Icma.az
close
up
RU
Gia Abaşidze: Qərbdə müdrik və praqmatik liderlərin qıtlığı yaşanır

Gia Abaşidze: Qərbdə müdrik və praqmatik liderlərin qıtlığı yaşanır

Icma.az, Oxu.az saytına istinadən bildirir.

Gürcüstanla Azərbaycanı qarşılıqlı maraqları əhatə edən çoxsaylı təşəbbüs, layihə və çağırışlara ümumi yanaşma birləşdirir. Hər iki tərəfi narahat edən problemlər də yox deyil. Məsələn, həm Gürcüstan, həm də Azərbaycan Avropa İttifaqının qərəzli münasibətini hiss edir. Ancaq bütün bunlara rəğmən, Bakı-Tbilisi münasibətləri Avropadan qaynaqlanan geosiyasi basqılar reallığında uğurla inkişaf edir.

Oxu.Az-ın gürcü politoloq Gia Abaşidze ilə müsahibəsində bu və bir sıra regional proseslərə toxunulub:

- Cənab Abaşidze, Azərbaycan Prezidenti İlham Əliyev "Yeni dünya nizamına doğru" adlı forumda çıxış edərkən bildirib ki, "Avropa Komissiyasının Gürcüstanın daxili proseslərinə münasibəti qətiyyən yolverilməzdir. Müstəmləkəçilər özlərini belə aparırlar. Gürcüstanın daxili problemlərini Brüsseldən gələn məmurlar yox, gürcü xalqı həll etməlidir". Azərbaycan Prezidentinin bu bəyanatını necə şərh edərdiniz?

- İlham Əliyev hər zaman dost Gürcüstana dəstək göstərir və buna görə Azərbaycan Prezidentinə həqiqətən də böyük təşəkkür düşür. Strateji tərəfdaşlar və dostlar yalnız narahat zamanlarda deyil, həmişə bir-birilərinin yanında olmalıdırlar. Avropa bürokratiyasının Azərbaycan və Gürcüstan kimi suveren ölkələrlə özünü sanki "böyük qardaş" kimi aparıb sərt davranması yenilik deyil. Brüssel bürokratları Avropa qurumlarında hazırlanan "cəza tədbirləri" vasitəsilə azad yaşamaq istəyən xalqların bu niyyətini boğmağa çalışırlar. Bu baxımdan, xalqların və liderlərin möhkəm birliyi, həmçinin dövlətlərin bir-birlərinə yardımı olduqca vacib və xeyirli amildir.

- Bugünlərdə Özbəkistanda keçirilən Mərkəzi Asiya-Avropa İttifaqı sammitində Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Azərbaycanın ünvanına qərəzli bəyanatlar səsləndirərək Cənubi Qafqazda baş verən proseslərə yanlış şərh verib. Eyni zamanda, o, regiondan keçən və Azərbaycanla Gürcüstanın əsas iştirakçıları olduqları nəqliyyat qovşaqlarının Avropa üçün əhəmiyyətindən danışıb. Necə düşünürsünüz, Avropa məmurlarının bəyanatlarındakı bu məntiqsizlik nə ilə izah olunur?

- Hamımız anlayırıq ki, hazırda Qərbdə müdrik və praqmatik liderlərin qıtlığı yaşanır. Ursula fon der Lyayenin dövründə təşkilat daxilində hakimiyyətin güclü konsentrasiyası müşahidə olunur. Aİ ilə əldə edilmiş istənilən anlaşma Lyayenin özünün, yaxud yaxın ətrafının nəzarətindədir. Bu xanım Avropa Komissiyası tarixində ən qeyri-adekvat sədrdir. Bu kombinasiya digər regionlar kimi Avropanın özü, avropalılar üçün də ağrılı fəsadlara səbəb olur. Şərq-Qərb dəhlizi Avropa üçün əlahiddə dərəcədə vacibdir, ona görə də bu təkəbbürlü xanım Azərbaycan, Gürcüstan və Orta Dəhlizin digər dövlətləri ilə Aİ arasındakı münasibətlərin həyati əhəmiyyətini etiraf etməli olacaq.

- Gürcüstanın yeni Prezidenti Mixail Kavelaşvilinin Azərbaycana səfəri gözlənilir. Bu, gürcü liderin seçilməsindən sonra edəcəyi ilk xarici səfər olacaq. Bu səfər onu göstərirmi ki, Azərbaycan Gürcüstan üçün xüsusi önəmi olan dövlətə çevrilir? Təbii ki, bizim aramızda olan sıx əlaqələri nəzərə almaqla. Çünki dövlət başçısının ilk səfəri adətən xarici siyasət prioritetləri nöqteyi-nəzərdən simvolik xarakter kəsb edir.

- Azərbaycan Gürcüstan üçün qardaş dövlətdir. Təbii ki, istənilən yeni seçilmiş prezidentin ilk səfəri dövlətin xarici siyasi əlaqələrdə önəm verdiyi istiqamətləri göstərir. Tərəfdaşlıq daim inkişaf edən və dayanmayan prosesdir. Düşünürəm ki, Prezident Kavelaşvilinin səfəri Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının bir çox sahələrdəki gələcək inkişafı baxımından olduqca vacib addım olacaq.

- Aİ Gürcüstan və Azərbaycanla gərgin münasibətlər fonunda Ermənistanla əlaqələri inkişaf etdirir. Hazırkı geosiyasi reallıq və mövcud regional konyunkturu nəzərə alsaq, Brüsselin bu kursu bölgəmizdə yeni qütbləşməyə yol aça bilərmi?

- Düşünmürəm ki, Aİ-nin bütün üzvləri Cənubi Qafqazda gərgin münasibətlərin tərəfdarıdırlar. Bir sıra praqmatik yanaşmalı dövlətlər, habelə Azərbaycanla Gürcüstan regionumuzun növbəti eksperimentlər üçün meydana çevrilməsinə imkan verməzlər. Bu bölgədə sülh və inkişaf bütün tərəflərin maraqlarına cavab verir. Müharibə həvəskarlarının qızışdırıcı niyyətləri sülh tərəfdarlarının iradəsini üstələməməlidir. Fikrimcə, ermənilərin içində də belə düşünənlər var. Onlar da istəmirlər ki, sabitliyin bərqərar olması üçün hədsiz inkişaf potensialına malik bölgə yenidən alovlansın.

- Gərgin olan Gürcüstan-Aİ münasibətlərinin gələcəyi barədə nə düşünürsünüz? Sizcə hadisələr hansı ssenari ilə inkişaf edəcək?

- Brüsselin, ayrı-ayrı avropalı məmurların və onların dəstəkçilərinin çoxsaylı və əsassız basqılarına baxmayaraq, Gürcüstan istənilən tərəfdaşlığa açıq dövlətdir. Yetər ki, bu tərəfdaşlıq qarşılıqlı hörmətə əsaslansın. Gürcülər heç kimin əmrlərini qəbul edə bilməzlər, etməyəcəklər. Gürcüstan xalqı Aİ-nin əsaslandığı fundamental dəyərlərə hörmətlə yanaşır, ancaq qloballaşmanın dağıdıcı gündəmi ilə heç bir halda razılaşmaz. Ələlxüsus da söhbət Gürcüstanın suverenliyinin məhdudlaşdırılmasından gedirsə.

Eyni zamanda, rəsmi Tbilisi Aİ-nin ayrı-ayrı üzvləri ilə fərdi əməkdaşlıq formatını dəstəkləyir və inkişaf etdirir. Bu ölkələr Gürcüstanın müstəqilliyinə dəyər verir, hörmətlə yanaşırlar. Gürcüstan xaricdən gələn göstərişlərə əsaslanmış münasibətlər formatını qəbul etmir. Tbilisi məhz bu çərçivədə çoxölçülü əlaqələrin genişlənməsi tərəfdarıdır.

Rüstəm Qaraxanlı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://oxu.az
archiveBu xəbər 15 Aprel 2025 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see183

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see154

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see154

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see153

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see142

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see140

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see136

“Fənərbaxça” derbisi öncəsi “Qalatasaray”da son durum açıqlanıb

30 Noyabr 2025 22:45see136

Türkiyədən sonra Livana yollandı

30 Noyabr 2025 20:30see135

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see134

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see133

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see129

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see127

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see127

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see125

Zelenskini bu şəxs əvəz edə bilər AD AÇIQLANDI

30 Noyabr 2025 20:06see125

Ər və arvad kazinoda saxta yolla bir milyon qazandı

30 Noyabr 2025 22:32see124

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see123

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri