Icma.az
close
up
RU
Gerçək qiyamət ssenarisi: Nüvə müharibəsinin dünya üçün nəticələri açıqlandı

Gerçək qiyamət ssenarisi: Nüvə müharibəsinin dünya üçün nəticələri açıqlandı

Icma.az, Turkstan.az portalına istinadən məlumat yayır.

Nüvə müharibəsinin bəşəriyyət üçün doğura biləcəyi fəlakətli nəticələr yenidən gündəmə gəlib.

Turkustan.az xəbər verir ki, "The Wall Street Journal"da ekoloq və publisist Ted Nordqauzun qələmə aldığı məqalədə belə bir münaqişənin dünyanın iqlimini necə dəyişəcəyindən tutmuş, milyonlarla insanın ölümünə səbəb olmasına qədər bir sıra ssenarilər təsvir olunur.

Müəllif qeyd edir ki, dünya hazırda tədricən artan istixana qazlarından deyil, məhz nüvə silahlarının qarşılıqlı istifadəsindən doğacaq iqlim fəlakətinin astanasındadır. Bu risk xüsusilə Hindistan və Pakistan arasında mümkün silahlı toqquşmalar fonunda daha real görünür.

Nüvə müharibəsinin ilk və sonrakı fəlakətləri

Nordqauz yazır: "Nüvə müharibəsi dərhal "nüvə qışı" ilə nəticələnəcək. Biz adətən belə bir müharibənin nəticələrini şəhərlərin yanması və əhalinin buxarlanması ilə təsəvvür edirik. Lakin ən dəhşətli nəticələr silahların partlamasından sonra başlayacaq. Atmosferin saça ilə örtülməsi Yer kürəsini zülmətə qərq edərək onillərlə davam edə biləcək bir "qışı" təşviq etmiş olacaq".

İlkin mərhələdə yüz milyonlarla insan termonüvə partlayışları və yanğınlarda həyatını itirə bilər. Lakin daha çox insan aclıq, quraqlıq və məhsulsuzluq səbəbilə sonrakı aylarda və illərdə öləcək. Müəllif vurğulayır ki, döyüşən tərəflər də daxil olmaqla planetin əksər hissəsində sakinlər qıtlıqdan məhv olacaq.

Regional münaqişələr və qlobal təhlükə

Nordqauz qeyd edir ki, Hindistan və Pakistan kimi regionlarda baş verə biləcək məhdud nüvə münaqişələri belə ciddi nəticələr doğura bilər. Məsələn, bir neçə on nüvə başlığının partlaması milyonlarla insanın ölümünə və lokal iqlim dəyişikliyinə səbəb ola bilər. Amma tərəflərdən biri digərinin paytaxtını vursa, qarşılıqlı eskalasiya demək olar ki, qaçılmaz olacaq.

"Əgər bu mərhələdə qitələrarası ballistik raketlər havaya qalxarsa, Vaşinqton, Moskva və Pekin rəhbərləri cəmi bir neçə dəqiqə ərzində öz arsenalından istifadə edib-etməməyə qərar verməlidirlər. Bu isə bütün bəşəriyyəti təhdid edən miqyasda fəlakətə gətirib çıxara bilər", deyə o xəbərdarlıq edir.

Orta səviyyəli ssenarilərdə belə - bir neçə yüz başlığın istifadəsi ilə - qlobal kənd təsərrüfatı və ticarət sistemi məhv olar, yüz milyonlarla insan həyatını itirərdi.

Ən pis ssenari - qlobal fəlakət və mühacir axını

Ən təhlükəli ssenaridə, yəni genişmiqyaslı nüvə müharibəsində, bütün dünyada quraqlıqlar və aclıq baş alıb gedər, yüz milyonlarla insan başqa qitələrə sığınacaq axtarmaq üçün axın edərdi. Lakin onların böyük əksəriyyəti aclıq və xəstəliklərdən həyatını itirərdi.

"Bu halda insan sivilizasiyası faktiki olaraq sona çatar", deyə Nordqauz qeyd edir.

Nüvə silahlarının azaldılması təşəbbüsləri dağılır

Müəllif xatırladır ki, nüvə silahlarının məhdudlaşdırılması üzrə beynəlxalq razılaşmalar faktiki olaraq dağılmaq üzrədir. 2010-cu ildə imzalanan Strateji Hücum Silahlarının Azaldılması Müqaviləsinin (New START) müddəti 2026-cı ilin fevralında başa çatacaq. Hazırda ABŞ və Rusiya 1550 döyüş başlığı saxlayır, lakin ehtiyatda bundan əlavə 5000-dən çox başlıq mövcuddur. Çin isə nüvə arsenalını sürətlə genişləndirir.

"Nüvə silahlarının tamamilə sıfırlanması bəlkə də əlçatmaz bir ideal kimi görünə bilər. Lakin siyasi liderlər, xeyriyyəçilər və vətəndaş cəmiyyəti təmsilçiləri üçün bu təhlükənin azaldılması hər şeydən üstün prioritet olmalıdır", deyə müəllif məqaləni tamamlayır. /qaynarinfo.az/

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 17 May 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see238

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see208

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see173

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see167

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see162

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see159

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri