Gitanas Nauseda: ABŞ qoşunlarının yeni kontingenti artıq Litvaya yola düşür
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 22 sentyabr, AZƏRTAC
Litva Prezidenti Gitanas Nauseda Amerika qoşunlarının yeni kontingentinin bu ölkəyə göndərildiyini bildirib.
AZƏRTAC xəbər verir ki, “European Pravda” nəşri Litva Prezidentinin açıqlamasını dərc edib.
Hazırda ABŞ-də səfərdə olan Nauseda qeyd edib ki, Litvaya yeni Amerika qoşun kontingentinin göndərildiyi barədə təsdiqi artıq alıb.
O əlavə edib: “Bu, Litva üçün əla xəbərdir - Amerika qoşunları ölkəmizdə qalmağa davam edəcək. Biz təkcə Litvanın deyil, həm də bütün regionun təhlükəsizliyi üçün vacib olan bu qərara görə Prezident Donald Trampa və ABŞ administrasiyasına minnətdarıq”.
Nauseda qeyd edib ki, Amerika qoşun kontingentinin sayı hələ tam müəyyən edilməyib, lakin onun tərkibi əvvəlkindən az olmayacaq.
Bu yay mindən çox Amerika əsgəri Litvada rotasiya müddətini başa vurub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 22 Sentyabr 2026 15:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















