Icma.az
close
up
RU
Gizli savaş başladı: İki Avropa ölkəsi ordunu adaya yığır

Gizli savaş başladı: İki Avropa ölkəsi ordunu adaya yığır

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Qrenlandiya artıq yalnız coğrafi ada deyil, böyük güclərin maraq meydanına çevrilib. ABŞ Konqresində Qrenlandiyanın ilhaqı və dövlət statusunun verilməsi ilə bağlı qanun layihəsinin təqdim edilməsindən sonra Avropa ölkələrinin reaksiyası gecikməyib. Almaniya və Danimarka faktiki olaraq adada hərbi mövcudluğu genişləndirməyə başlayır və bu proses təkcə təhlükəsizlik addımı deyil, həm də siyasi mesaj kimi oxunur.

Ölkə.Az xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, Almaniya bu həftə ərzində Qrenlandiyaya Bundesver hərbçilərindən ibarət ilkin qrup göndərməyi planlaşdırır. Müdafiə Nazirliyi məlumatı nə təsdiq, nə də təkzib edir – bu isə planın real olduğunu, sadəcə diplomatik dildə açıqlanmadığını göstərir. Qeyri-rəsmi mənbələr ilk kəşfiyyat qrupunun yanvarın 15-dən etibarən hərəkətə keçəcəyini bildirir. Bu addım Berlinin Arktika bölgəsində oyunçuya çevrilmək niyyətindən xəbər verir.

Qrenlandiyanın rəsmi sahibi olan Danimarka artıq daha açıq davranır. Müdafiə Nazirliyinin “Challenger” təyyarəsinin Nuukda eniş etdiyinə dair görüntülər yayılıb. Nazir Troels Lund Poulsen bildirib ki, Qrenlandiyada daha geniş və daimi hərbi iştirak planlaşdırılır və hətta 2026-cı ildə NATO təlimlərinin burada keçirilməsi nəzərdə tutulur. Bu, təkcə lokal təhlükəsizlik addımı deyil, Qrenlandiyanın NATO üçün strateji baza statusuna yüksəldilməsi deməkdir.

Qrenlandiya məsələsi yalnız ABŞ və Avropa arasında deyil, qlobal qüvvələr balansında mühüm rol oynayır. Burada enerji ehtiyatları, strateji keçid yolları və Arktika nəzarəti məsələsi dayanır. Rusiya bölgədə artıq aktivdir, Çin də bu istiqamətdə maraq göstərir. Belə bir situasiyada Qrenlandiyanın boş qalması Avropa üçün təhlükəli sayılır.

ABŞ konqresmeninin Qrenlandiyanın ilhaqı ilə bağlı qanun layihəsi formal olaraq hüquqi proses demək deyil. Lakin bu təşəbbüs siyasi təzyiq aləti kimi işləyir və açıq mesaj verir: Vaşinqton bu ərazini “strateji prioritet” kimi görür. Məhz buna görə Almaniya və Danimarka “gecikən reaksiya yox, preventiv addım” siyasəti yürüdür.

Qrenlandiya artıq yeni geosiyasi qarşıdurmanın səhnəsinə çevrilir. Almaniya və Danimarkanın hərbi aktivliyi göstərir ki, Avropa ABŞ-ın mümkün ilhaq planını sadəcə mediadan izləmək niyyətində deyil. Yaxın illərdə Qrenlandiya Arktikanın ən mühüm strateji nöqtəsinə çevriləcək və burada “soyuq mübarizə” hələ indi başlayır.

Miri
Ölkə.Az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Yanvar 2026 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri