Generalın qətli ilə bağlı daha iki nəfər saxlanıldı
Icma.az, Axar.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Rusiya hüquq-mühafizə orqanları general-leytenant İqor Kirillov və onun köməkçisi İlya Polikarpovun ölümü ilə nəticələnən terror aktının sifarişçiləri və təşkilatçılarını müəyyənləşdirməkdə davam edir.
Axar.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko deyib.
O bildirib ki, istintaq Moskvadakı terror aktında daha iki nəfərin əli olduğunu müəyyən edib:
“Söhbət Batuxan Toçiyev və Ramazan Padiyevdən gedir - onlar artıq saxlanılıb. Onlara qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 3-cü hissəsinin “b” bəndi (“Mütəşəkkil dəstə tərəfindən terror aktı törətmək”) ilə ittiham irəli sürülüb”.
Qeyd edək ki, Moskvada 17 dekabrda avtomobilinin yaxınlığında baş verən partlayış nəticəsində Rusiya qüvvələrinin Radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov və köməkçisi öldürülmüşdü.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 16 Yanvar 2025 15:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















