Icma.az
close
up
RU
Generalla bağlı qərarda gözdən qaçan məqam Vəliyevin mundirindəki müdhiş iz...

Generalla bağlı qərarda gözdən qaçan məqam Vəliyevin mundirindəki müdhiş iz...

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xanlar Vəliyev dönəmini qapatdı və getdi. Ölkənin hərbi prokuroru kimi uzun illər (2005-2025-ci illər) fəaliyyət göstərdi. O, böyük bir klanı təmsil edirdi. Söhbət yalnız Vəliyevlər klanından getmir. Vəliyevlərin də daxil olduğu güclü, dərin, təsirli bir klanı nəzərdə tuturuq… (X. Vəliyev Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin qardaşıdır). Hər şeyin başlanğıcı olduğu kimi, sonunun da çatdığı gün var. X.Vəliyev üçün artıq sondur. 

Amma vəzifədən getdikdən sonra çox ciddi mükafatlandırıldı: deyilənə görə, X.Vəliyev Konstitusiya Məhkəməsinə (KM) hakim təyin olunur. Bu haqda artıq məlumat yayılıb. Sonuncu belə təyinat sabiq ədliyyə naziri Fikrət Məmmədovla bağlı baş verib. O, 2024-cü ildə nazir postundan çıxarıldıqdan sonra KM-ə hakim təyin olundu. Bu da deməyə əsas verir ki, vəzifədə olduğu dövrdə böyük planda xəyanət etməyən şəxslər bu şəkildə ödülləndirilirlər. Bu həm də Xanlar Vəliyevin mənsub olduğu klanın gücünü, nüfuzunu göstərən amil hesab edilə bilər.

X.Vəliyev “köhnə qvardiyanın” son nümunələrindən sayılırdı. 20 il müddətdə ölkənin Hərbi Prokuroru postunda təmsil olundu. Mediada ən çox tənqid edilən, müzakirəyə çıxarılan məmur kimi yadda qalacaq. X.Vəliyev daha çox “Tərtər işi” məsələsində gündəmə, həmçinin hədəfə gəldi. İndi də ona bu mövzuda ağır ittihamlar irəli sürülür.

Hətta general Milli Məclisdə də deputatların tənqidi çıxışlarına tuş gəlib. 2022-ci ilin dekabr ayında parlamentin plenar iclasında deputat Zahid Oruc Xanlar Vəliyevin ünvanına kəskin fikirlər səsləndirmişdi. Onu “Tərtər işi” məsələsində yol verdiyi məsuliyyətsiz rəftara görə Prezidentdən, xalqdan, “Tərtər işi”ndə haqsız yerə incidilən, işgəncə görən hərbçilərdən, onların ailə üzvlərindən üzr istəməyə çağırmışdı. Zahid Oruc Hərbi Prokurorluğun ləğvi məsələsini də gündəmə gətirmişdi. Çoxları deyirdi ki, Xanlar Vəliyev bu çıxışdan sonra işdən çıxarılacaq. Yəni artıq onun barəsində siyasi hökmün verildiyi qənaəti formalaşmışdı. Z.Orucun və digər deputatların belə qüdrətli generala hücumu sıradan və təsadüf sayılmırdı.

X.Vəliyev bu ittihamlara soyuqqanlı və özünəməxsus formada cavab vermişdi. Onun bir sözü həmin vaxt ciddi təhlil edildi. Sitat: “Mən niyə üzr istəməliyəm?! Hansı səbəbə?! Kim bunlar barədə danışır ondan soruşun niyə? Heç nədən xəbəri olmadan danışanlara sözüm yoxdur. Sağ-salamat olsunlar”.

General açıq şəkildə ittihamları rədd etmişdi. Müəyyən mesajlar vermişdi. Özünü günahsız saydığını bildirmişdi. Buna baxmayaraq, “Tərtər işi” məsələsi bir çoxları kimi, Xanlar Vəliyevin də general mundirində ciddi ləkə qoydu. Bir neçə general bu ləkəni tərcümeyi-halından təmizləmədən görəvdən uzaqlaşdırıldı. Məsələn, sabiq baş prokuror Zakir Qaralov da belələrindən idi. Onun da mundiri ciddi şəkildə ləkələndi. Həm “Tərtər işi”nin, həm də “Nərmin işi”nin “qan” ləkələri Qaralovun general uniformasından təmizlənmədi.

25-30 il öncə iqtidar komandasında təmsil olunan bütün vəzifəlilər, demək olar, pensiyaya göndərilir. Hazırda “köhnələrin” ən parlaq, yüksək səlahiyyətliləri – Baş nazirin 1-ci müavini Yaqub Eyyubov, fövqəladə hallar naziri Kəmaləddin Heydərov vəzifədə qalır.

Axtarsaq, əlavə bir-iki məmur da tapmaq olar. Görünür onların vəzifədə qalmaları özlərindən çox dövlətə lazımdır. Hər ikisi vacib persona sayılır. Yaqub Eyyubov 80 yaşı haqlayıb. Bəzi iddialara görə fiziki göstəriciləri və siyasi təsir imkanları onun belə vacib postda qalmasına imkan verir. O, həm də hərbi sənayedə, işğaldan azad edilən ərazilərdə aparılan işlərdə lazımlılıq əmsalına malik dövlət yetkilisi sayılır. Bir sözlə, son illərin dəbdə olan “dərin dövlət” anlayışı ilə yanaşılsa, Y.Eyyubov bu sistemin əsas simalarından biri kimi xarakterizə olunur. Yaqub Eyyubovu vəzifədə saxlayan şərtlər həm də geopolitik amillər kimi təqdim edilir. Deyilənə görə bu, onu toxunulmaz qılır.

Kəmaləddin Heydərova gəlincə… O, yaxşı nazir, etibarlı silahdaş, işinin öhdəsindən yüksək səviyyədə gələn kadr kimi ad çıxarıb. Bəzi ekspertlərin iddiasına görə, K.Heydərovun ölkə başçısına sadiqliyi, pərdəarxası proseslərdə heç vaxt olmaması, itaətkarlığı onun 19 ildir fövqəladə hallar naziri vəzifəsini tutmasında ciddi rol oynayır. 2024-cü ilin 7 fevralında keçirilən prezident seçkilərindən sonra yeni Nazirlər Kabinetində K.Heydərovun təmsil olunmayacağı deyilsə də o, postunu qoruya bildi. Prezident İlham Əliyev ona etimad göstərdi, yeni kabinetə daxil etdi. Son 20 ilin ən təlatümlü, fövqəladə siyasi hadisələri K.Heydərovun karyerasına mənfi təsir etmədi. Düzdür, əvvəlki səlahiyyəti, təsir imkanları yoxdur, amma hər şeyə rəğmən mövcuddur…

İndi hər kəsi maraqlandıran suallardan biri də budur: Azərbaycanın yeni hərbi prokuroru kim olacaq? Xanlar Vəliyevdən qalan ağır mirasa kim sahib çıxacaq? İki il 5 ay öncə MM-də səsləndirilən təklif – Hərbi Prokurorluğun ləğvi reallaşa bilərmi?

Azər Ayxan
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 10 Aprel 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see276

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see264

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see240

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see233

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see157

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see149

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see140

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see133

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see128

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see127

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see127

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see124

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see122

Neymar və het trik

04 Dekabr 2025 09:17see122

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see122

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see121

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see121

Bakıda vəkilə hücum etdilər Anar Bağırov münasibət bildirdi

04 Dekabr 2025 19:27see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri