Icma.az
close
up
RU
Geosiyasi şahmat: Rusiya Ukrayna müharibəsi nələrə səbəb oldu?

Geosiyasi şahmat: Rusiya Ukrayna müharibəsi nələrə səbəb oldu?

Icma.az, Sfera.az portalına istinadən məlumat verir.

Bu gün Rusiya-Ukrayna müharibəsinin başlanmasından 3 il keçir. Bu müddət hər iki ölkə üçün çətin dövr oldu. Verilən itkilər və dövlətlərin zəifləməsi sülhün vacibliyini bir daha xatırladır.

Bəs 3 il ərzində nələr baş verdi və müharibə hansı nəticələrə səbəb oldu?    

Mövzu ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Aqşin Kərimov bildirib ki, Ukrayna müharibədən öncə danışıqlar üçün cəhd göstərib:

“Ukrayna Prezidenti Volodimir Zelenski müharibə başlamamışdan 5 gün öncə, 2022-ci il fevralın 19-da Rusiya Prezidenti Vladimir Putinə görüşməyi təklif etdi. Putin bu istəyə məhəl qoymadı və 24 fevral 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başladı.  Zelenski 2022-ci ilin martında Putini “istənilən formatda” birbaşa danışıqlara çağırıb və Ukraynanın NATO-ya daxil olması məsələsində güzəştə getməyi təklif edib. Rusiya isə Ukraynanın tam təslim olmasını və demilitarizasiyasını tələb edirdi”. 

Onun sözlərinə görə, Rusiyanın Ukraynanı tam işğal etməsi üçün hələ bir əsrə yaxın vaxt lazımdır:

“Ukrayna ərazilərinin 20 faizi işğal altındadır. ABŞ Müharibə Tədqiqatlar İnstitutunun hesablamalarına əsasən, Rusiyanın Ukrayna ərazilərində mövcud irəliləyiş sürəti Ukraynanın qalan 80 faizini ələ keçirmək üçün 83 ildən çox vaxt tələb edir. Ehtimal ki, həmin hesablama, Rusiya qüvvələrinin cəbhə xəttində irəliləmə sürətinin son üç ayda əhəmiyyətli dərəcədə azalması hesablamasına istinad edir”. 

Politoloq qeyd edib ki, Avropa İttifaqı üzvləri və Aİ təsisatları üstəgəl, Norveç və Böyük Britaniya Ukraynaya birbaşa yardımın məcmu ayırmalarına görə ABŞ-ni geridə qoyub:

“Belə ki, Avropa Ukraynaya cəmi 166 milyard dollar məcmu yardım ayırıb və 2030-cu ilə qədər əlavə olaraq 34,7 milyard dollar ayrılacağını vəd edib. Avropa ümumilikdə təqribən 204,1 milyard dollar təmin edib və öhdəlik götürüb. Bu rəqəmlərə Aİ və G7-nin Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlər hesabına maliyyələşdirilən kreditlərin verilməsi üzrə öhdəlikləri daxil deyil. Avropanın Ukraynaya verdiyi kreditlər Ukraynadan deyil, dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə təmin edilir.

Bununla belə, ABŞ-nin Ukraynaya hərbi yardım kampaniyası daha səmərəlidir, çünki Avropa İttifaqı ilə ABŞ arasındakı müqayisədə Şərqi Avropada yerləşdirilən ABŞ qüvvələrinin xərcləri nəzərə alınmır. Ukrayna məhz ABŞ istehsalı silahlarla Rusiyanın cəbhə xəttini əhəmiyyətli olmasa da, dəyişdirməyə nail oldu və Ukrayna üçün taktiki çəkindirmə faktına çevrildi. Birləşmiş Ştatların Ukrayna üçün ayırdığı vəsaitlərin əksəriyyəti daxili müdafiə sənayesi bazasını maliyyələşdirməyə yönəlib”. 

A.Kərimovun fikrincə, Rusiya ilə ABŞ arasındakı sövdələşmə üçün elan edilmiş qarşılıqlı niyyət bəzi kartları açır:

“Ortada isə daha çox iqtisadi-ticari və qarşılıqlı investisiya imkanları ilə əməkdaşlıq modelinin müzakirə predmetinə gətirildiyini görmək olur. ABŞ ilə Rusiya bu məsələdə bir-birlərinə müəyyən formada güzəşt sahəsi tanıyırlar. Bunu son açıqlamalar və bir təyinat fonundakı tendensiyalarla əlaqələndirək. Belə ki, ABŞ-nin Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff 2022-ci ilin əvvəlində İstanbul protokollarına istinad edərək, Rusiya və Ukrayna arasında fevralın 23-də danışıqlar üçün təklif etdi. Əgər Kiyev bu protokollara əsaslanan razılaşmanı təsdiqləsə, bu, Ukraynanın təslimiyyət sənədini tanıması olacaq. Burada fokuslanacaq başqa bir məqam odur ki, ABŞ-nin Yaxın Şərq üzrə nümayəndəsi Səudiyyə Ərəbistanında keçirilən görüşün əsas iştirakçılarından biri idi. Ehtimalla Rusiya Yaxın Şərqdə ABŞ-yə güzəşt sahəsi tanımağa hazır olmağın müqabilində Vaşinqtonu Ukrayna məsələsində əlini çəkməyin faydalarına inandırır. 

Putin Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) baş direktoru Kirill Dmitriyevi Prezidentin Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndəsi təyin etməsi diqqət çəkir. Nəzərə alaq ki, Dmitriyev fevralın 17-də Səudiyyə Ərəbistanında ABŞ rəsmiləri ilə görüşən Rusiya nümayəndə heyətinin tərkibində olub. Dmitriyevin ABŞ-nin Standford Universitetində və Harvard Universitetlərində təhsil alması və ABŞ şirkətlərində işləyib. Bu, Rusiyanın ABŞ-ni “anlayacaq” birini təyin etməsi ilə bağlı ABŞ-ın tələblərinə cavab olaraq ortaya çıxmış bir təyinatdır”. 

Müsahibimiz vurğulayıb ki, Ukraynadakı müharibə Rusiya haqqında formalaşmış mifləri dağıtdı, Kremlin üzləşdiyi kəşfiyyat və təhlükəsizlik çətinliklərinin düşünüldüyündən də daha dərin olduğunu meydana çıxardı:

“Burada ən böyük hadisə Ukraynanın Kursk regionuna hərbi müdaxiləsi idi, lakin bu, cəsarətli plan olsa da, taktiki və strateji baxımdan səmərəsiz idi. Çünki Kurskdakı hərbi əməliyyatlar nə Rusiya qoşunlarının irəliləyişinin qarşısını ala bildi, nə də ABŞ Ukraynanın bundan sonrakı qələbə planına inam bəslədi. Eyni zamanda Ukraynadakı müharibə Transatlantik fırtınaları da qızışdırdı. İndi bunun daha aşkar əlamətləri ABŞ ilə Avropa İttifaqı, ümumilikdə NATO daxilindəki fikir ayrılıqlarının dərinləşməsi faktı ilə görünür. Donald Tramp və Putin hakimiyyəti indi hazırkı durumu ABŞ ilə Rusiyanın maraqlarının nəzərə alınmasını təmin etməklə rasionallaşdırmağa çalışırlar. Buna görə Kremllə Ağ Ev Ukrayna üçün “sülh üsulları” axtarır, Tramp bunun üçün İkinci Dünya Müharibəsindən bu yana formalaşmış Transatlantik normaları hədəfə alır. Rusiyanın isə hələlik sensasion dönüş etdiyi görünmür, hərçənd ki, böyük ölçüdə Moskva Vaşinqtona Arktika regionu və Hind-Sakit Okeanı regionunda “azad hərəkət” imkanları tanıya bilər.

Bütün bunlar baş verərkən Çinin Rusiya və Ukrayna arasında atəşkəsin bir hissəsi olaraq öz əsgərlərini sülhməramlı rolda yerləşdirməyi əldə etmək üçün münasit şərait axtardığı fikri yaranır. Bu, Çinin Avropapa yaranan təhlükəsizlik boşluqlarına sızmasına görünməmiş şərait yarada bilər. Qısası, hələlik, konseptual şəkildə beynəlxalq sistem üzrə mümkün Rusiya-ABŞ-Çin bölgüsü belə təsvir edilə bilər”.

Firuzə Əliyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://sfera.az
archiveBu xəbər 24 Fevral 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Somalilend ABŞ dan tanınma qarşılığında liman və hava bazası təklif edir

13 Aprel 2025 12:26see126

Azərbaycanlı rəssam ABŞ də yenidən birinci oldu

13 Aprel 2025 16:02see125

Van Damm istintaq altında: Kannda 10 il əvvəl baş verən insan alveri haqqında YENİ FAKTLAR

13 Aprel 2025 06:33see124

“Yeganə məxluqam ki, özümdən başqa heç kimə...”

13 Aprel 2025 00:29see123

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see122

Suriyada silahlı qruplaşmalar silahlarını təhvil verir

12 Aprel 2025 21:19see122

Fransa 2026 cı il büdcə kəsirindən 40 milyard avro qənaət edəcək

13 Aprel 2025 17:12see119

Real Madrid 3 futbolçusunu göndərməyə qərar verdi ADLAR

13 Aprel 2025 00:00see117

Vətəndaş həkimə, yoxsa bahalı xidmətə gedir? Özəl klinikalarda qəbul qiymətləri

12 Aprel 2025 22:23see116

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see115

Bu il əhali geyimə 2,2 milyard manat xərcləyib

12 Aprel 2025 20:46see114

Nazirlərin aylar sonra ilk görüşü: İrəvan nəyə çalışır?

13 Aprel 2025 09:02see114

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see110

Şirvanda 36 yaşlı qadın özünü bıçaqlayıb

13 Aprel 2025 02:16see110

AMEA nın yubileyinə həsr olunmuş konfrans

13 Aprel 2025 04:16see110

İran AES lərin istifadəyə verilməsi prosesini sürətləndirəcək Vitse prezident

12 Aprel 2025 20:52see110

İtkin düşən azyaşlı tapıldı FOTO

12 Aprel 2025 23:13see110

Bu bürclər yaxın zamanda varlanacaq ÇOX AZ QALDI

13 Aprel 2025 09:18see110

Dublyor olmadan əfsanəyə çevrildi: Ölümə meydan oxuyan Cüneyt Arkın

13 Aprel 2025 02:32see110

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri