Icma.az
close
up
RU
GMO lu qidalara necə nəzarət olunmalıdır?

GMO lu qidalara necə nəzarət olunmalıdır?

Icma.az bildirir, News24 portalına istinadən.

Bir neçə gün əvvəl Azərbaycan Qida Təhlükəsizlik Agentliyi tərəfindən 3 qənd məhsulunda kükürd dioksidin miqdarının normadan artıq olduğu müəyyən edilib. Eyni zamanda, İran İslam Respublikasından idxal edilən bəzi qida məhsullarıın da tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) aşkarlanıb. Həmin məhsullardan əksəriyyəti insanlar tərəfindən gündəlik istifadə edilən məhsullardır.

 Bu qidalara nəzarət necə olmalıdır?

Mövzu ilə bağlı Trend-ə danışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, qəndlərin tərkibinə kükürd dioksid qarışdırılması məsələsi hələ bundan 4 il əvvəl qaldırılıb:

 "Dörd il əvvəl Azad İstehlakçılar Birliyi AQTA qarşısında qəndlərin tərkibinə kükürd dioksid qarışdırılması barədə məsələ qaldırdı. Yəni biz 8 ilə yaxındır ki, bu məsələni aparırıq. Çox çətinlikdən sonra AQTA 12 qənd istehsal yerində monitorinqlər apardı və bunlar müəyyən olundu. Bunu bilmək üçün heç bir analiz lazım deyil. Kəllə qəndi istehsal etmək, daha doğrusu onu ağartmaq üçün iki üsul var. 

Məlumdur ki, kəllə qənd şəkər tozundan hazırlanır. Şəkər tozunu qaynatdıqda o sarı rəngə çalır. Sarı rəngi oradan ayırmaq üçün iki yol var. Biri mərkəzdənqaçma yolu, texniki yol, bir də kimyəvi yol, kükürd dioksid qarışdırmaq yolu”.

 O bildirib ki, qənd məhsullarına kükürd dioksidin qatılıb-qatılmadığını müəssisələrə baş çəkərək bilmək olar 

"Müəssisələrə getmək lazımdır, hansında mərkəzdənqaçma aparatı yoxdursa, deməli, orada qəndlər kükürd dioksidlə ağardılır. Azad İstehlakçılar Birliyi neçə ildir ki, bu məsələdən narahatdır. Biz AQTA ilə bu sahədə əməkdaşlıq etdik və bir neçəsi ifşa olundu. Ondan sonra bunlar yenə də davam ediblər. Çox yaxşı haldır ki, bu məsələlərə yenidən nəzarət edilir. Azad İstehlakçılar Birliyi də çalışacaq ki, həmin partiya mallar satışdan çıxarılsın".

 Qida məhsullarının tərkibində ziyanlı maddələrin olması insan sağlamlığına necə təsir edir?

 Bu barədə Trend-ə danışan Kliniki Tibbi Mərkəzin həkim-terapevti Jalə İbrahimova bildirib ki, genetik modifikasiya olunmuş qidaların ilk növbədə orqanizmə üç əsas ziyanı var.

 "Qidaların tərkibində ziyanlı əlavələrin olması immun sistemini zəiflədir, allergik reaksiyalar verə bilir və həzm sistemində metabolik pozğunluqlar törədə bilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) apardığı araşdırmaların nəticələrinə əsasən, 1995-ci ildən bəri GMO qidalar daha çox istehsal olunub. Həmin vaxtdan bəri daha çox diabet, qlüten həssaslığı, xərçəng kimi xəstəliklərin statistik göstəriciləri artıb”, - deyə həkim əlavə edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 Yanvar 2025 02:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see376

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see371

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see286

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see253

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see245

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see243

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see240

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see230

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see225

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see224

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see214

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see203

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see200

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see195

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see194

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see186

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see185

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see184

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see181

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri