Icma.az
close
up
RU
Geridönüşlər qrupu

Geridönüşlər qrupu

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İlk turda ən az (1) qol məhz bu qrupda vurulmuşdusa, 2-ci turda ən maraqlı və məhsuldar oyunlar bu qrupa təsadüf etdi.

"Football-plus.az" xəbər verir ki, “Fluminense” ilə qarşılaşmada ümidləri doğrultmayan Dortmund “Borussiya”sının 2-ci turdakı oyunu gözlənilmədən çox məhsuldar alındı. Formasının rənginə görə braziliyalılara bənzədilən “Mamelodi Sandaunz” meydanda da braziliyalılara xas hücumameyilli futbol sərgilədi. Rəqibin ad-sanından çəkinməyən Afrika təmsilçisi ilk dəqiqələrdən irəli atılaraq hesabda önə keçməyə də müvəffəq oldu. Amma oyun irəlilədikcə səviyyə fərqi özünü göstərməyə başladı.
“Arılar” fasiləyə kimi geridönüşü artıqlamasıyla həyata keçirərək 3 qol vurdular. Özü də qollardan birini komandanın yeni transferi, “Real”ın ulduzu Cud Bellingemin qardaşı Cob vurdu. 60-cı dəqiqədə gələn avtoqoldan sonra fərq hətta darmadağın həddinə çatdı. Düzdü, “Mamelodi” qalan müddətdə iki qol vuraraq fərqi minimuma endirməyə müvəffəq oldu. Amma xal qazanmaq mümkün olmadı.
Qrupun digər oyununda da favorit sayılan komanda hesabda geri düşdüyü üçün əzmkarlıq nümayiş etdirmək məcburiyyətində qaldı. İlk yarının ortalarında hesabda geri düşəm “Ulsan” gözlənilmədən fasilə ərəfəsində iki qol vuraraq “Fluminense”yə əsl şok yaşatdı. Amma 2024-cü ildə Libertadores kubokunun qalibi olmuş Rio de Janeyro təmsilçisi fasilədən sonra 3 top vuraraq rəqibi “ağ bayraq qaldırmağa” məcbur etdi. “Borussiya”ya pley-offa vəsiqəni rəsmiləşdirmək üçün son turda “Ulsan”a uduzmamaq kifayət edəcək. “Mamelodi Sandaunz”un isə taleyi hələ də öz əlindədi. Afrikalılar “Fluminense”ni məğlub edəcəyi təqdirdə pley-offa yüksələcəklər.
F qrupu, 2-ci tur
Mamelodi Sandaunz – Borussiya D 3:4 (1:3)

Mamelodi Sandaunz (Pretoriya, Cənubi Afrika): Uillyams, Mudau, Kekana, Kupido, Lunqa, Mokoena (Seyls, 70), Zvane (Letlaku, 86), Allende, Ribeyro (Morena, 70), Mettyus (Adams, 70), Rayners (Motiba, 77).
Borussiya (Dortmund, Almaniya): Kobel, Kouto, Zyule (Ryuyerson, 83), Anton, Bensebayni, Svensson, Nmeça (Zabitser, 62), Qross, Cob Bellingem (Bayer, 83), Brandt (Çukvuemeka, 62), Girassi (Adeyemi, 90).
Qollar: Ribeyro, 11 (1:0). Nmeça, 16 (1:1). Girassi, 34 (1:2). C.Bellingem, 45 (1:3). Mudau, 60-öz qapısına (1:4). Rayners, 62 (2:4). Motiba, 90 (3:4).
Vərəqələr: Çukvuemeka, 64. Mettyus, 68. Bayer, 85. Allende, 90+5 – sarı.
Hakim: Xuan Qabriel Benites (Paraqvay).
21 iyun. Sinsinnati. 14006 tamaşaçı.
Fluminense – Ulsan 4:2 (1:2)
Fluminense (Rio de Janeyro, Braziliya): Fabio, Quqa (Şavyer, 85), Tyaqo Silva, Freytes, Fuentes, Erkules, Martinelli (Nonato, 59), Arias, Qanso (Everaldo, 46)), Serna (Keno, 59), Kano (Bernal, 85).
Ulsan (Koreya): Co Hyunvo, Kan San Vu (Çoy Seok Hyun, 63), Troyak, Kim Yon Qvon, Li Ce İk (Yun Vu Yon, 84), Lüdviqson, Ko Sun Bom (Yul Heo, 84), Boyaniç (Li Çun Yon, 84), Li Cin Hyun, Farias, Von San Um (Lakava, 74).
Qollar: Arias, 27 (1:0). Li Cin Hyun, 37 (1:1). Von San Um, 45+3 (1:2). Nonato, 66 (2:2). Freytes, 83 (3:2). Keno, 90+2 (4:2).
Vərəqə: Keno, 90+5 – sarı.
Hakim: Maykl Oliver (İngiltərə).
21 iyun. Nyu Cersi. 29321 tamaşaçı.
1. Fluminense 2 1 1 0 4-2 4
2. Borussiya D 2 1 1 0 4-3 4
3. Mamelodi Sandaunz 2 1 0 1 4-4 3
4. Ulsan 2 0 0 2 2-5 0

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:174
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 İyun 2025 07:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri