Icma.az
close
up
RU
Gömrük Komitəsinin sabiq əməkdaşına HÖKM OXUNDU

Gömrük Komitəsinin sabiq əməkdaşına HÖKM OXUNDU

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Nəsimi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilən Nəcəf Yusifovun (adı və soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Bizim.Media xəbər verir ki, hakim Elməddin Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
 

Məhkəmənin hökmü ilə "Konstitusiya və Suverenlik İli münasibətilə amnistiya elan edilməsi haqqında" Milli Məclisin 19 dekabr 2025-ci il tarixli Qərarı tətbiq edilməklə təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə cinayət məsuliyyətindən azad olunub və iş üzrə icraata xitam verilib.


Nəcəf Yusifov barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib, mülki iddiaçının mülki iddiasına xitam verilib.
İttihama görə, Nəcəf Yusifov Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Naxçıvan Baş Gömrük İdarəsində Hədəfləmə və koordinasiya şöbəsinin inspektoru vəzifəsində, gömrük xidməti mayoru rütbəsində işləyərkən qulluq mövqeyindən sui-istifadə edib, aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirib.
Belə ki, 2025-ci ilin mart ayında o, tanışı olan zərərçəkmiş S.S.-yi aldadaraq Cənubi Koreya Respublikasından sifariş etdiyi 2016-cı il buraxılışlı "KIA Sorento" avtomobilinin gömrük rəsmiləşdirilməsində köməklik göstərə biləcəyini və bu prosesi rəsmi rüsumdan daha ucuz qiymətə həyata keçirəcəyini bildirib.
Təqsirləndirilən şəxs guya gömrük orqanlarında olan əlaqələrindən istifadə etməklə avtomobili 10 850 manat müqabilində rəsmiləşdirəcəyini deyərək zərərçəkmiş şəxsin etibarını qazanıb.
Bu yalan vədlərə inanan S.S. Nəcəfin göstərdiyi kart hesabına müxtəlif tarixlərdə olmaqla ümumilikdə 10 850 manat pul vəsaiti köçürüb. Təqsirləndirilən şəxs isə həmin vəsaiti ələ keçirərək şəxsi ehtiyaclarına sərf edib və üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib.
Məhkəmə baxışı zamanı dindirilən Nəcəf Yusifov ifadəsində deyib ki, o, uzun illər gömrük orqanlarında çalışsa da, nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı səlahiyyəti və praktiki təcrübəsi olmayıb.
O, zərərçəkmiş S.S. ilə təsadüfi tanışlıq zamanı sonuncunun müraciətindən sonra pul ehtiyacı olduğu üçün yalandan köməklik göstərə biləcəyini bildirib.
Nəcəfin sözlərinə görə, ilkin olaraq zərərçəkmiş şəxs tərəfindən 9 000 manat, daha sonra isə əlavə 500 manat və 1 350 manat olmaqla ümumilikdə 10 850 manat vəsait köçürülüb. Təqsirləndirilən şəxs bu vəsaiti şəxsi ehtiyaclarına, o cümlədən anasının müalicəsinə sərf etdiyini vurğulayıb.
O, həmçinin vurğulayıb ki, müəyyən müddət sonra S.S. ödənilmiş məbləğin geri qaytarılmasını tələb edib, lakin maddi imkanı olmadığı üçün bunu dərhal edə bilməyib.
Daha sonra o, hissə-hissə ödəniş etməyə başlayaraq ilkin olaraq 1 000 manat, ardınca isə əlavə 850 manat geri qaytarıb.
İş materiallarından məlum olub ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tam şəkildə ödəyib.
İttiham tərəfi hesab edir ki, Nəcəf Yusifov qulluq mövqeyindən istifadə etməklə aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törədib. (Pravda.az)
Bizim.Media

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://bizim.media
archiveBu xəbər 14 Aprel 2026 11:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see363

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see337

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see333

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see329

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see311

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see307

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see302

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see291

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see291

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see277

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see263

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see259

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see241

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see235

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see235

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see234

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see231

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see202

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri