Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Nazirlər Kabineti 28 sentyabr 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı"na dəyişiklik edib. SİA xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, Azərbaycanın gömrük ərazisinə gətirilən və bu ərazidən aparılan malların, gömrük orqanlarının sərəncamında olan anbarlar istisna olmaqla, müvəqqəti saxlanc və gömrük anbarlarında saxlancı ilə bağlı xidmətlər qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların siyahısından çıxarılıb.

Azərbaycanda gömrük anbarlarında saxlanılan malların qiyməti ilə bağlı QƏRAR
19 Sentyabr 2025 12:31
Dövlət Gömrük Komitəsində görüş keçirilib
04 İyun 2025 15:31
Dövlət Gömrük Komitəsi məlumat yaydı
25 Noyabr 2024 17:46
Dövlət Gömrük Komitəsindən Mehinin şikayəti ilə bağlı açıqlama
23 May 2025 13:12
Dövlət Gömrük Komitəsinin təhqiqatçısından elektron bəyannamələrlə bağlı MÜHÜM AÇIQLAMA
18 Aprel 2025 16:31

