Icma.az
close
up
RU
“Golden Rose” mağazalar şəbəkəsi vergidən yayınır

“Golden Rose” mağazalar şəbəkəsi vergidən yayınır

Icma.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


“Golden Rose” kosmetik mağazalar şəbəkəsində məhsulların alıcılara ƏDV-siz satıldığı iddia olunur.

Bakupost.az -ın məlumatına görə, bu barədə sosial şəbəkə istifadəçisi Günəş Səmədli paylaşım edib.

O bildirib ki, mağaza alıcı tələb etmədikcə çek vermir.

“Bu dəfə satıcı çeki tez paketin içinə qoydu. Düşündüm ki, nə əcəb istəmədən çeki verdilər. Sən demə, bu da yeni variant imiş. Çünki məhsulun adı yazılmadığından ƏDV-si yoxdur”.

Məsələ ilə bağlı “Golden Rose” mağazalar şəbəkəsinin Metropark filialı ilə əlaqə saxladıq. Mağazadan Bakupost.az -a bildirildi ki, hadisədən xəbərdardırlar:

“Əslində, bizdə bütün çeklərdə ƏDV verilir. Belə bir problemimiz olmayıb. Sadəcə, səhvlik səbəbindən belə hal yaşanıb. Hazırda yeni işçilərimiz var və onlardan biri xəta edib. İşçi təcrübəsiz olduğu üçün bilmədən sərbəst satış funksiyasını seçib, ona görə də orada belə qeyd olunub”, - deyə mağaza əməkdaşı bildirib.

Mövzu ilə bağlı Bakupost.az-a açıqlamasında hüquqşünas Ayxan Məmmədli bildirib ki, son dövrlərdə müzakirə olunan məsələlərdən biri ticarət fəaliyyətində məhsulun adı və digər müvafiq məlumatların təqdim edilməməsi ilə bağlı pozuntulardır.

Onun sözlərinə görə, konkret halda çekdə məhsulun adının göstərilməməsi bir sıra hüquqi və vergi məsələlərinə yol açır.

“Əvvəlcə qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası istehlakçı hüquqları ilə bağlı qanunvericiliyi ciddi şəkildə tənzimləyir. Hər bir istehlakçı alıcı olduğu zaman aldığı məhsulun haqqında tam və düzgün məlumat əldə etməlidir. Bu, məhsulun adı, qiyməti, vergi məbləği və digər vacib məlumatları ehtiva edir. Məhsulun adının çekdə yer almaması istehlakçı hüquqlarının pozulmasına səbəb olur və bu, qanunla müəyyən edilmiş tələbləri pozur.Vergi məsələsinə gəldikdə, müəssisələrin müvafiq vergi öhdəliklərini yerinə yetirməsi vacibdir”.

Hüquqşünas vurğulayıb ki, məhsulun adı göstərilməyibsə və ya bu məlumat gizlədilərək çek təqdim olunubsa, bu, vergi bəyannamələrinin düzgünlüyü ilə bağlı ciddi suallar yaradır. Belə hallar vergi orqanları tərəfindən ciddi şəkildə araşdırılmalı və müəssisə vergi qanunlarına zidd hərəkətlərə görə cərimələnməlidir:

“Azərbaycan Respublikasının vergi qanunvericiliyinə görə, hər bir ticarət əməliyyatı şəffaf olmalı, sənədlər düzgün və qanuni formada tərtib edilməlidir. Məhsulun adı olmadan, hələ də 18% ƏDV-nin əlavə edildiyi göstərilirsə, bu, müəyyən qeyri-şəffaflığı və vergi öhdəliklərinə düzgün yanaşmamağı göstərir. Bu vəziyyətin daha dərindən araşdırılması zəruridir”.

A.Məmmədli qeyd edib ki, istehlakçılar hüquqlarını qorumaq üçün müvafiq orqanlara müraciət edə bilərlər:

“Həmçinin, vergi ödəyiciləri, vergi öhdəliklərini düzgün yerinə yetirmədikdə, qanunla nəzərdə tutulmuş cərimələr və digər hüquqi məsuliyyətlərlə üzləşə bilərlər. Qanunvericilik həm istehlakçıların, həm də vergi ödəyicilərinin hüquqlarını qorumağa yönəlib. Belə halların qarşısını almaq üçün daha yüksək şəffaflıq və düzgün ticarət qaydalarının tətbiq edilməsi vacibdir”.

Lalə Novruz,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 Avqust 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri