Icma.az
close
up
RU
Metapnevmovirus nədir? ƏLAMƏTLƏRİ

Metapnevmovirus nədir? ƏLAMƏTLƏRİ

Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.

Öskürək, burun axıntısı, boğaz ağrısı, yüksək hərarət... Elə bildiniz, qripin əlamətlərini sadalayıram? Xeyr, bütün bunlar həm də son günlər nəinki ölkəmizdə, bütün dünyada geniş yayılan metapnevmovirusun göstəriciləridir. Bəs metapnevmovirus nədir? Bu xəstəlikdən özümüzü necə qoruyaq?

Lent.az məsələ ilə bağlı araşdırma edib.

Qeyd edək ki, ötən həftə Səhiyyə Nazirliyi bu barədə əhaliyə çağırış edərək respirator virus infeksiyaları üzrə risk qrupuna daxil olan şəxslərin qrip əleyhinə vaksinasiyadan keçməsini tövsiyə etmişdi.

Qripəbənzər metapnevmovirus...

Metapnevmovirus, tənəffüs yollarında infeksiyalara səbəb olan və qripə oxşar simptomlarla özünü göstərən bir virus növüdür. İlk dəfə 2001-ci ildə müəyyən edilmiş bu virus, əsasən uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlarda təsirli olur. Metapnevmovirus əsasən hava-damcı yolu ilə yayılır və yüksək yoluxuculuğa malikdir.

Bu virus qrip ilə oxşar simptomlar göstərdiyi üçün çox vaxt yanlış diaqnoz qoyula bilər. Buna görə də, dəqiq diaqnostika üçün mütləq həkimə müraciət etmək lazımdır. Metapnevmovirus, xüsusilə soyuq aylarda daha çox yayılır.

Son günlər yayılan bu virusa necə yoluxuruq?

Virusun keçmə yolları adətən digər respirator infeksiyalarla eynidir:

- Hava-damcı yolu: Virus öskürək və ya asqırma zamanı havada yayılır.

- Yaxın təmas: Virusun daşıyıcısı ilə sıx təmasda olmaq infeksiyaya səbəb ola bilər.

- Əllər və səthlər: Virusla çirklənmiş əşyalar və səthlər vasitəsilə yoluxma mümkündür.


Necə qorunmaq olar?

- Əlləri tez-tez sabunla yuyun.

- İctimai yerlərdə maskadan istifadə edin.

- İnsanlarla sıx təmasdan çəkinin və immuniteti gücləndirən qidalara üstünlük verin.

Metapnevmavirus, qrip əlamətlərinə bənzər simptomlarla müşahidə olunsa da, daha ciddi tənəffüs problemlərinə səbəb ola bilər.

Metapnevmovirus Əlamətləri (Qrip Əlamətləri)

Metapneumovirus əlamətləri, çox vaxt qrip ilə qarışdırılır. Bu virusun əsas simptomları tənəffüs yollarına təsir edən digər infeksiyalarla oxşardır, lakin bəzi hallarda ağırlaşmalar müşahidə edilə bilər.

Metapneumovirusun müalicəsi və profilaktikası

Metapnevmovirus üçün xüsusi bir antiviral dərman yoxdur. Müalicə adətən simptomların yüngülləşdirilməsinə yönəldilir. Düzgün yanaşma xəstəliyin ağırlaşmasının qarşısını alır.

- Evdə müalicə: Bol maye qəbul edin və dincəlməyə diqqət yetirin.

- Simptomların idarə edilməsi: Öskürək və burun tıkanıklığını yüngülləşdirmək üçün həkimin tövsiyə etdiyi dərmanlardan istifadə edin.

- Həkim nəzarəti: Ağır simptomlar zamanı dərhal tibbi yardıma müraciət edin.

Profilaktik tədbirlər arasında şəxsi gigiyena qaydalarına riayət etmək, immuniteti gücləndirmək və sıx təmasdan çəkinmək əsas rol oynayır. 
 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Yanvar 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see350

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see341

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see326

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see297

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see296

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see293

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see279

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see278

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see272

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see271

Şaurma, yoxsa burger faydalıdır? Diyetoloq açıqladı

22 Noyabr 2026 02:00see253

40 dərəcə hərarət, dərmanlar təsirsizdir Minlərlə insan yatağa düşdü!

21 Noyabr 2026 22:10see253

Livan Prezidenti İranı topa tutdu Suverenliyimizə müdaxilə edir

22 Noyabr 2026 02:22see227

Xalq artisti görünüşü ilə müzakirə yaratdı (Video)

22 Noyabr 2026 13:22see224

“Şərurlu İsfəndiyar” oğluna dəbdəbəli toy məclisi qurdu (FOTO)

22 Noyabr 2026 03:46see221

Meryem Üzerli Maşa oldu FOTO

22 Noyabr 2026 04:01see219

Biz bu cahana sığmazıq: Aimlər planetin əhalisinin 4 milyarda endirilməsini təklif edirlər

23 Noyabr 2026 01:03see218

Ərzaq malları bahalaşıb

22 Noyabr 2026 13:51see203

Bakıda həbsdə olan şəxsin bağ evində silah sursat aşkarlanıb

22 Noyabr 2026 06:49see202

Azərbaycanlı futbolçunun komandası Kiprdə qələbə qazandı

22 Noyabr 2026 00:31see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri