təyyərə ilə gələrkən Bakıda hava limanında saxlanılıb. Onun saxlanmasına səbəb üzərində bazar dəyəri 38950 manat olan "Rolex" markalı qol saatı aşkarlınması olub. 

Baş İdarə rəisi Anar Cahangirov Z.A. adlı qadının iştirakı ilə sözügedən saat üzərində yoxlama aparıb.  Məlum olub ki, qadın üzərində iki kişi qol saatı vae. Onlaran birinin - "Rolex Sky Dweller Oyster Perpetual Superlatvie Chronometr Officially Certified" markalı qol saatının qiyməti 38800  manat, digərinin - "Rolex Oyster Perpetual Datejust Superlatvie Chronometr Officially Certified" markalı qol saatının dəyəri isə 150 manatdır. İki saatın ümumi dəyəri 38950 manat təşkil edir.

Z.A. qiyməti 38800 manat olan qol saatını sol qolunda, eyni adda çin istehsalı olan saatı isə çantasında Bakıya gətirib. Hər iki saatı gömrükdə bəyan etməyib. 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 448 və 482.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta protokolu tərtib edilib, iş baxılması üçün məhkəməyə göndərilib. 

Məhkəmədə isə Z.A. barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolun əsassız və qanunsuz olduğunu qeyd edib. O, iddia edib ki, həmin qol saatı ilə 3 dəfə Bakıya gəlib və İstanbula qayıdıb.

"Müvəqqəti yaşayış icazəsi əsasında Türkiyə Respublikasının İstanbul şəhərində yaşayıram. Eyni zamanda oğlum hazırda Türkiyənin Bursa şəhərində təhsil alır. Qızım isə Azərbaycanda yaşayır və məktəbdə oxuyur" deyən qadın İstanbul şəhərində yaşasa da, anasının səhhəti ilə əlaqədar tez-tez Bakıya gəlib-getməli olduğunu bildirib.

Məhkəmənin qərarı ilə Z.A. 15580 manat cərimə edilib.

Əhməd

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:232
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 02 Dekabr 2024 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see379

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see310

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see309

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see269

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see253

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see205

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see198

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see185

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see184

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see183

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see175

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see172

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see171

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see170

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see169

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see168

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see167

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see167

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see167

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri