Gizem Karaca kədərli xəbəri açıqladı: 12 illik dostunu itirdi
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyəli aktrisa Gizem Karaca 12 il əvvəl sahibləndiyi iti Gofinin öldüyünü açıqlayıb.
Sherg.az xəbər verir ki, “Gözəl Köylü”, “İçimdəki Fırtına” və “Baraj” kimi layihələrlə tanınan aktrisa sosial şəbəkədə paylaşdığı duyğusal mesajla dördayaqlı dostu ilə vidalaşıb.
Karaca bildirib ki, Gofini 2014-cü ildə Muğlanın Güzelköy kəndində çəkiliş meydançasında görüb. Həmin vaxt anası avtomobilin altında qalan, balaca qardaşları isə kanalizasiya quyusuna düşən küçə iti zibil qutusunun içində sığınacaq axtarırmış. Aktrisa onu dərhal çəkiliş karvanına apararaq isidib, yemək və su verib.
Aktrisa Gofinin son günlərdə ağır xəstələndiyini və onu sağaltmaq üçün 23 gün mübarizə apardığını bildirib. Onun sözlərinə görə, itinin baxışlarından artıq vidalaşmaq istədiyini anlayıb və onu daha çox əziyyət çəkməyə qoymamaq qərarına gəlib.
“23 gün ərzində onun ürəyini ovuclarımda daşıyırmış kimi həssaslıqla qayğısına qaldım. Amma dünən anladım. Gofim, necə istəyirsənsə, elə olsun, gözəl qızım. Hər şey üçün təşəkkür edirəm. Artıq müqavimət göstərmə, dincəl”, – deyə Karaca paylaşımında yazıb.
Aktrisa Gofinin ailəsində xüsusi yeri olduğunu vurğulayıb. Onun sözlərinə görə, iti həm həyat yoldaşı Kamalın ilk iti, həm də qızı Leylanın ünsiyyət qurduğu ilk heyvan olub.
Karaca paylaşımını bu sözlərlə tamamlayıb: “Yollarımızın kəsişməsinə, bizimlə birlikdə addımladığına görə çox xoşbəxtəm. Heç bir vidalaşmaq asan deyil”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 27 Oktyabr 2026 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















