Icma.az
close
up
RU
Menu

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Gizli, yoxsa razılaşdırılmış nəzarət?

Gizli, yoxsa razılaşdırılmış nəzarət?

Qaynarinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"WhatsApp” uşaqlar üçün valideyn nəzarətli hesablar funksiyasını istifadəyə verib. Bu yenilik valideynlərə kiçik yaşlı uşaqların mesajlarını və sosial media davranışını izləmək imkanı yaradır. Valideyn uşağın kimlərlə ünsiyyət qurduğunu, hansı qruplara qoşulduğunu izləyir. Hətta məxfilik parametrlərini görə, naməlum nömrələrdən gələn mesaj sorğularını bloklaya bilər. Uşaq isə bu parametrləri dəyişə bilməz, bunun üçün PIN-kod tələb olunur. Bu funksiya təhlükəsizlik baxımından faydalıdır, lakin valideyn nəzarətinin uşaqların etimadına və psixoloji rahatlığına təsiri ilə bağlı fikir ayrılığı mövcuddur. Bəziləri hesab edir ki, valideynlər uşaqlarının yazışmalarını mütləq izləməlidir. Digərləri isə ehtiyatlı yanaşmanın vacibliyini vurğulayır və qeyd edirlər ki, həddindən artıq müdaxilə uşaqlarda qıcıq, etimad problemi yarada bilər. 

"Indigo Support” Reabilitasiya və İntegrasiya Mərkəzinin meneceri və psixoloq Aysel Qafarova "Kaspi” qəzetinə açıqlamasında bildirir ki, 18 yaşa qədər uşağın sosial həyatına düzgün və balanslı şəkildə nəzarət onun şəxsi həyatına müdaxilə sayılmır. Əksinə, bu yanaşma uşağın sosial və ailə həyatının balansını qorumağa kömək edir: "Uşaq hələ formalaşma mərhələsindədir və rəqəmsal dünya real həyatdan daha sərt və nəzarətsizdir. Amma burada çox incə bir xətt var. Nəzarət gizli və totaldırsa, bəli, bu, artıq uşağın şəxsi sərhədlərinin pozulmasıdır. Əgər açıq, razılaşdırılmış və izah olunmuş şəkildədirsə, bu, hüquq pozuntusu yox, qoruyucu çərçivədir”.

Psixoloq bildirir ki, hər sahədə olduğu kimi nəzarət edərkən də balansı qorumaq çox önəmlidir: "Nəzarət, diqqətdə saxlamaq şəklində həyata keçirildikdə, uşağın özünəinamını zədələmir və psixoloji rahatlığını pozmadan həm psixoloji, həm də fiziki təhlükəsizliyini təmin edir. Lakin nəzarət həddindən artıq olduqda, birbaşa və ya dolayı yolla uşağın psixoloji rahatlığına, özünəinamına təsir edən müdaxilələrə çevrilsə, bu, onun psixoloji sabitliyinə, həyəcanını, emosiyalarını idarə etməsinə mənfi təsir göstərir. Psixoloji rahatlıq yalnız güvən mühitində yarana bilər. "Mən daim izlənirəm” hissi hər zaman öz davranışlarını götür-qoy etməklə yanaşı, iki fərqli xarakterin eyni zamanda yaranmasına da səbəb ola bilər”.

"Valideynlər uşaqların onlayn davranışını izləyərkən etimadı qorumaq üçün nə etməlidirlər” sualına həmsöhbətimiz fransız psixiatr Serge Tisseronun 3-6-9-12 yaş qaydalarına toxunaraq cavab verir: "Serge bildirir ki, 12 yaşa qədər uşağın sosial mediadan istifadəsi yalnız valideyn razılığı ilə və qısa müddət üçün mümkün olmalıdır. 12 yaşdan sonra uşaq ailə üzvləri ilə daha çox vaxt keçirməli, valideyn isə övladının etimadını pozmadan onunla rahat şəkildə fikir və hisslərini paylaşa bilməli, ona dəstək olmalıdır. Eyni zamanda, razılaşdırılmış qaydalar olmalıdır ki, hansı hallarda valideyn müdaxilə edə bilər, hansılarda edə bilməz”.

Psixoloq bildirir ki, uşağın sosial davranışına və özünü ifadəsinə sərt müdaxilə edilsə, bu, onun internetdə və sosial mediada məsuliyyətli davranmağı öyrənməsinə mane olar: "Əksinə, həm onu nəzarətdə saxlayıb, həm də dəstəkləyici davranışlarla övladımıza yanaşdıqda, özünə nəzarəti öyrədirik. Əsas məqsədimiz yalnız nəzarətdə saxlamaq deyil, nəzarətsiz də düzgün seçimlər edə biləcək şəkildə yetişdirməkdir. Bunun sadə yolu isə kiçik yaşlarda sıx nəzarət və az-az məsuliyyət, yaş artdıqca isə əksinə, az nəzarət və artan məsuliyyətdir”.

Psixoloq Günel Qurbanova hesab edir ki, kiçik yaşlı uşaqlar yalnız "WhatsApp” deyil, heç bir sosial platformanı sərbəst şəkildə istifadə etməməlidirlər: "Xüsusilə, yeniyetməlik dövründə uşaqlar onlara aid olmayan platformalar və təhlükəli mövzularla maraqlana bilərlər. Bu vəziyyətə düşən valideyn, mövzudan xəbərdar olduğunu uşağa aşkar etməməlidir. Mümkün qədər dostyana yanaşmalı, uşağa belə mesajlar verməlidir”.

Həmsöhbətimiz bildirir ki, şəxsi sərhədlər və uşağı qorumaq cəmiyyətdə balansı ən çətin qurulan mövzulardan biridir: "Hər yaş dövrünün özünəməxsus şəxsi sərhəd anlayışı var. Sadə bir misal: 6 yaşlı uşaq telefonda qorxulu videolar izləyirsə, onun istəyinə hörmətlə yanaşa bilməzsiniz. "Baxma” desəniz də, baxa bilər. Bu halda müdaxilə vacibdir, çünki azyaşlı dövrlərdə belə videolar ciddi psixoloji fəsadlara səbəb ola bilər. Eyni şey 16 yaşlı uşağa tətbiq olunsa, o, valideynə qarşı aqressiya göstərəcək və təhlükəli olduğunu izah etdiyiniz məzmunlara yenidən baxmağa çalışacaq. Hər yaş dövründə qoyulan qadağalar mümkün qədər dostluq çərçivəsində olmalıdır”.

ABŞ və Avropa ölkələrində valideyn nəzarəti üçün "family link” tipli tətbiqlər geniş istifadə olunur. Məsələn, "2Google Family Link” valideynlərə uşağın tətbiqlərini izləmək, istifadəyə vaxt məhdudiyyəti qoymaq və təhlükəli məzmunları bloklamaq imkanı verir. İngiltərədə "Childnet International” təşkilatı uşaqların sosial mediada təhlükəsizliyini təmin etmək üçün valideynlərə yaşa uyğun nəzarət və ünsiyyət qaydaları təqdim edir. 

ABŞ-də aparılan araşdırmalar göstərir ki, 13 yaşdan sonra uşaqlarla dostyana ünsiyyət və razılaşdırılmış qaydalarla nəzarət tətbiq edən valideynlərin övladları həm məsuliyyətli rəqəmsal davranış, həm də psixoloji stabillik baxımından daha uğurlu olur.

Mənbə: "Kaspi" qəzeti

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Aprel 2026 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see591

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see530

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see399

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see311

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see273

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see267

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see264

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see261

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see252

Valdas Dambrauskas “Sabah”dan ayrılıb “Fənərbağça”ya keçə bilər

02 Noyabr 2026 01:37see244

Rubio: Türkiyənin Qara dənizdə atəşkəs təklifini araşdırırıq

02 Noyabr 2026 06:42see236

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see221

“Udineze”də istefa qərarı verildi: Zanetti gəlir

02 Noyabr 2026 06:43see212

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see209

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see207

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see202

A Seriyası: “Napoli” Turindən xalsız qayıdır

02 Noyabr 2026 01:38see198

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see193

Məşhur aktyorun 20 illik həyat yoldaşının görünüşü müzakirə mövzusu oldu VİDEO

02 Noyabr 2026 02:49see192

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri