Icma.az
close
up
RU
Girişi pullu olan Cənnət və Cəhənnəm...

Girişi pullu olan Cənnət və Cəhənnəm...

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Bura gözübağlı gətirilsəm, heç vaxt “haradayam?” sualını verməzdim. Hava limanından enər-enməz səni qucaqlayıb öpən isti hava beynində təxmini bir fikir formalaşdırır. Təsadüfə bax, gözünü açanda burada da qarşına 33 seriyalı avtomobillər çıxır. Fikrini qətiləşdirmək istəyirsən, birdən yadına düşür ki, axı Kürdəmirin aeroportu yoxdur.

Səfərin davamında “Cənnət”lə “Cəhənnəmi” də görəcəyik. Amma bunun üçün ölməyə gərək yoxdur. AZAL-ın yeni açdığı müntəzəm reysə bilet almaq yetərlidir.

Çukurova hava limanından 45 dəqiqəlik məsafədə yerləşən Mersin Türkiyənin ən böyük liman şəhərlərindən biri olmaqla yanaşı, ölkənin əsas kənd təsərrüfatı və ixrac mərkəzlərindəndir. İlin çox hissəsi isti və günəşli keçir. Üstəlik, Aralıq dənizi iqlimi ilə şəhər tropik və subtropik bitkilərin yetişdirilməsi üçün əla şərait yaradır. Buna görə də yol boyu banan, kivi, anans, limon kimi meyvə bağlarına, palma ağaclarına, hətta, daşın üstündə bitən kaktuslara rast gələ bilərsiniz.

Axşam yeməyi üçün şəhərin ən gözəl məkanlarından biri “Mersin Marina”dayıq. Bura 20 km uzunluğu olan Mersin bulvarında yerləşir və əhatəsində restoranları, yaxtaları, alış-veriş mərkəzlərini cəmləşdirir.

Restoran dəniz təamlarının dadına baxdıqdan sonra Aralıq səni öz seyrəngahına çağırır. Mənzərə bir anlıq İbrahim Tatlısəsin məşhur mahnısı yada salır:

“Akdeniz akşamları bir başka oluyor,

Hele bir de aylardan Temmuz (red.-iyul) ise bir başka...”

Romantik axşamı burada yekunlaşdırırıq.

Səhər ilk ünvanımız Kanlıdivanedir.

Kanlıdivane 19-cu əsrin ortalarında fransız səyyahı Viktor Lanqlois tərəfindən kəşf edilib və şəhər 1970-ci illərdə qazıntılar zamanı aşkar olunub. Kanlıdivane adının mənşəyi ilə bağlı iki ehtimal var. Birincisi odur ki, addakı “qanlı” hissə şəhərin qədim adı olan Kanitellisdən və ya yağış suları ilə torpaq rənginə boyanmış çuxurdakı relyeflərin qırmızımtıl rəngindən, “divan” hissəsi isə zaman-zaman burada yaşayan türkmən icmalarının divan adlanan məclislərindən yarana bilər.

İkinci versiya isə Roma dövründə cinayətkarların çuxura atılaraq vəhşi heyvanlara yem edilməsi ilə bağlıdır.

Olba krallığının müqəddəs yaşayış yeri olan şəhərin tarixi eramızdan əvvəl III əsrə gedib çıxır. Şəhər, ən aktiv dövrünü Roma İmperiyasında, tərəqqisini isə eramızın 4-cü əsrində yaşayıb.

Olba tarixinin ən məşhur siması Kraliça Abadır. Onun ailə üzvləri üçün Kanlıdivanedə türbə tikilib. Burada ona məxsus kitabə də mövcuddur.

Kanlıdivaneyə əcnəbi qonaqlar üçün giriş qiyməti 3 avro təşkil edir. Əvəzində isə özünüzü bir tarixin içində hiss edirsiniz.

Növbəti dayanacaq Cənnət və Cəhənnəm mağaralarıdır.

Bizi müşayiət edən avtobus sürücüsünün adı Sezaidir. Əslən Mardindən olsa da, uzun illərdir Mersində yaşayır.

Üç nəvəsi var. Təqaüdə çıxdıqdan sonra, turizm şirkətində çalışır. Pensiya məbləğinin onun üçün yetərli olmadığını bu yaşda işləməsi ilə yanaşı, bir mağazada gördüyü oyuncağın qiymətini öyrənib tez oradan çıxmasına görə dəqiqləşdirirəm.

Nəvəsinə almaq istəyirmiş, qiyməti 2000 TL (84 AZN) idi.

“Yapacak bir şey yok, onun yerine beni sevsin”, - deyərək gülümsədi...

Cənnət və Cəhənnəm mağaraları Silifke rayon mərkəzindən 25 km məsafədə yerləşir. Bura xaricdən gələn qonaqlar üçün giriş 12 avrodur (red.-24 AZN).

Bu ərazidə hər biri qayalı, geniş və dərin çuxurlardan ibarət iki təbiət möcüzəsi yerləşir. Bu çuxurlar minilliklər ərzində qurunt sularının əriməsi və əhəng daşının boşaldılması nəticəsində zədələnmiş tavanın çökməsi ilə əmələ gəlib. Zaman keçdikcə iki boşluq birləşərək, nəhayət, indiki yeraltı mağara dərəsini əmələ gətirir. Bu çuxurlar müqəddəs sayılır və antik dövrdə istifadə olunurdu.

Əvvəlcə Cəhənnəm barədə...

Fani hesab olunan dünyada dini inanclara görə hansı əməllər səbəbindən Cəhhənnəmə yol göründüyünü az-çox bilirik. Biri sizə “Cəhənnəmə get!” desə və təbii ki, Mersini nəzərdə tutsa, əmin olun ki, çətin, qorxulu bir şey deyil. Bir neçə metr getdikdən sonra Cəhənnəm çuxurunu görə bilərsiniz. Ziyarətçilər enməsi qeyri-mümkün olan Cəhənnəm çuxurunu şüşəli müşahidə terrasından da seyr edə bilərlər.

Amma Cənnətə düşmək hər iki mənada çətindir. Məsələn, Mersində bunun üçün 452 pilləkən aşağı enməlisən ki, bu da müəyyən fiziki güc tələb edir.

Buna görə də yaşlı insanlara, valideynlərə körpə uşaqlara o çuxura enmək tövsiyə olunmur. Baxmayaraq ki, geri qayıtmaq üçün lift fəaliyyət göstərir.

Cənnət mağarasının içində, mağaranın düz girişində kilsə tikilib. Kilsənin girişinin üstündəki dördsətirlik kitabə bu kilsənin Müqəddəs Məryəmin şərəfinə Paul adlı dindar bir şəxs tərəfindən sifariş edildiyini göstərir. Kilsə təxminən eramızın 5-ci əsrinə aiddir.

Cəhənnəmin dərinliyi 128, Cənnətdə isə bu rəqəm 135 metrdir.

Bu məkanda tər tökdükdən sonra Aralıq dənizinin “plyaj”ında dincəlmək yerinə düşər. Səfər edərkən vaxt itkisi olmasın deyə elə qeyd etdiyim məkanlara daha yaxın hotel seçmək və ya ev kirayələmək daha doğru olar. Erdemli və Silifke rayonları bu baxımdan əlverişlidir.

Burada olarkən dörd bir tərəfi dəniz suları ilə əhatə olunmuş Kız Kulesinə getməyin də ayrı ləzzəti var. Dəniz suyu o qədər şəffafdır ki, dayazda üzən xırda balıqları gözlə görmək mümkündür. Çimərliyindəki səliqə-səhmana da söz ala bilməz.

Mersin Türkiyənin 11-ci ən böyük şəhəridir. Buradan Antalyaya 6 saatlıq yoldur. Bu isə ölkədə şəhərlər arasında ən böyük məsafə hesab olunur.

Geri qayıdarkən diqqətimi çox sadə şəkildə salınmış yerüstü piyada keçidi çəkir.

Bir anlıq Bakıda Ukrayna dairəsi yaxınlığındakı Çin səddinə bənzər yerüstü piyada keçidi ilə müqayisə edirəm. Və belə qənaətə gəlirəm ki, onsuz da bizdən keçib, paytaxtımızdakı o keçid daha çox gələcək nəsilə tarixi bir abidə kimi xatirə qalacaq...

O keçidi keçənə qədər də Cəhənnəmi görüb gəlirsən...

AZAL Milli mətbuatın 150 illiyi münasibətilə Türkiyənin Mersin və Adana şəhərlərinə mediatur təşkil edib. Odur ki, yazının davamı günəşə güllə atanların şəhərindən - Adanadan olacaq...

Emin Səfərov, Mersin.













Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 12 İyul 2025 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Normal maarifləndirmə işi aparmağa qaneedici vasitələr yoxdur

03 İyul 2026 14:16see527

Masallıda baş verən qəzada 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb

03 İyul 2026 01:33see439

Ürəyin ən böyük düşməni Yalnız bu amil ölüm riskini kəskin artırır

03 İyul 2026 01:42see297

Energetika Nazirliyində növbəti kollegiya iclası keçirilib

03 İyul 2026 15:59see276

Ronaldunun bacısı futbolçunun DÇ 2026 dan sonra millidə karyerasını bitirəcəyini deyib

03 İyul 2026 02:41see234

Mədinə Babayeva Kəlbəcərdə dəfn olunub

03 İyul 2026 18:51see217

İlham Namiq Kamalın oğlu məzun oldu

03 İyul 2026 01:20see215

Zelenski hədələdi: Ukraynanın cavabı necə olacaq?

03 İyul 2026 07:01see199

Məşhur Hollivud aktyorları İspaniyaya azarkeşlik ediblər FOTO

03 İyul 2026 01:54see192

Fon der Lyayen Avropa Komissiyasının siyasi mövcudluğunu genişləndirir

03 İyul 2026 21:20see183

Saray qəsəbəsi dünəndən sabaha boy atır

03 İyul 2026 00:00see175

DÇ 2026: İspaniya darmadağınla 1/8 finala adladı

03 İyul 2026 01:52see172

DÇ 26: Kolumbiya 1/8 finala yüksəlib

04 İyul 2026 07:38see171

WhatsApp ın yeni username funksiyasını dayandırdılar

03 İyul 2026 04:37see169

Dubl edən yox, Yamal matçın ən yaxşısı seçildi

03 İyul 2026 01:56see168

UEFA Norveç millisinə texniki məğlubiyyət verdi

04 İyul 2026 03:52see167

Finlandiya əmək istismarı ilə mübarizə aparmaq üçün yaşayış icazəsinin verilməsi qaydalarını sərtləşdirir

04 İyul 2026 06:44see164

Bunlar saç tökülməsini artırır Həkim səbəbləri açıqladı

03 İyul 2026 22:22see160

DÇ 2026 1/8 final cütü: Argentina Misir

04 İyul 2026 05:02see154

Qubada çörəyin qiyməti niyə qalxıb? VİDEO

04 İyul 2026 06:48see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri