Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

Gizli geri sayım başladı: Putin Vaşinqtona ŞOK KONKRET

Gizli geri sayım başladı: Putin Vaşinqtona ŞOK KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın Rusiya bayrağı altında üzən tankerə müdaxiləsi ətrafında yaranmış vəziyyət hələlik bitmiş sayılmır və bu insident onsuz da mürəkkəb olan Rusiya–ABŞ münasibətlərini daha da kəskinləşdirmək riski daşıyır. Hadisələr təkcə ikitərəfli münasibətlərə deyil, eyni zamanda Ukrayna münaqişəsinin nizamlanması perspektivlərinə və son vaxtlar “Ankoric ruhu” adlandırılan nisbi dialoq ümidlərinə də ciddi zərbə vura bilər.

Yanvarın 7-də ABŞ hərbçiləri iki həftə ərzində təqib etdikləri “Marinera” adlı, Rusiya bayrağı altında üzən tankeri saxlayaraq ələ keçiriblər. Rəsmi Moskvanın ilk reaksiyası Rusiya Nəqliyyat Nazirliyindən gəlib. Nazirlik bildirib ki, tanker hələ 24 dekabr 2025-ci ildə Rusiya qanunvericiliyinə və beynəlxalq hüquq normalarına uyğun şəkildə müvəqqəti olaraq Rusiya bayrağı altında üzmək üçün icazə alıb. Rəsmi açıqlamada BMT-nin 1982-ci il Dəniz Hüququ Konvensiyasına istinad edilərək vurğulanıb ki, açıq dənizdə gəmiçilik azadlığı prinsipi qüvvədədir və heç bir dövlət başqa ölkənin yurisdiksiyasında qeydiyyatdan keçmiş gəmiyə qarşı güc tətbiq edə bilməz.

Moskva, görünür, Vaşinqtonun bu addımı atmağa cəsarət etməyəcəyini düşünürdü. Lakin ABŞ riskə getdi. Bu isə Rusiya üçün prinsipial yeni vəziyyət yaradıb. İkinci Dünya müharibəsindən sonra sovet və ya Rusiya bayrağı altında üzən gəmilərin bu cür ələ keçirilməsi presedenti faktiki olaraq olmayıb.

Bununla belə, mütəxəssislər qeyd edirlər ki, gəminin yurisdiksiyasının dəyişdirilməsi adətən limanda həyata keçirilir, açıq dənizdə yox. Bu baxımdan 24 dekabr tarixində verilmiş müvəqqəti qeydiyyat qərarının özü də qeyri-adi addım sayılır. Xüsusilə də tanker təqib altında olduğu halda belə sənədin təqdim edilməsi presedentsiz haldır. Adətən müvəqqəti qeydiyyat daxili sular və ya Rusiya limanlarında uzunmüddətli işlər üçün nəzərdə tutulur. Amma indi Rusiya faktiki olaraq bu gəmini və onun heyətini müdafiə etmək öhdəliyi altına girib.

ABŞ isə mövqeyini BMT Konvensiyasının 110-cu maddəsinə əsaslandırmağa çalışır. Həmin maddəyə görə, hərbi gəmilər yalnız müəyyən hallarda – piratçılıq, qul ticarəti, icazəsiz yayım və ya gəminin milli mənsubiyyətinin olmaması zamanı – digər gəmiləri saxlaya və yoxlaya bilər. Vaşinqton məhz sonuncu bəndə istinad edir və məsələni Rusiya ilə deyil, Venesuela ilə bağlı təqdim etməyə çalışır.

ABŞ vitse-prezidenti Cey Di Vens açıq şəkildə bildirib ki, “Marinera” əslində Venesuelaya məxsus tanker olub və Rusiya bayrağı altında üzməsi sanksiyalardan yayınmaq cəhdi idi. Onun sözlərinə görə, Vaşinqton Venesuelaya qarşı siyasətini maliyyə və enerji axınlarına nəzarət üzərindən qurur və neft satışına yalnız ABŞ maraqlarına xidmət edən hallarda icazə verir.

Rusiya Xarici İşlər Nazirliyi isə iki gün ardıcıl ehtiyatlı və diplomatik tonda açıqlamalar verib. Moskva ABŞ hərbçilərinin Rusiya bayrağı altında üzən gəmiyə çıxmasını diqqətlə izlədiyini bildirib və gəmidə olan Rusiya vətəndaşlarına humanist rəftar tələb edib. Maraqlıdır ki, heyətdə cəmi iki Rusiya vətəndaşı var, qalanları isə Ukrayna və Gürcüstan vətəndaşlarıdır. Onların hamısı ABŞ məhkəməsi qarşısında sanksiyaların pozulması və sahil mühafizəsinin tələblərinə tabe olmamaqda ittiham olunacaqlar.

Hazırda nə Vaşinqton, nə də Moskva açıq eskalasiyaya tələsmir. ABŞ gözləyir ki, Rusiya necə reaksiya verəcək. Kreml isə hələlik nə Putinin, nə də XİN rəhbəri Lavrovun səviyyəsində sərt bəyanatla çıxış edib. Təhlükəsizlik Şurasının iclası ilə bağlı gözləntilər də hələ reallaşmayıb.

Bununla belə, risklər kifayət qədər ciddidir. Əgər bu presedent normaya çevrilərsə, ABŞ və onun müttəfiqləri Rusiya “kölgə donanması”na məxsus onlarla, hətta yüzlərlə tankeri hədəfə ala bilər. Bu isə Rusiya neft ixracının faktiki iflici və milyardlarla dollar itki deməkdir. Avropa İttifaqı hələlik tərəddüd edir və üzv ölkələrə ABŞ nümunəsini təkrarlayıb-təkrarlamamaq barədə seçim imkanı verib.

Rusiya daxilində isə daha sərt mövqe tələb edən səslər yüksəlir. Dövlət Dumasında bəzi deputatlar hətta hərbi doktrinaya istinad edərək ABŞ-a “son dərəcə sərt cavab” verilməsini təklif edirlər. Radikal Z-kanallar və cəmiyyətin müəyyən hissəsi də kompromissiz addımlar gözləyir.

Buna baxmayaraq, Kreml görünür hələlik gözləmə mövqeyini saxlayır. Moskva bu insidentin ABŞ-ın Ukrayna üzrə mövqeyinə necə təsir edəcəyini ölçməyə çalışır. Əgər Vaşinqton Kiyevə təzyiqi azaltsa və ya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etsə, o zaman Kremlin səbr kasası daşacaq.

Bu arada ABŞ-da da proseslər sürətlənir. Senator Lindsi Qrem Rusiyaya qarşı yeni, daha sərt sanksiyalar paketi hazırladıqlarını açıqlayıb. Layihə Rusiya neftini alan ölkələrə qarşı 500 faizlik rüsumlar tətbiqini nəzərdə tutur və Trampın buna razılıq verdiyi bildirilir. Sənəd qəbul edilərsə, Çin, Hindistan və Braziliya kimi ölkələr ciddi təzyiq altına düşəcək.

Beləliklə, vəziyyət son dərəcə həssas mərhələyə daxil olur. Həm Vaşinqtonda, həm də Moskvada “gərginlik həddi”nə yaxınlaşma hiss olunur. Əgər tərəflərdən biri emosional addım atarsa, proseslər nəzarətdən çıxa və nəticələr son dərəcə ağır ola bilər.

Putin isə hələlik gözləyir. Amma bu gözlənti sonsuz deyil.

Natiq Səlim,
KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:242
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Yanvar 2026 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see449

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see363

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see351

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see351

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see335

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see326

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see321

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see277

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see262

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see257

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see246

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see239

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see234

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see233

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see231

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see224

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see218

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see214

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see205

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri