Gömrükdə işləmək istəyənlərin NƏZƏRİNƏ: İmtahanın vaxtı bilindi
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan gömrük orqanlarına xidmətə qəbul ilə bağlı növbəti müsabiqə elan edilib.
Milli.Az komitəyə istinadən xəbər verir ki, müsabiqənin test imtahanı mərhələsində iştirak etmək istəyən vətəndaşların qeydiyyatı 2024-cü il noyabr ayının 21-dən dekabrın 10-dək aparılacaq. Test imtahanı dekabr 21-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək. Müsabiqədə iştirak etmək istəyən vətəndaşlar //exidmet.dim.gov.az/elimt/gomruk internet ünvanına daxil olmaqla qeydiyyatdan keçə bilərlər.
Əlavə olaraq bildiririk ki, Komitə tərəfindən gömrük orqanlarına xidmətə qəbul ilə bağlı elan edilmiş əvvəlki müsabiqənin test imtahanı mərhələsində istifadə olunan ədəbiyyat siyahısındakı mənbələrin sayı azaldılıb. Test imtahanında istifadə edilməsi nəzərdə tutulan ədəbiyyat siyahısı, məntiqi təfəkkürün yoxlanılması üzrə test imtahanı proqramı və dünyagörüşü səviyyəsinin yoxlanılması üzrə proqramla //customs.gov.az/uploads/pdfcontent/liblist.pdf internet ünvanından tanış olmaq olar.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 21 Noyabr 2024 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















