Icma.az
close
up
RU
“Gərək fevralın 14 də birləşmiş komandanlıq altında MDB ordusuna qoşulmağa dair müqaviləyə qol çəkəydim...” Mütəllibov

“Gərək fevralın 14 də birləşmiş komandanlıq altında MDB ordusuna qoşulmağa dair müqaviləyə qol çəkəydim...” Mütəllibov

Icma.az bildirir, Moderator.az portalına istinadən.

“Tahir Kərimli dedi: “Prezidentimiz sərbəst deyil, Moskvadan asılıdır. Sizin qarşınızda bir insan kimi diz çöküb yalvarıram, Prezident, gedin səhnədən, bu gün istefa verin...”...”

Düz bir qərinə - 33 il öncə bu günlərdə  Xocalı kimi dəhşətli soyqırımından sonra Azərbaycanı ağuşuna almış siyasi və hərbi meydandakı xaotik proseslər fonunda Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov istefa verməyə məcbur oldu. Bu günədək həmin hadisə müxtəlif rakurs və siyasi mövqelərdən qiymətləndirilsə də, hələ də qaranlıq qalan məqamlar xeylidir.  

O günlər bilavasitə parlamentimizdə baş verənlərin şahidi və deputat kimi bilavasitə iştirakçısı olmuş tanınmış ictimai-siyasi xadim mərhum Maksim Musayev özünün “Milli Şura (10.1991- 05.1992) parlamenti” adlı xronoloji kitabında Ali Sovetin 1992-ci il 5-6 mart tarixli fövqəladə sessiyasının ən vacib və diqqətəlayiq məqamlarını özünəməxsus şəkildə qələmə alıb. 

Aktuallığını nəzərə alaraq kitabın həmin epizodlarını bir daha Moderator.az oxucularının müzakirəsinə buraxırıq:

“1992-ci il mart ayının 5-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyası Elmira Qafarovanın sədrliyi və 271 deputatın iştirakıyla öz işinə başladı. Xocalı şəhərinin düşmən ermənilər tərəfindən dağıdıldığı, minlərlə dinc insanın həlak olduğu deyildi və onların xatirələri yad edldi. Sonra E.Qafarova Ali Sovet(AS) sədri vəzifəsndən azad edilməsi barədə öz yazdığı ərizəni oxudu. Bu haqda deputatlar tərəfindən müxtəlif fikirlər deyilsə də, səsvermə zamanı onun xahişi yerinə yetirildi. Deputat M.Əzimovun təklifi ilə  AS sədri vəzifəsinə deputat Yaqub Məmmədovun namizədliyi irəli sürüldü. Onun namizədliyini deputatlar Z. Məmmədov, B.Vahabzadə, T.Kamalov və b. müdafiə etdi. 

Deputat Mətləb Mütəllimov bu məsələnin tələm-tələsik həll edilməsinə görə öz iradını bildirdi. O, əlavə etdi ki, Prezident Ayaz Mütəllibov deputat Tofiq Əzizovun müdafiə naziri vəzifəsinə namizədliyini irəli sürmək istərkən də belə hərəkət etdi. İsa Qəmbərov  təklif etdi ki, başqa namizədi olan varsa,  onu da bilməliyik,  yoxsa Y.Məmmədov tribunaya çıxıb öz sözünü desin. 

Yaqub Məmmədov ilk sözündə vurğuladı ki, mənə etimad göstərilsə, başladığımız demokratik hərəkatı davam etdirməyə, ictimai-siyasi sabitliyə çalışaraq parlamentdə birliyə nail olacağam.

Rəhim Qazıyev təklif etdi ki, səsvermə açıq şəkildə keçirilsin. Lakin Konstitusiyanın 114-cü maddəsinə və AS reqlamentinin 45-ci maddəsinə əsasən bülletenlər çap edilərək gizli səsvermə keçirildi və Y. Məmmədov AS sədri seçildi.

Deputatlardan biri məlumat verdi ki, Xocalı faciəsi haqda sənədli film çəkilib və mütləq deputatlara nümayiş etdirilməlidir. Deputat Tofiq Bağırov söylədi ki, film həqiqətən dəhşətlidir, ona baxan adam dözüm tab gətirə və sonra ağıllı mühakimə yürüdə bilməz. Hər iki təklif səsə qoyuldu. Heç bir təklif keçmədiyi üçün Y. Məmmədovla İsa Qəmbərov arasında ciddi mübahisə başladı. Təkrar səsvermə aparıldıqda qərar verildi ki, film nümayiş etdirilsin...

Filmə baxıldıqdan sonra Prezident A.Mütəllibova söz verildi. O, referendum, Kommunist Partiyasının ləğvi, Xankəndində ermənilərlə aparılan işlər barədə danışdıqdan sonra ordunun yaradılması işinin çətinliyini bununla izah etdi ki, respublikamızda olan 11 minlik rus qoşununun içərisində vur-tut 362 azəbaycanlı zabit var ki, bu da azlıq təşkil edir. Bununla ordu qurmaq çətindir. O, öz təqsirini hiss etdiyini və özünü bağışlaya bilmədiyini dedi. Bildirdi ki, gərək məsuliyyəti boynuna götürərək fevralın 14-də birləşmiş komandanlıq altında olan MDB ordusuna dair müqaviləyə qol çəkəydi. O, 1982-ci ildə Steapanakertdə(Xankəndi-S.L.) SSRİ-nin 366-cı alayının təşkilinin zibilinə düşdüyünü və elə bu səbəbdən də xalqın qırıldığını bildirməklə Şuşanın müdafiəsində Rəhim Qazıyevin işi nizama saldığını göstərdi, eyni zamanda bəzi məzəmmətlərini də bildirdi. 

Prezidentin ardınca bir saatdan artıq çıxış edən Rəhim Qazıyev göstərdi ki, Şuşa ətrafındakı Kosalar və Qaracallı kəndlərindən başqa bütün kəndlərimiz əldən gedib, buna cavabdeh şəxslər isə məsuliyyətə cəlb olunmayıblar. O, Şuşadan Prezidentin adına yazdığı 28 dekabr 1991-ci il və 11 fevral 1992-ci il tarixli məktubları oxudu. Daşaltıda hələ də 70 cavanın meyitinin qaldığını bildirdi. Prezidentin kadr siyasətini pislədi. Lakin Goranboy rayonuna rəhbərlik edən İrşad Əliyevin qarşısında baş əydiyini elan etdi.

Deputat İsgəndər Həmidov göstərdi ki, 20 Yanvar hadisələri A.Mütəllibovu hakimiyyətə gətirdi. İndi onun yəhudi lobbisi var, bu günə kimi ondan istifadə edib. İ.Həmidov tələb etdi ki, Prezident bu gün mütləq istefa versin və bunu xalqa təcili bəyan etsin. Söz alıb danışan Hafizə Nəzərli də A.Mütəllibovun prezidentlikdən istefa verməsini tələb etdi. 

Deputat Tofiq Qasımov Konstitusiyanın 121-7-ci maddəsinə əsasən Prezidentin vəzifəsindən götürülməsi məsələsini qoydu və dedi ki, bu prezident qaldıqca Azərbaycanın müstəqillik məsələsi və Qarabağ problemi həll olunmayacaq.

Deputat Etibar Məmmədov göstərdi ki, Prezident Moskvada aldığı tapşırığa əsasən Xocalını ermənilərə təhvil verib. Prezident Azərbaycan xalqının Rusiyanın əlində oyuncağa çevrilməsində vasitəçi rolunu oynayıb, Xocalı faciəsindən sonra dünya xalqlarına müraciət belə etmədi. O göstərdi ki, Mütəllibov  8 sentyabr 1991-ci ildə Prezident seçildikdən sonra Konstitusiyanın  121-3-cü maddəsini pozmuşdur, həm də Silahlı Qüvvələrin Ali Baş komandanı kimi millətinə xəyanət etdiyi üçün istefa verməlidir. E. Məmmədov A.Mütəllibovun vəzifəsindən götürülməsi barədə hazırladığı qərar layihəsinin mətnini oxudu və onu deputatların  müzakirəsinə verdi. 

Çıxış edən Tahir Əliyev dedi ki, mən müdafiə naziri təyin olunmuşam, lakin nazirliyin adı var, özü yoxdur. Sursat, silah, texnika yoxdur. Ona görə də hamı nazirliyə kömək etməlidir. 

Deputat Araz Əlizadə Prezidenti qətiyyətsizlikdə günahlandırdı, Baş naziri qanunların həyata keçirilməməsində ittiham etdi, Milli Şuranın işinin iflic vəziyyətdə olduğunu göstərdi.

Tahir Kərimli dedi: “Prezidentimiz sərbəst deyil, Moskvadan asılıdır. Sizin qarşınızda bir insan kimi diz çöküb yalvarıram, Prezident, gedin səhnədən, bu gün istefa verin...”

Deputat Zemfira Verdiyeva 459 qadının imza atdığı məktubu oxuduqdan sonra onların fikrini çatdırdı ki, Prezident kreslosu uğrunda mübarizəni aradan qaldırmaq üçün müharibə qurtarana kimi siyasi partiyaların fəaliyyəti dayandırılsın...”

Bundan sonra fasilə elan edildi. 

(Maksim Musayev, “Milli Şura Parlamenti” kitabı, səh. 78-80. Bakı, 2001)

Təqdim etdi: Sultan Laçın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://moderator.az
archiveBu xəbər 05 Mart 2025 17:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri