Icma.az
close
up
RU
Milli ideya XXI əsrin yeni geosiyasi çağırışları fonunda

Milli ideya XXI əsrin yeni geosiyasi çağırışları fonunda

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

I məqalə

Yaradıcı liderlik: “cogito ergo sum”

Azərbaycan Prezidenti İlham Əliyevin regional miqyasda şəxsi liderliklə dövləti liderliyi uğurla sintez etməsi yalnız praktiki fenomen deyildir. XXI əsrin geosiyasi, sosial-mədəni, ideoloji, texnoloji şərtləri elədir ki, siyasi liderlikdə nəzəri-konseptual aspektlər praktiki-tətbiqi tərəfin ahəngdarlığı olmadan davamlı uğurlu liderlik imkansızdır. İndi filosoflar və politoloqlar bu şərtlər daxilində uğurlu liderliyin həm nümunəsini, həm də onu təmin edən baza kriteriyalarını (keyfiyyətləri, prinsipləri, münasibətləri və s.) axtarırlar. Burada üç yanaşma özünü göstərir.

Birincisi, uğurlu liderliyin baza parametri kimi yalnız bir kriteriyanı müəyyən etmək.

İkincisi, uğurlu liderliyin XXI əsrin şərtləri kontekstində çoxsaylı kriteriyalarını müəyyən etmək. Bu yanaşmada liderlik, ümumiyyətlə, daim yeniləşən, açıq xarakterli, lakin qeyri-xətti mahiyyətə malik dinamik proses kimi qəbul edilir.

Üçüncüsü, bir sıra politoloji dairələrdə liderliyin kriteriyalarını müəyyən etməyə ehtiyacın olmadığı fikri irəli sürülür. Onun əsasında isə liderin qeyri-standart üsulla, məsələn, “təsadüfi seçim”, müəyyən qrup fəal insanlar arasından “zər atmağa” oxşar üsulla kimisə lider seçmək yanaşmaları dayanır.

Daha ciddi lideroloqlar (məsələn, Barbara Kellerman) liderliyə ənənəvidən fərqli olan başqa yöndən yanaşır. O hesab edir ki, XXI əsrdə uğurlu lider “kütlənin arxasınca gedən”dir. Yəni lider “xidmətçidir”(“xalqın xidmətçisi”), sosiumun sifarişlərini yerinə yetirəndir və deməli, başlıca olaraq cəmiyyətdən gələn sifarişləri yerinə yetirən uğurlu liderdir.

Biz bu yanaşmalardan fərqli olan mövqeni müasir tələblərə daha uyğun hesab edirik. XXI əsrin sürətlə dəyişən qlobal geosiyasi çağırışlarını nəzərə almadan dünyanın heç bir ölkəsində lider davamlı olaraq uğur qazana bilməz. Çünki indi milli, regional, regionlararası və qlobal miqyaslar o dərəcədə bir-biri ilə qarşılıqlı əlaqədədirlər ki, onların hansının “daxili”, hansının “xarici” təsir rolunu oynadığını elmi olaraq müəyyən etmək mümkün deyildir.

Burada sinergetikada işlənən bir termin daha uyğun gəlir – “plektiks”. Yəni proseslərin, faktorların, hadisələrin, fəaliyyət sferalarının, təsir mexanizmlərinin “sarmaşıq” kimi münasibətdə olması. Ənənəvi fəlsəfi, elmi və politoloji təfəkkürdə “daxili” sayılan və ya “xarici” hesab edilən parametrlər indi özündə hər iki aspektin əsas məqamlarını vəhdət halında daşıyır. Daxilidə həm də xairicilik vardır və əksinə...

Bundan başqa, XXI əsrə xas olan bir mühüm özəllik meydana gəlmişdir. Həmin özəllik hər bir milli dövlət üçün ümumi səviyyədə “ətraf mühit” və ya “xarici mühit” sayılan qlobal geosiyasi mənzərənin daim yeniləşməsi ilə bağlıdır.

Nümunə üçün: Cəmi bir neçə ay öncə kimsə yeni çağırışlar kimi, D.Trampın nələri irəli sürəcəyini dəqiq bilmirdi. D.Tramp isə sürətlə Avropanı, Rusiyanı, Ukraynanı, Yaxın Şərqi, Çini “bir-birinə qatan” tezislər söylədi. Vergilər tətbiq etdi. Daxildə Amerika dövlətçiliyi ilə uzlaşmayan qalmaqallı addımlar atdı. Və bu proses davam edir.

Geosiyasi və tarixi baxımdan çox qısa müddətdə dünya siyasi mənzərəsndə köklü dəyişiklərə səbəb ola biləcək siyasi, diplomatik, ticari, vergi, iqtisadi, hərbi, təhlükəsizlik və s. proseslər özünü göstərdi. Burada risk faktorunun daha da artdığını mütəxəssislər vurğulayırlar.

Yəni indi XXI əsrin geosiyasi çağırışlarını əsas olaraq daha da həssaslaşmış qlobal miqyasda baş verənlərin regional miqyasa və onun daxilində milli dövlətə mümkün təsirləri fonunda qiymətləndirirlər. Bu ierarxik riskli və həssas təsirlər pilləvari təhdidlər sistemi yaradır. O halda uğurlu milli lider bir neçə səviyyəyə malik həssas situasiyada milli maraqlara cavab verən fəaliyyət göstərməli, adekvat rasional qərarlar qəbul etməlidir. Bu, liderin düşüncəsi, duruşu və iradi keyfiyyəti ilə “cogito erqo sum” (yəni, “düşünürəm, varam”) deməsini tələb edir! Daha aydın terminlə milli lider yaradıcı (kreativ) olması liderliyin baza parametrlərindən biri halına gəlmişdir!

Bütün bunlar bizə XXI əsrdə uğurlu milli siyasi liderliyin kriteriyalarını müəyyən etməyə yol göstərir.

Baza amillər

Hər şeydən öncə, aydın olur ki, uğurlu liderliyin şərtləri XXI əsrin sürətlə dəyişən şərtləri fonunda universal ola bilməz. Çünki XXI əsrin çağırışları elədir ki, sabit “ətraf mühit” heç bir regionda mövcud deyildir. İerarxik olaraq regionlar, regionlararası miqyaslar daim gözlənilməyən yeni risklərlə üz-üzə qala bilər. Əgər sabit xarakterə malik fəaliyyət mühiti mövcud deyilsə, orada aparıcı şəxsin dəyişməz kriteriyalara görə fəaliyyəti daim milli ilə regional, regionlararası və qlobal miqyaslar arasında ziddiyyət yaradacaqdır. Buna görə də yeni uğurlu lider milli, regional, regionlararası və qlobal miqyaslarda özünü göstərən proseslərin dərindən dərki əsasında başçılıq etdiyi dövlətin maraqlarına uyğun olan liderlik nümunəsini müəyyən etməlidir. Bu, liderliyə kreativ yanaşmanın əsas şərtidir.

İkinci şərt bundan az əhəmiyyətli deyildir. Lider daim öz üzərində zehni və iradi aspektlərdə işləməlidir. Yəni uğurlu lider, sözün həqiqi mənasında, zəhmətkeş olmalıdır.

Yeri gəlmişkən, Azərbaycan Prezidenti İlham Əliyevin böyük aktivlik və təşəbbüskarlıq potensialına malik olduğu haqqında çox müxtəlif səviyyələrdə fikirlər söylənmişdir. Azərbaycan liderinin xüsusilə, kəskin böhranlı situasiyalarda çox fəal, qətiyyətli və çalışqan davrandığı artıq faktdır! Onu 44 günlük Vətən müharibəsində hər kəs gördü. İlham Əliyev titanik fəallığı ilə həm dövləti idarə etdi, həm hərb meydanında qalib oldu. Bununla yanaşı, informasiya müharibəsində çoxsaylı qərəzli cəhdlərin qarşısını yorulmadan aldı! Bunlar Azərbaycan liderinin zəhmətkeşliyinin bariz nümunələridir.

Nəhayət, üçüncü şərt. Özünün şəxsi liderliyi ilə dövlətin regional liderliyini maksimum uyğunlaşdırmaq keyfiyyəti çox önəm daşıyır. Burada nisbətin pozulması avtomatik olaraq, dövlətin və regionun müsbət geosiyasi dinamikasını poza bilər. Bu tezisi Azərbaycan Prezidenti İlham Əliyev martın 13-də Bakıda keçirilən “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumundakı nitqi zamanı çox gözəl və yığcam ifadə etmişdir. Azərbaycan Prezidenti Cənubi Qafqazı nəzərdə tutaraq demişdir ki, bura bizim regiondur, onun məsuliyyətini biz daşıyırıq və bu regionu da biz qurmalıyıq. Həmin quruculuqda indi önə çıxan məqamı da İlham Əliyev dəqiq göstərmişdir ki, bölgədə biz sülhün bərqərar olunması üçün hələ də çalışırıq.

Əhəmiyyətlidir ki, Azərbaycan lideri bu məqsədini “Cənubi Qafqaz bölgəsinin geosiyasi əhəmiyyəti”nin artması əsasında müəyyənləşdirdiyini hiss etdirmişdir. Bunun təməlində isə qlobal miqyasda özünü göstərən “son geosiyasi dəyişikliklərdən” irəli gələn dinamika dayanır. Deməli, Azərbycanın dövlət başçısı şəxsi liderliyi ilə ölkənin regional liderliyi şərtlərini optimal əlaqələndirərək, artıq konkret addımlarını atır.

Burada həm fəlsəfi, həm də siyasi-nəzəri aspektlərdə vacib bir məqam önə çıxır – XXI əsrin bu gözlənilməz, sürətlə yeniləşən və risklərlə dolu çağırışları sülh, barış, əməkdaşlıq və təhlükəsizlik naminə fürsətə çevirmək üçün Cənubi Qafqazın lider dövləti hansı faktora söykənə bilər? Onun motivasiyası və müəyyənedici funksiyası ilə şəxsi liderliklə dövləti regional liderliyin ahəngdarlığını davamlı, dayanıqlı və perspektivli proses halına gətirə bilər?

Milli ideyanın yeni məzmun və funksiyası

Öncə aydınlaşdırmaq lazımdır ki, nəyə görə konkret Cənubi Qafqazın lider dövlətinin özü və başçısı üçün milli ideya yeni şərtlərdə baza faktoru rolunu oynamalıdır. Cavab axtarışları “milli ideya” anlayışının dərk edilməsinin bir sıra məqamlarına yenidən baxmağı tələb edir.

Məsələ milli ideyanın məzmunu, təyinatı və reallaşma mexanizmlərinin özəllikləri ilə bağlıdır. Milli ideya bütövlükdə, toplumun dünyaduyumu, özünü və ətraf mühiti identifikasiya etməsini, milli özşüurun tarixi xüsusiyyətlərini, kollektiv birgəyaşamın praktiki və ideoloji cəhətlərini ehtiva edir. Milli ideya toplumun özünə və dünyaya münasibətinin yığcam və strateji xarakterli ifadəsidir. Buna görə də milli ideya nəzəri məqsədləri optimal reallaşdırmaq imkanı fonunda dinamik yeniləşdirmək potensialına malik olmalıdır. Bu zaman başlıca strateji hədəfdən yayınma olmamalıdır.

Buradan məntiqi olaraq belə bir fəlsəfi qənaət əldə edə bilərik: XXI əsr sürətlə dəyişən çağırışlarla xarakterizə olunursa və əsas məsələ bu cür dinamik şəraitdə milli dövlətin aparıcılığını davamlı etməkdən ibarətdirsə, onda elə kurs götürülməlidir ki, dövlət üçün “fon” rolunu oynayan regionda hansı sürət və risklə situasiyaların dəyişməsindən asılı olmayaraq, kəsintisiz milli maraqlarla regional maraqları uyğunlaşdıran xətt üzrə fəaliyyəti təmin etmək mümkün olsun. Bu isə özlüyündə həmin xəttin davamlı olmasını təmin edə biləck baza faktoru seçməyi tələb edir. Həmin rolu milli ideya oynaya bilər.

“İdeya” mahiyyətcə insanı motivə edən, onun ideal səviyyədə davranışlarının sərhədlərini müəyyənləşdirən mənəvi, məntiqi, mədəni, iradi rasional fenomendir. İnsan ideyalı olmasa, cəmiyyət miqyasında identikliyini dəqiq müəyyən edə bilməz. Öz identikliyini aydın görməyən vətəndaş isə nə vətənpərvər, nə də bəşəri ola bilər.

Deməli, milli ideya fərd və kollektiv səviyyələrində insanların, cəmiyyətin kimliyini müəyyən edən əsas amildir. Burada dövlətçilik mütləq nəzərə alınır, çünki milli ideya milli dövlətin mövcud olduğu yerdə konkret məzmun ala bilir.

Belə çıxır ki, milli ideya hər bir tarixi mərhələdə fərdi və kollektiv miqyaslarda sosial, psixoloji, mədəni, mənəvi, emosional və digər aspektlərdə identikliyin dövlət identikliyi ilə münasibətlərini tənzimləyən əsas amildir. Onda XXI əsrin yeni çağırışları bütövlükdə yeni şərtləri meydana çıxarırsa, onda milli ideyada həmin məqamlar nəzərə alınmalıdır. Ancaq burada iki məhdudlaşdırıcı şərt ödənməlidir.

Birincisi, ən yeni və riskli çağırışlar belə milli ideyanı yeni tarixi mərhələ kontekstindən kənara çıxara bilməz. Bu anlamda XXI əsrin indi müşahidə edilən çağırışlarının mili ideyaya mümkün korrektələri taktiki xarakter daşımalıdır.

Milli ideyada cəmiyyətlə liderin yeni səviyyədə birliyi üzərində düşünülməlidir. Bir tərəfdən, cəmiyyətin daxili birliyi və millilik duyğusunun daha da gücləndirilməsi, digər tərəfdən liderin yeni mürəkkəb şəraitdə atdığı addımların cəmiyyət tərəfindən inklüziv qəbul edilməsi təmin olunmalıdır.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az-da ən son yeniliklərə baxın.
seeBaxış sayı:58
embedMənbə:https://xalqqazeti.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ də cinayətkarlar pitonlarla hədə qorxu gələrək YDM ni qarət ediblər

17 Mart 2025 03:02see200

Ürəyimi nişan al, Kələntər dayı, ağrıdır axı… Cəlalı həmişəlik İTİRDİK

17 Mart 2025 14:55see196

Qarın yağını yandırmaq üçün gündə neçə addım atmaq lazımdır..?

17 Mart 2025 01:08see131

“Yunayted”dən səfərdə inamlı qələbə

17 Mart 2025 00:56see130

Elçin Əzizov: Klassik musiqi heyrətamiz bir sənət növüdür

16 Mart 2025 22:57see129

Prezident Ərdoğan gənclərlə görüşüb VİDEO Yeni Gündəm

16 Mart 2025 23:39see124

Palmer millidə forma geyinməyəcək

16 Mart 2025 21:59see124

Sosioloq: Internat məktəblərindəki uşaqların vəziyyəti o qədər də ürəkaçan deyil

17 Mart 2025 14:59see123

Üz dərisini hamar, parlaq və gözəl edən 2 MEYVƏ

17 Mart 2025 02:03see123

Abşeronda yeni çəkilən yol su içində qalıb SƏBƏB NƏDİR?

17 Mart 2025 14:41see120

İnvestisiya etdiyiniz hər qəpiyə dəyər olan üç işlənmiş avtomobil

17 Mart 2025 00:56see120

Hikmət Babaoğlu: “Dövlətimizin imkanları var ki, həmin şəxsləri Azərbaycana gətirsin”

17 Mart 2025 15:15see119

“Sabah” rekorda şərik oldu

17 Mart 2025 12:17see119

“Hər oyun kobud səhvlər buraxırıq” Berdıyev

16 Mart 2025 21:14see118

ABŞ Rusiyaya qarşı qurulan beynəlxalq qrupu tərk edir

17 Mart 2025 10:54see118

Bu film Rusiyada ilin ən çox gəlir gətirən filmləri arasında altıncı sırada yer tutur

16 Mart 2025 22:35see118

TƏBİB: "Xızıda yol qəzasında xəsarət alanlar Bakıdakı tibb müəssisəsinə təxliyə olunub" YENİLƏNDİ

17 Mart 2025 15:05see118

“Nyukasl” “Liverpul”u məğlub etdi ÇEMPİON OLDU

16 Mart 2025 23:06see116

Qərbi Azərbaycan Xronikası: Ermənilərin istinad etdiyi Andonyanın sənədləri saxtadır

18 Mart 2025 01:12see115

NATO ölkələrindən biri Ukraynaya hərbi yardımın uzadılmasını istisna edib

17 Mart 2025 12:02see115
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri