Icma.az
close
up
RU
Venesueladan sonra İRAN HƏDƏFDƏ Dünyanı enerji böhranı GÖZLƏYİR?

Venesueladan sonra İRAN HƏDƏFDƏ Dünyanı enerji böhranı GÖZLƏYİR?

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Görünən odur ki, Venesueladan sonra ABŞ-ın növbəti hədəfində olan ölkə İrandır.
Xüsusilə də, qonşu ölkəni dekabrın sonlarından etibrən küçə etirazları bürüməsi fonunda İranla bağlı vəziyyət kritik həddə çatıb. Qiymət artımına etiraz edən əhali ölkənin əksər şəhərlərində ayağa qalxıb. ABŞ-ın təhdidləri isə vəziyyəti daha da gərginləşdirib.
 

MÖVZU İLƏ BAĞLI:
ABŞ bu ölkəyə hücuma hazırlaşır – “Dağıdıcı zərbələr endiriləcək”


Belə ki, Tramp etirazçılara qarşı amansızlıq ediləcəyi təqdirdə, İranın ağır şəkildə cəzalandırılacağını bildirib.
Hər halda, İranda cərəyan edən proseslər mövcud dini rejimin çökəcəyini də düşünməyə əsas verir.
Bu fonda bir çox ekspertlər İranda rejim çöksə, Çinin ucuz enerjidən məhrum qalacağı və böhran vəziyyətinin ortaya çıxacağını proqnozlaşdırırlar.
Qeyd edək ki, Çinin ucuz enerji ilə təmin edilməsində Rusiya və Venesuela ilə yanaşı İran da mühüm rol oynayır. Pekin sanksiyalar altında qalan bu ölkələrin düşdüyü vəziyyətdən istifadə edərək, enerjiyə olan tələbatını əsasən məhz onlardan aldığı uzun xammal hesabına təmin edir. Venesuelanın ardınca İrandakı rejimin çökməsilə isə Pekin bu mənbələrdən daha birini itirə bilər.
Belə vəziyyətdə görəsən, dünya iqtisadiyyatını nə gözləyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında ReAL Partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Tehran rejimi çöksə belə, bu heç də Çinin ucuz enerji mənbəyindən məhrum olacağı anlamına gəlməyəcək:
“Çinin əsas ucuz enerji mənbəyi Rusiyadır. Ondan aldığı təbii qaz, neftdir. Mendeleyev cədvəlində nə görürüksə, Çin hər şeyi Rusiyadan alır. Nə Venesuela, nə də İran deyil. Düzdür, bu iki ölkə də Çinə ucuz enerji verilməsi məsələsində müəyyən dəstək verirdi. Bununla belə, Çin iqtisadiyyatının sözün geniş mənasında yanacaq mənbəyi Rusiyadır”.
Bu səbəbdən ekspertin fikrincə, Venesuela olayından sonra dünya iqtisadiyyatında hələlik təkcə neft məsələsində hansı proseslərin, daha doğrusu müəyyən qiymət enmə prosesinin, baş verəcəyini aydın görmək mümkündür:

“Çünki Venesuela nefti ilə birlikdə ABŞ-ın öz ehtiyatlarını da nəzərə alsaq, Vaşinqton təxminən dünya neft ehtiyatının az qala üçdə birinə nəzarət etmiş olur. Deməli, bu fonda qiyməti də Vaşinqton diktə edəcək və yaxud da buna imkanları yaranacaq.


Amma bir tək İran və Venesueladakı hadisələrin sırf Çinə qarşı olduğunu söyləmək bir qədər çətindir. Pekinin əsas ucuz enerji mənbəyi Rusiyadır, İran deyil. Bu anlamda Venesuela, həm də İran hadisələri Pekinin marağına toxunsa da, Rusiya ilə iqtisadi əlaqələr Çin üçün daha böyük əhəmiyyətə malikdir”.
Rüfət Sultan, Bizim.Media   

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:230
embedMənbə:https://bizim.media
archiveBu xəbər 09 Yanvar 2026 17:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see593

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see319

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see310

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see310

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see302

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see281

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see279

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see277

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see266

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see263

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see247

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see247

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see245

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see240

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see237

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see229

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see228

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see227

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see205

Tarixi Zəfərin yol açdığı möhtəşəm Qayıdış

07 Noyabr 2026 13:35see197
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri