Icma.az
close
up
RU
Gigiyenik sertifikatı olmayan məhsulla bağlı nələri bilməliyik?

Gigiyenik sertifikatı olmayan məhsulla bağlı nələri bilməliyik?

Icma.az, Adelet.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyun 2016-cı il tarixli 231 nömrəli Qərarı ilə təsdiq edilmiş “Baytarlıq, fitosanitar və sanitariya nəzarətinə aid malların Vahid Siyahısı”na uyğun olaraq sanitariya nəzarətinə aid edilən qeyri-ərzaq məhsulları üçün gigiyenik sertifikatlaşdırma həyata keçirilir. Bu proses məhsulların təhlükəsizliyinin qiymətləndirilməsi və insan sağlamlığının qorunması baxımından mühüm əhəmiyyət daşıyır”.

Adalet.az xəbər verir ki, bunu “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinin Sanitariya-Gigiyena nəzarəti və ekspertiza şöbəsinin həkim-gigiyenisti Orxan İsmayılov deyib.

Onun sözlərinə görə, Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzi tərəfindən verilən gigiyenik sertifikat məhsulların sanitariya-gigiyenik norma və tələblərə uyğunluğunu, həmçinin insan sağlamlığı üçün təhlükəsiz olduğunu təsdiq edən rəsmi sənəddir:

“Bu sənəd məhsulun müəyyən laborator və sənəd yoxlamalarından keçdiyini göstərir. Gigiyenik sertifikatın əsas məqsədi insan sağlamlığının qorunması, qanuni satışın və idxal prosesinin təmin edilməsi, eləcə də məhsullar üzərində keyfiyyətə nəzarətin həyata keçirilməsidir. Gigiyenik sertifikat bir il müddətinə verilir. Lakin məhsulun saxlanma şəraitinə və daşınma qaydalarına ciddi riayət olunmalıdır. Məhsulun saxlanma şəraiti düzgün olmadıqda və ya daşınma qaydaları pozulduqda avtomatik olaraq gigiyenik sertifikat öz qüvvəsini itirir”.

Həkim-gigiyenist qeyd edib ki, əgər gigiyenik sertifikatın müddəti bitibsə, sahibkar yeni sənəd toplusu və məhsul nümunələri ilə Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Mərkəzinə yenidən müraciət etməli və gigiyenik sertifikatını yeniləməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:98
embedMənbə:https://adalet.az
archiveBu xəbər 22 Sentyabr 2026 10:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see379

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see322

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see317

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see289

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see288

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see272

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see271

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see266

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see261

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see254

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see251

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see250

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see242

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see237

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see236

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see231

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see231

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see224

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see206

Sabahdan hava dəhşət soyuyacaq

24 Noyabr 2026 17:39see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri