Icma.az
close
up
RU
Gizlənən yol nişanları... Yol nişanlarının görünməsinə mane olan vasitələrə müdaxilə olunmalıdır Video

Gizlənən yol nişanları... Yol nişanlarının görünməsinə mane olan vasitələrə müdaxilə olunmalıdır Video

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Çox zaman sosial şəbəkə istifadəçiləri şəhər yollarında olan “gizli” yol nişanlarından şikayət edirlər. Bu nişanlar bəzən ağacların budaqları arxasında "gizlənir" ya da gizlədilir, bəzən silinmiş olur, bəzən hansısa “ağıllı” sürücü avtomobili ilə onun qarşısını kəsir və görünməsinə maneə yaradır. Nəticədə bu işarələri görməyən sürücülər zərər çəkir.

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, fəsil dəyişəndə İcra Hakimiyyəti tabeliyində olan Yaşıllaşdırma Təsərrüfatı Birliyi ağacların budanmasını təmin etməlidir.

Rauf Ağamirzəyev

“Reqlamentə görə, oktyabrın 15-dən başlayaraq budama işləri icra edilməlidir. Bu məsələ təxirə salınmadan icra olunmalıdır ki, sürücülərin yol hərəkəti təhlükəsizliyi təmin edilsin. Eyni zamanda nişanların öz böyük əhəmiyyəti var. Görünmürsə, bunun özü böyük təhlükəsizlik riskləri yarada bilər. Nişanların və işıqforların görünməsi üçün ağac budaqları mane olursa, bunun budanması Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən icra olunmalıdır.

Yaxşı olardı ki, müasir vasitələrlə bu informasiyanın ötürülməsi üçün kommunikasiya kanalları yaradılsın. Bu da sosial media hesabı, qaynar xətt və yaxud "Whatsapp" hesabı ola bilər. Vətəndaşlar nişanların görünməməsi ilə bağlı qarşılaşdıqları problemləri həmin vasitələrə yönəldərək, bu məsələnin daha sürətli həllinə nail ola bilsinlər. Bu fürsəti vətəndaş üçün yaratmaq lazımdır”-deyən ekspert qeyd edib ki, Yaşıllaşdırma Təsərrüfatı Birliklərinin bir planı olmalıdır və bu işi planlı şəkildə həyata keçirməlidirlər.

“Bu səbədən də diqqətdən kənarda qalan sahələr, növbəsi yetişməyən sahələr ola bilər. Amma onu şikayət əsasında prioritetləşdirmək və təxirəsalınmaz işlər görmək olar”-deyən ekspert qeyd edib ki, ümumiyyətlə gizli nişan anlayışı doğru deyil.

“Nişan müəyyən səbəblərdən, yəni əsasən ağacların budaqlarının mane olma səbəbindən görünməyə bilər. Budaqların budanmasını təmin edən qurum bu məsələni həyata keçirir. Düşünürəm ki, bu məsələnin icrası üçün kommunikasiya vasitələri polis üzərindən və ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Əlaqələndirmə Şurası üzərindən də bu şikayətin verilməsi üçün imkanlar yaradılmalıdır. Yəni aidiyyatı qurumlarda əlaqələndirmə şurası yaradılıbsa, bu da fərqli qurumların nəqliyyata aid olan bir şura daxilində fəaliyyəti üçün nəzərdə tutulub. Əgər birbaşa profil təşkilatı bu işi həyata keçirmək gecikirsə, bunun üst qurumu problemin təmini yönündə kömək etməlidir”-deyə ekspert bildirib.

P.S. Qısası, ağacların arxasında gizlədilmiş işarə gördüyünüz zaman Ekologiya və Təbii Sərvətlər Nazirliyinə, yerlərdə silinmiş işarə gördüyünüz zaman Siqnal İdarəsinə müraciət edin. O ki qaldı, “ağıllı” sürücülərin məsuliyyətsizliyinə. Bax, buna heç nə edə bilməzsiniz. Adamın öz qabında yoxdursa...

İradə Cəlil, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 29 Dekabr 2024 22:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri