Icma.az
close
up
RU
Geosiyasi qarşıdurma fonunda Ukraynada sülh perspektivləri zəifləyir

Geosiyasi qarşıdurma fonunda Ukraynada sülh perspektivləri zəifləyir

Aznews.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Hazırkı geosiyasi vəziyyət göstərir ki, Ukrayna ilə Rusiya arasında yaxın vaxtlarda atəşkəsin əldə olunması ehtimalı olduqca zəifdir. Mövcud proseslərə nəzər saldıqda, əksinə, müharibənin daha da genişlənməsi riski getdikcə artır. Bu vəziyyətin yaranmasında beynəlxalq aktorlar – xüsusilə ABŞ və Avropa İttifaqı – arasında strateji fikir ayrılıqları mühüm rol oynayır. ABŞ hər nə qədər münaqişəni dayandırmaq cəhdləri etsə də, hələlik effektiv nəticələr əldə olunmayıb. Bunun başlıca səbəbi isə Ukrayna və Rusiya arasında mövqelərin yaxınlaşdırılmasında çətinliklərin davam etməsidir. Digər tərəfdən, Avropa İttifaqı müharibənin dayandırılmasına yönəlmiş səyləri bir növ zəiflədir”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Kənan Novruzov deyib.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya Prezidenti Vladimir Putinin “May atəşkəsi” təklifinə cavabında münaqişənin mahiyyətini və tərəflər arasındakı dərin etimadsızlığı bir daha ortaya qoyub. “Atəş yalnız bir neçə günlük dayandırılıb sonra yenidən öldürmək üçün bərpa olunmamalıdır. Atəş dərhal, tam və şərtsiz şəkildə, ən azı 30 gün müddətinə dayandırılmalıdır – bu, daha etibarlı və zəmanətli olar,” – deyə Zelenski bildirib.

Siyasi şərhçi əlavə edib ki, Avropa dövlətləri, xüsusilə Rusiya ilə həmsərhəd olan ölkələr, Ukraynanın kapitulyasiyasının özləri üçün növbəti təhlükəyə çevriləcəyindən narahatdırlar.

“Bu səbəbdən Ukraynaya dəstək artan templə davam edir. Son aylarda Avropa ölkələrinin Ukraynaya verdiyi hərbi yardımın intensivləşməsi də bu strategiyanın təzahürüdür. Bu kontekstdən baxdıqda, münaqişənin yalnız bir tərəfin kapitulyasiyasına razı olması halında başa çata biləcəyi ehtimal olunur. Mümkün ssenariləri analiz etdikdə, daha real kapitulyasiya tərəfi kimi Ukraynanın adı ön plana çıxır. Rusiya mövcud mərhələdə daha güclü siyasi və hərbi mövqeyə malikdir və bu da onun danışıqlardakı üstünlüyünü artırır. Ukrayna Prezidenti Volodimir Zelenskinin mövcud şəraitdə müharibənin uzanmasında maraqlı olduğu görünür. Siyasi reallıq ondan ibarətdir ki, müharibənin sonlanması Zelenskinin siyasi karyerasının da sonu ola bilər. O, bu vəziyyəti dərk edərək, kapitulyasiya və ya güzəştli sülh sənədinə imza atmaqdan çəkinə bilər. Belə bir halda ehtimal olunur ki, o, həmin sənədə imza atmadan əvvəl istefa verə və bu məsuliyyəti başqa bir siyasi fiqura ötürə bilər. Nəticə etibarilə, Ukrayna-Rusiya münaqişəsində yaxın zamanlarda sülh və ya atəşkəs perspektivləri zəif görünür. Münaqişənin taleyi böyük ölçüdə beynəlxalq güc mərkəzlərinin strategiyalarına, regional təhlükəsizlik balansına və hər iki tərəfin daxili siyasi qərarlarına bağlı olacaq”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 29 Aprel 2025 20:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY sədri: “Bakı dairəvi dəmir yolu xəttinin yenidən qurulması planlaşdırılıb” FOTO

28 Aprel 2025 04:16see151

9 vərdişdən imtina edin: qarındakı piy bir aya YOX OLACAQ

28 Aprel 2025 02:03see130

Keçmiş icra başçısının Avstriyada mebel mağazası var? ARAŞDIRMA

28 Aprel 2025 17:47see127

Pezeşkianın oxuduğu şeirdəki gizlinlər: nə demək istədi?

29 Aprel 2025 20:04see126

La Liqa: Espanyol evə xalsız qayıtdı

28 Aprel 2025 04:15see126

“Bavariya”nın müdafiəçisi Premyer Liqaya doğru

28 Aprel 2025 12:44see125

Bakının mərkəzində restoran yanır

29 Aprel 2025 19:26see125

ABŞ döyüş təyyarəsi təyyarədaşıyan gəmidən dənizə düşüb

29 Aprel 2025 00:02see121

Dövməsini bəyənməyib atəş açdı

29 Aprel 2025 19:58see116

“Bu Platforma üzv təşkilatlar arasında təcrübə və məlumat mübadiləsini asanlaşdıracaq”

28 Aprel 2025 20:19see116

Mina terroru 26 nəfərin ölümünə səbəb oldu

29 Aprel 2025 13:00see116

Yevlaxda ağır qəza 32 yaşlı oğlanın qolu amputasiya olundu (FOTO)

28 Aprel 2025 11:00see116

Gənc ailələrin sosial iqtisadi çağırışları: Azərbaycan və dünya təcrübəsi ARAŞDIRMA

29 Aprel 2025 19:17see114

Cənubi Koreyada məktəbə silahlı hücum olub

28 Aprel 2025 08:23see114

ABŞ da Harvard Universitetində irqi ayrı seçkilik iddiaları ilə bağlı araşdırma başlayıb

29 Aprel 2025 07:48see113

Kreml Berlini ittiham etdi: “Ukraynalıların qanı əllərinizdədir!”

29 Aprel 2025 19:19see113

ABŞ Azərbaycanda polad və ferroərintilər istehsalını araşdırır

29 Aprel 2025 19:30see112

Atletiko nun futbolçusu karyerasını La Liqanın digər klubunda davam etdirə bilər

29 Aprel 2025 19:59see111

Azercell in mobil nömrələri hərraca çıxarılır 36 min manata...

28 Aprel 2025 20:35see111

İmişlidə regional müşavirədə yanğın təhlükəsizliyi müzakirə olunub

29 Aprel 2025 19:17see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri