Icma.az
close
up
RU
Gertruda Komorovskaya Həmid Piriyevin yeni hekayəsi

Gertruda Komorovskaya Həmid Piriyevin yeni hekayəsi

Kulis.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Kulis.az Həmid Piriyevin "Borxesin xatirəsinə" silsiləsindən "Gertruda Komorovskaya" hekayəsini təqdim edir.

1771-ci ilin qarlı qış günlərindən birində, o vaxtkı Reçi Pospolitanın, indiki Polşanın dağ yollarında üç ata qoşulmuş bir xizək monastıra doğru şütüyürdü. Xizəyi sürən adam atları qamçılayır, monastıra mümkün qədər tez çatmağa çalışırdı. Xizəkdəki digər iki nəfər isə aralarındakı on yeddi yaşlı qızı bərk-bərk tutub saxlamışdı.

Həmin qız ortabab zadəgan Yakub Komorovski ilə Antonina Pavlovskayanın yeganə qızı Gertruda idi. Gertrudanı Fransişenka Salezi Pototskinin əmri ilə qaçırtmışdılar.

Qızın isə çox sadə bir günahı vardı: sevmək.

Fransişenka Salezi Pototski dəhşətli dərəcədə imkanlı zadəgan idi. Bəzi mənbələrə görə, onun yetmiş şəhəri, bir neçə yüz kəndi, dörd yüz min təhkimlisi vardı. Şəxsi ordu saxlayırdı. Eyni zamanda, siyasətlə məşğul olurdu. Hətta bir ara taxt-taca da göz dikmişdi və bu barədə Rusiya hökuməti ilə razılığa gəlmişdi. Əvvəlcə ona kömək edəcəyinə söz verən Rusiya hökuməti Pototskinin həddindən artıq müstəqil olduğuna görə fikrindən daşınmış, taxt başqasına qismət olmuşdu.

Qısası, Pototski vacib fiqur idi.

O, iki dəfə ailə qurmuşdu. Birinci evliliyindən uşağı olub-olmadığını bilmirik. Amma ikinci həyat yoldaşı Annadan dörd qızı və bir oğlu vardı.

Oğlu Stanislav Feliks evin sonbeşiyi, əziz-xələfi olsa da, atası onu çox da ərköyün böyütməmişdi. Ağlı kəsəndən xüsusi tərbiyəçilərdən təlim-tərbiyə, şəxsi müəllimlərdən təhsil alsa da, Stanislav heç vaxt xüsusi savadı ilə seçilməmişdi.

Oğlan on yeddi yaşına çatanda atası birdən-birə ona sərbəstlik verir. Təbii ki, on yeddi ilini hündür hasar arxasında keçirən Stanislavın beyni bir az dumanlanır. Cəmiyyət arasına çıxır, çoxlu adamlarla tanış olur, yaşıdları ilə dostlaşır...

Stanislavın ayaq açdığı qonşulardan biri də Komorovskinin ailəsi olur. Stanislav tezliklə evin qızı Gertruda ilə sevgili kimi görüşməyə başlayır. Komorovskilərə də elə bu lazım idi. Yatsalar yuxularına girməyən şey başlarına gəlir. Pototskinin oğlu onların kürəkəni olacaq! Komorovski bunu heç arzulaya da bilməzdi.

Stanislav məsələni hələlik ailəsinə açmır, amma Komorovskilərin razılığı ilə Gertruda ilə gizli nikah bağlayır.

Qeyd etmək lazımdır ki, Pototskilərin qonşu kimi Komorovskilərə münasibəti yaxşı idi. Bu mehribanlıqdan həvəsə gələn Antonina təxminən səkkiz aydan sonra məsələni Stanislavın anası Annaya açır. Elə bilir, oğlanın valideynləri də onlar kimi sevinəcək. Sən saydığını say...

Anna xəbəri eşidəndə huşunu itirir, Fransişenkanın isə hirsdən necə guruldadığını gözlə görmək lazım idi.

Fransişenka Stanislavı uzunmüddətli Avropa gəzintisinə göndərir, Stanislav ilə Gertrudanın nikahını kəsən rahibi və məsələdən xəbərdar olan hamını cəzalandırır, Gertrudanı isə kilsəyə göndərmək qərarına gəlir. Qoy rahibə kimi yaşasın, əl-ayağa dolaşmasın.

Beləliklə, 1771-ci ilin qarlı qış günlərindən birində Pototskinin əmri ilə üç nəfər Gertrudanı oğurlayıb şəhərdən uzaqda, dağ başında yerləşən qadın monastırına aparırlar. Birdən qarşıdan buğda arabasının gəldiyini görürlər. Yol dar olduğu üçün xizək dayanıb arabaya yol verməli olur. Xizəkdəki iki adam Gertrudanın qışqırıb səs salacağından qorxduğu üçün qızı iki-üç ədyala büküb xizəyin ayaqaltısına uzadırlar. Adamlardan biri isə qızın üstündə oturur.

Nəfəs ala bilməyən Gertruda araba keçənə qədər boğulub ölür. Adamlar qızın öldüyünü görəndə meyiti uçurumdan atıb qaçırlar.

Meyitin qalıqları yayda, uçurumdakı qar əriyəndən sonra üzə çıxır. Barmağındakı üzükdən meyitin Gertrudaya aid olduğunu müəyyənləşdirirlər. Bu üzüyü vaxtikən ona Stanislav vermişdi.

Qızı qaçıran adamları tutub ölüm cəzasına məhkum edirlər, amma onlar necəsə (əslində, məlumdur necə) qaçmağı bacarır. Nəticədə, heç kim cəzalandırılmır.

Amma tale öz işini görür. Fransişenka torpaqlarının yarısından çoxunu və siyasi hakimiyyətini, həmçinin, həyat yoldaşını və qızlarından birini itirir.

Deyilənlərə görə, Stanislavın Gertrudanın başına gələnlərdən xəbəri yox imiş, vətənə qayıdandan sonra xəbər tutub Komorovskilərdən üzr istəyir, onları sözün əsl mənasında qızıla tutur.

Stanislav hələ uşaqlıqdan atasının ona almaq istədiyi Yuzefa Ameliya Mnişek ilə evlənir, amma bu evlilik xoşbəxt evlilik olmur. Yuzefa vaxtının çoxunu xarici gəzintilərdə keçirir və ərini çoxları ilə aldadır. Ümumilikdə dünyaya on bir uşaq gətirir, onlardan cəmisi üçü əri Stanislavdan olur.

Amma bu gənc Pototskiyə çox da təsir etmir. Çünki atasından qalan var-dövlətlə həzz içində yaşamağa davam edir. Polşa növbəti dəfə bölünəndə Pototskinin qalan torpaqlarının yarısı Rusiya imperiyasının tərkibinə keçir, amma Stanislav heç nə itirmir. Əksinə, Rusiya ordusunun general-leytenantı rütbəsini alır, yoldaşı Yuzefa isə İkinci Yekaterinanın etibar etdiyi xanımlardan birinə çevrilir.

Stanislav Rusiyada keçmiş yunan əsiri, sonradan kurtizankaya çevrilən Sofya Vitte ilə tanış olub ona vurulur. Özü evli, Sofya ərdə olduğu üçün rəsmi nikah bağlaya bilməsələr də, bir neçə il gizli görüşürlər. Onların üç övladı dünyaya gəlir.

Yuzefa öləndən sonra Stanislav Sofyanın əri ilə danışır, Sofyanın əri külli miqdarda pul qarşılığında arvadından ayrılmağa razılaşır və nəhayət, Stanislavla Sofya rəsmi nikaha girir. Nikahdan sonra da onların beş uşağı dünyaya gəlir.

Sonralar isə məlum olur ki, Sofya da ona xəyanət edirmiş, hətta Stanislavın Yuzefa ilə evliliyindən olan oğullarından biri də Sofyanın sevgililəri arasındadır və Stanislavın beşinci uşağı, əslində, onun oğlu yox, nəvəsidir.

Beləliklə, Stanislav kədər içində dünyadan köçür və yəqin, ölənə qədər bilmir ki, Gertruda monastır yolunda boğulub öləndə və meyiti uçurumdan atılanda hamilə idi...

Azərbaycanlı müğənni vəfat etdi "Kanadada Nizami İran şairi kimi təbliğ edilir" - Açıqlama Əlvida, Zülfüqar Rüfətoğlu və onun dövrü - Nərmin Kamal
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:237
embedMənbə:https://kulis.az
archiveBu xəbər 22 Noyabr 2024 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see357

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see259

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see245

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see233

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see225

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see223

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see220

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see217

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see211

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see208

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see196

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see188

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see187

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see186

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see182

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see179

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see178

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see168

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see168

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri