Icma.az
close
up
RU
Getdikcə “cavanlaşan” ÖD XƏRÇƏNGİ “Hər beş nəfərdən üçü bu xəstəliyə DÜÇAR OLACAQ”

Getdikcə “cavanlaşan” ÖD XƏRÇƏNGİ “Hər beş nəfərdən üçü bu xəstəliyə DÜÇAR OLACAQ”

Icma.az, Bizim media saytına istinadən bildirir.

90-cı illərlə müqayisədə gənclər arasında öd kisəsi xərçəngindən əziyyət çəkənlərin sayı iki dəfə artıb.
“Gazeta.ru” nəşrinin yaydığı məlumata görə, bu barədə britaniyalı onkoloq və Ümumdünya Səhiyyə Təşkilatının xərçənglə mübarizə proqramının keçmiş rəhbəri Kerol Sikora məlumat verib.
Son vaxtlara qədər, öd kisəsi xərçəngi nadir bir xəstəlik hesab olunurdu. Lakin araşdırmalarına görə, son onilliklərdə onun yayılması halları əhəmiyyətli dərəcədə artıb.
Sikoranın sözlərinə görə, xəstəlik getdikcə daha çox gəncləri - 50 yaş və daha cavan insanları əhatə edir:
"Mümkün səbəb müasir həyat tərzindəki dəyişikliklərdir. Ətraf mühitin çirklənməsi, spirt istehlakı, qeyri-sağlam qidalanma və getdikcə stresli həyat tərzinin artması həzm mikrobiomuna dolayı yolla mənfi təsir göstərir. Bu da öz növbəsində xərçəngin inkişaf riskini artırır”.
Bəs ölkəmizdə öd kisəsi xərçəngi ilə bağlı durum necədir?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan həkim Abbas Bağırov təəssüflə bildirib ki, təkcə öd kisəsis xərçəngi yox, bütün xərçəng xəstəlikləri həndəsi silsilə ilə artır:
“Ən pisi də odur ki, bu xəstəliklər gənclər və hətta yeniyetmələr arasında yayılır. Bunun da bir səbəbi alimantor faktorla, yəni qida ilə bağlıdır. Ekoloji təmiz, mənşəyi bəlli olan qidalar çox azdır. İkinci məsələ qida əlavələridir. Qida hazırlanarkən ona vurulan konservantlar, stabilizatorlar, boyayıcı və dadlandırıcı  maddələr bədəndə xüsusi çöküntülər əmələ gətirir. Xüsusən də, öd və böyrək yollarındakı çöküntü xolosistiti yaranır. Bu da sonda öd kisəsinin çıxarılması ilə nəticələnir.
Üçüncü faktor radiasiyadır. Telefondan, kompüterdən ötürülən elektromaqnit dalğalar həm öd kisəsi xərçəngi, həm də qalxanvari vəzin xərçənginin inkişafını sürətləndirir. Elektromobil sistemindəki dalğalar xüsisi şüalandırma təsirinə malikdir. Bunlar rentgen və digər şüalar kimi ciddi zərər verməsələr də bədəndə D vitaminin miqdarını kəskin azaldırlar. Eyni zamanda, hüceyrələrdə membran keçiriciliyini dəyişirlər. Bunun da nəticəsində müəyyən orqanlarda onkoloji xəstəliyin inkişafı başlayır. Bu da onkologen təsir deməkdir”.
Müsahibimiz hesab edir ki, insanların yaratdığı nə varsa hamısı insan sağlamlığına zərərdir:
“O cümlədən də,  mobil telefonlar. Digər faktorlar ekoloji mühitlə bağlıdır. Antropogen təsirlər nəticəsində ekologiyamızda baş verən neqativ dəyişikliklər də orqanizmimizə ciddi zərbələr vurur. Bu və digər səbəbdən yaxın zamanlarda hər 5 nəfərdən 3-nün ağır onkoloji xəstəliyə düçar olması qaçılmaz görünür”.
Surxay Atakişiyev, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:149
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Noyabr 2024 14:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see583

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see307

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see296

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see290

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see284

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see284

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see275

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see256

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see250

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see242

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see233

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see228

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see228

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see228

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see223

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see222

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see221

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see220

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri