Icma.az
close
up
RU
Prezident qərar verdi: 3 aydan sonra işə düşəcək Mühüm məqamlar

Prezident qərar verdi: 3 aydan sonra işə düşəcək Mühüm məqamlar

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyevin imzaladığı fərmana əsasən, ölkədə “Ərzaq təminatı xəritəsi” adlı informasiya sistemi yaradılır. Qeyd edək ki, informasiya sisteminin sahibi və operatoru İqtisadiyyat Nazirliyi olacaq, Nazirlər Kabineti isə üç ay müddətində əsasnaməni təsdiqləyəcək və fərmandan irəli gələn vəzifələri icra edəcək.

Sözügedən informasiya sisteminin hansı konkret təsirləri olacaq? 

Globalinfo.az-a danışan iqtisadçı Asif İbrahimov deyib ki, ərzaq təhlükəsizliyinin gücləndirilməsi bütün ölkələr üçün strateji əhəmiyyət kəsb edir:

“Bu, qida təhlükəsizliyi proqramlarının əsas hədəflərindən biridir. Azərbaycanda da qida təhlükəsizliyi ilə bağlı müvafiq proqram mövcuddur. Lakin qeyd edilən məsələlər üzrə praktiki həllər hələ ki, tam şəkildə görünmür. Vaxtilə bu sahədə “Tədarük.az” adlı platforma yaradılmışdı. Səhv etmirəmsə, Kənd Təsərrüfatı Nazirliyinin balansında idi. Amma həmin portal praktiki baxımdan gözlənilən nəticəni vermədi və bütün istiqamətləri əhatə edə bilmədi. Bu kontekstdə “Ərzaq təminatı xəritəsi”nin yaradılması bir sıra vacib məsələlərdə – dövlət, sahibkar və istehlakçı arasında balansın formalaşması, münasibətlərin tənzimlənməsi və çevik qərarların qəbulu baxımından əhəmiyyətli ola bilər. Bununla belə, bu sahədə real irəliləyiş üçün köklü islahatlar aparılmalıdır”.

Asif İbrahimov

İqtisadçı vurğulayıb ki, Azərbaycan iqtisadiyyatı bir çox istiqamətlərdə idxaldan asılıdır:

“Bu da qiymət artımına səbəb olan əsas faktorlardan biridir. İstehsalçıların qiymət siyasəti, gömrük rüsumları, logistika xərcləri, daşınma və saxlanma kimi elementlər qiymətə ciddi təsir göstərir. Bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Məsələn, gömrük qiymətlərinin tənzimlənməsi ilə bağlı qanunvericiliyə dəyişikliklər tələb olunur və bu, konkret mexanizmlər çərçivəsində həyata keçirilməlidir. Gömrükdə qiymətin müəyyən olunması üçün altı üsul mövcuddur. Lakin nədənsə hər dəfə ən son olan ehtiyat üsul tətbiq edilir. Halbuki, qiymət birinci üsulla müəyyən edilə bilmirsə, növbəti ilə keçilməli, bu ardıcıllıq pozulmamalıdır. Təəssüf ki, ehtiyat üsulla qiymətləndirmə aparılması bazarda ərzaq məhsullarının bahalaşmasına səbəb olur. Məsələn, eyni növ yağ Rusiya və ya başqa ölkə üzərindən həm Azərbaycana, həm Gürcüstana daxil olur. Gürcüstanda həmin yağ 9 manata satıldığı halda, Azərbaycanda 20 manata təklif edilir. İstehsalçı qiyməti, logistika və daşınma xərcləri eyni olduğu halda, bizdə əlavə xərclər yaranır. Bu problemlərin köklü şəkildə həlli üçün qanunvericilik bazasında və idarəetmə mexanizmlərində ciddi dəyişikliklər aparılmalıdır”.

Asif İbrahimov bildirilib ki, nazirliklərin öz fəaliyyətində də çatışmazlıqlar mövcuddur:

“Son illər əldə edilən məlumatlara görə, əkinə yararlı torpaqların təxminən 38 faizində şoranlaşma müşahidə olunur. Bu da idarəetmə boşluğundan xəbər verir. Əgər ərzaq təhlükəsizliyindən danışırıqsa, bütün bu məsələlər kompleks şəkildə həllini tapmalıdır. Ümumilikdə, “Ərzaq təminatı xəritəsi” adlı informasiya sisteminin yaradılması operativ qərarların verilməsinə, məlumatların düzgün balanslaşdırılmasına xidmət edə bilər. Lakin məsələ bütövlükdə köklü islahatlar və güclü infrastruktur tələb edir”.

Zaira Akifqızı
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 26 Noyabr 2025 21:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri