Icma.az
close
up
RU
Genişmiqyaslı RusiyaUkrayna müharibəsinin 994cü günü AzPolitika onlayn siyasiictimai qəzet

Genişmiqyaslı RusiyaUkrayna müharibəsinin 994cü günü AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Göründüyü kimi, müharibə 1000-ci gününə yaxınlaşır. Bu müddətdə mübariz Ukrayna xalqı Rusiya imperializminə qarşı mərdliklə döyüşür. Hərçənd ki, qüvvələr nisbəti fərqlidir. Buna rəğmən bu müddətdə “ayaqda qalmaq”, dövləti və dövlətçiliyi qorumaq böyük güc, əzm və iradə tələb edir. Həm də azad, müstəqil və demokratik Ukrayna rus imperializmi üçün ekzistensial təhdiddir. Yəni-əzmkar xalq bütün çətinlik və məhrumiyyətlərə baxmayaraq öz üzərinə düşəni edib, edir və edəcək də. Şərtlər nə olursa-olsun xalqın iradəsinə zidd heçnə ola bilməz. 

Bunlar öz yerində, amma təəssüflər olsun ki, bu gün yeni dünya nizamı yaratmaq adı altında olan-qalan nizam da dağıdılır. Və ya başqa formatda (beynəlxalq hüquq, öhdəliklər, müharibələrin qarşısının alınması, əməkdaşlıq və sairə) güc formatında təzahür edir. Gücün varsa, yuxarıda göstərilən təsisatlar əhəmiyyətini itirmiş sayılır. Bəs azadlıq, ədalət, ölkələrin özünü müdafiə və suveren haqlarının qorunması kimi demokratik dəyərlər nəyə lazımdır? Heç şübhəsiz ki, Rusiya-Ukrayna müharibəsinin yekunu yeni dünya nizamını da müəyyən edəcək. Bu müstəvidə dünya güclü olmaq uğrunda paradoksal (əslində bəlkə də belə məsləhətdir) bir yarışmaya çəkilir və ən əsası kobud hərbi güc həlledici amilə çevrilir. Bu gedişatın gələcəkdə hansı fəlakətlərə səbəb olacağı haqqında isə insan düşünmək istəmir. 

ABŞ-də keçirilən son prezident seçkiləri və yaxın 4 ildə Ağ Evi Trampın liderliyi ilə Respublikaçılar partiyasının idarə edəcəyini nəzərə alsaq dünyada hansı proseslərin baş verəcəyi naməlum olaraq qalır. Çünki Tramp proqnozlaşdırılmayan siyasətçidir. Məlum olan odur ki, Tramp gözləntilərin əksinə olaraq Ukraynanı belə asanlıqla Rusiyanın ayağına verməz.

Unutmayaq ki, ABŞ-də xüsusilə, Reyqanın partiyası olan Respublikaçılarda Rusiyaya qarşı birmənalı mövqe yoxdur. Ümid edir və inanırıq ki, Rusiya imperializminə qarşı mərdliklə döyüşən Ukrayna xalqı tarixdən öz layiq olduğu qiymətini alacaqdır. Tarix həm başa salır, həm də cəzalandırır.994 gündür ki, məğrur və sülhsevər Ukrayna xalqı Putin faşizminə qarşı mübarizəni bu mərhələyə kimi gətirib çıxarıbsa, bu, öz-özlüyündə böyük bir göstəricidir. Bir şeyi dəqiq anlamalıyıq ki, bu müharibə Rusiyanın torpaq işğal edib, ərazilərini genişləndirmək müharibəsi deyil. Belə olmadığını anlamaq üçün hazırda Rusiyanı idarə edənlərin Ukraynaya baxışının necə olduğuna nəzər salmaq yetərlidir. Belə ki, Putin dəfələrlə öz çıxışlarında deyib ki, "Müasir Ukrayna dövləti Sovet dövrünün məhsuludur. Tarixdə Ukrayna dövləti, xalqı və dili yoxdur". 

10 il əvvəl ukraynalılar öz həyatlarında yeni səhifə açdılar. Bu səhifə ukraynalıların Rusiya imperializminə, qanunsuzluğa, köləliyə, şərə qarşı yaşam uğrunda mübarizəsidir. Söhbət təkcə müstəqillik və suverenliyin itirilməsindən getmir, ümumən Ukrayna milli identikliyinin itirilib, yenidən böyük rus etno-kultural dünyasının tərkib hissəsinə çevrilərək onun içərisində əriməsindən gedir. Başqa sözlə, Ukrayna üçün var olmaqla, yox olmaq arasında seçim idi. Ukraynalılar öz seçimlərini ediblər. Bu seçimə hörmət etmək lazımdır. Bu yol heç də asan deyil. Qan-qada, itkilər, dağıntılar hesabına olsa da, Ukrayna layiq olduğu azadlığa nail olacaq. Ukrayna öz əsgərinə, gücünə və resurslarına inanır. Son sözü Ukrayna xalqı deyəcəkdir. Çünki fərd olaraq birimiz azad olmayana qədər, heç birimiz azad deyilik. Hərçənd işığın qaranlığa qalib gələcəyinə şübhəmiz yoxdur. Başda, Ali Baş komandan olmaqla, Ukrayna xalqı və Silahlı Qüvvələrinə inanır və qələbə arzulayıram!

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Fəxri sədri Oqtay Əfəndiyev 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:91
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 13 Noyabr 2024 21:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri