Icma.az
close
up
RU
Göbələk xəstəliyi nədir? Əlamətləri və müalicəsi

Göbələk xəstəliyi nədir? Əlamətləri və müalicəsi

Icma.az, Pravda.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Göbələk xəstəliyi dəridə, saçda, dırnaqlarda və mukozalarda göbələklərin səbəb olduğu infeksiyalardır.

Pravda.az bildirir ki, bu xəstəliklər adətən qaşınma, qızarma, səpmə və dəridə pul pul səpkilər vasitəsilə özünü göstərir. Əgər müalicə edilməzsə, infeksiya yayıla bilər və ciddi problemlərinə yol aça bilər.

Əlamətləri: Göbələk infeksiyaları bədəndə müxtəlif bölgələrdə müxtəlif əlamətlərlə görünür. Dəri üzərindəki göbələk xəstəliyi adətən qaşınma və yanma hissi, qızarma və pul-pul səpmə ilə müşayiət olunur. Dırnaqlarda isə rəng dəyişikliyi, qalınlaşma və zədələnmə baş verir. Göbələk ağız və boğazda da ağ ləkələr və quruluğa səbəb ola bilər.

Yayılma səbəbləri: Göbələk xəstəlikləri daha çox rütubətli və isti mühitlərdə inkişaf edir. Bununla yanaşı, antibiotik istifadəsi, yalnış gigiyenik qulluq və immunitet sisteminin zəifləməsi göbələk infeksiyalarının yayılmasına səbəb ola bilər. Şəkərli diabet və bəzi xroniki xəstəliklər də risk faktorları arasında yer alır.

Müalicə yolları: Göbələk xəstəlikləri, adətən antifungal kremlər və məlhəmlər ilə müalicə edilir. Daha ciddi hallarda isə ağızdan qəbul edilən antifungal dərmanlar tövsiyə oluna bilər. Müalicə zamanı, göbələkli bölgələrin təmiz və quru saxlanılması, gigiyena qaydalarına riayət edilməsi vacibdir.

Bu xəstəlikdən necə qorunmaq lazımdır: Göbələk xəstəliklərindən qorunmaq üçün gigiyenaya ciddi diqqət yetirilməlidir. Ortaq istifadə sahələrində, xüsusilə idman zallarında və üzgüçülük hovuzlarında çılpaq ayaqla gəzilməməlidir. Həmçinin, başqalarına aid şəxsi əşyalar, xüsusilə dəsmal, ayaqqabı və dırnaq qayçıları istifadə edilməməlidir.

İmmunitet sisteminin güclü saxlanılması və rütubətli mühitlərdən qaçınmaq da göbələk infeksiyalarının qarşısını almağa kömək edəcək əsas amillərdəndir.

Əminə Bayramova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://pravda.az
archiveBu xəbər 08 Aprel 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see190

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see170

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see158

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see131

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see126

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see126

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see122

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see122

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see117

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see117

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see116

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see116

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see115

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see115

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see115

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see114

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see113

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see112

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see112

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see112
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri