“Global Renewables Alliance” koalisiyasının nümayəndəsi COP30 da Azərbaycan pavilyonunu yüksək qiymətləndirib
Icma.az, Azertag portalına istinadən məlumat verir.
Bakı, 21 noyabr, Pərvanə Qafarova, AZƏRTAC
COP30-dakı Azərbaycan pavilyonu konfrans iştirakçılarının diqqətini cəlb etməyə davam edir.
Bu barədə AZƏRTAC-a “Global Renewables Alliance” koalisiyasının nümayəndəsi Secla Mexiç bildirib.
2022-ci ildə təsis edilən “Global Renewables Alliance” (GRA) bərpaolunan əsas enerji mənbələrini - külək, günəş, su elektrik stansiyası, yaşıl hidrogen, uzunmüddətli enerji saxlama və geotermal enerjini təmsil edən altı aparıcı qlobal sənaye birliyinin koalisiyasıdır. Alyans bərpaolunan enerjiyə keçidi sürətləndirmək, bu sahədə fəaliyyətləri əlaqələndirmək və davamlı inkişafın təməli kimi təmiz enerjini təşviq etmək üzrə səyləri birləşdirir.
Secla Mexiç pavilyonun dizaynını və atmosferini yüksək qiymətləndirərək, onun “çox xoş, rahat və qonaqpərvər” ab-havada olduğunu qeyd edib. “Harmonik rənglər, sakit atmosfer yaradan bitkilər və böyük ekranlar şəklində texnoloji element çox rahat bir məkan yaradır. Hər şey balanslı və yaraşıqlı görünür. Bu, həqiqətən gözəl bir pavilyondur”, - deyə o vurğulayıb.
Qeyd etmək lazımdır ki, COP30-dakı Azərbaycan pavilyonu konfransın cəlbedici məkanlarından biridir və davamlı inkişaf, yaşıl enerji, innovativ həlləri nümayiş etdirir. Bu, interaktiv təqdimatlar, tərəfdaş görüşləri və iqlim təşəbbüslərinin təşviqi üçün platforma rolunu oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 21 Noyabr 2025 14:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















