“Go Camp” Piknik layihəsi bu il yenidən könüllüləri bir araya gətirib! FOTOLAR
Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Go Camp” Piknik layihəsinin növbəti istiqaməti Naxçıvan Muxtar Respublikasında baş tutub. SİA xəbər verir ki, könüllülər arasında birliyin təşviqi və şəbəkələşmələri məqsədi ilə ay ərzində fəallıq göstərən Azərbaycan Könüllüləri Naxçıvan Muxtar Respublikasının Zəngəzur Milli Parkının Batabat ərazisində müxtəlif oyunlar və idman yarışları ilə asudə vaxtlarını dəyərləndiriblər.
Daha sonra Azərbaycan Könüllüləri üçün nahar və çay süfrəsi arxasında maraqlı və yadda qalan anlar təşkil olunub.
Qeyd edək ki, “Go Camp” piknik layihəsinin davamlı həyata keçirilməsi nəzərdə tutulur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 28 Aprel 2025 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















