Gərginlik pik həddə: İrandan sərt mesaj Genişmiqyaslı hücum olarsa...
Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.
ABŞ və İsrailin İrana hərbi müdaxiləsi fonunda kritik nöqtələrdən biri də Hörmüz boğazıdır. Müxtəlif mənbələr ABŞ-ın Hörmüzdə quru əməliyyatı keçirib buranı nəzarətə götürəcəyini iddia edir. İran isə belə bir addımın ağır nəticələri olacağını vurğulayıb.
Globalinfo.az-a danışan politoloq Yusif Bağırzadə deyib ki, ABŞ-İsrail və İran bir-birinə şərtli və ultimativ xarakterli təkliflər irəli sürürlər:
“ABŞ İran tərəfinə 15 maddədən ibarət şərtlər paketi təqdim edib. İran isə əvvəlcə 5, daha sonra 6 maddədən ibarət təkliflərlə cavab verib. Mövcud mənzərə göstərir ki, tərəflər arasında sülh razılaşması hələlik uzaq perspektivdədir. ABŞ tərəfindən İrana məxsus, dəyəri təxminən 10 milyard dollar olan elektrik stansiyasının məhv edilməsi ilə bağlı bəyanatlar səsləndirilir. İran isə öz növbəsində, ölkəyə qarşı genişmiqyaslı hücum olacağı təqdirdə Körfəz dövlətlərini hədəfə alacağı ilə hədələyir. Hazırkı şəraitdə tərəflərin sülh danışıqlarına yaxınlaşdığı müşahidə olunmur”.
Yusif Bağırzadə
Politoloq bildirib ki, böyük ehtimalla, ABŞ-a məxsus desant qüvvələri Hörmüz boğazının hər iki sahilinə nəzarəti ələ keçirməyə çalışacaq:
“ABŞ-ın bölgədə hərbi qüvvələrini artırdığını nəzərə alsaq, yaxın günlərdə körfəz ərazisində nəzarətin gücləndirilməsi istiqamətində addımların atılması gözlənilir.
Regiondakı gərginlik qlobal iqtisadiyyata, xüsusilə enerji sektoruna ciddi təsir göstərir. Enerji qiymətlərində mümkün artım logistika və ərzaq sektoruna da mənfi təsir edir. Eyni zamanda, gübrə təminatında yaranacaq çətinliklər və regionda mümkün humanitar böhran qlobal ərzaq təhlükəsizliyi üçün risk yaradır. Mövcud vəziyyətdə proseslərin necə inkişaf edəcəyini zaman göstərəcək. Bununla yanaşı, İranda müharibə ilə bağlı vahid komandanlıq və ümumi mövqe tam formalaşmayıb. Rəsmi Tehran danışıqları təkzib etsə də, ABŞ tərəfi İranın xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqir Qalibaf üçün müəyyən təhlükəsizlik statusu verib”.
Ləman İmran
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 01 Aprel 2026 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















