Gömrükdə yeni qayda: Bəzi malların bəyan edilməsi sadələşdirilir (Video)
Milli.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Gömrükdən keçirilən bəzi malların bəyan edilməsi artıq daha sadə formada həyata keçiriləcək.
Milli.Az "Xəzər" Tv-yə istinadən xəbər verir ki, baş nazir Əli Əsədovun imzaladığı qərarla "gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları"na dəyişiklik edilib. Yeniliyə əsasən, "qırmızı kanal" buraxılış sistemi mallara dair sadələşdirilmiş bəyannamənin təqdim olunmasına imkan verəcək. Bu bəyannamə həm kağız üzərində yazılı, həm də elektron formada təqdim edilə bilər.
Dəyişiklik fiziki şəxslərin şəxsi baqajında apardığı bəzi mallara da şamil edilir. İstehsal və ya kommersiya məqsədi daşımayan, lakin yazılı şəkildə bəyan edilməli olan mallar əl yükündə və müşayiət olunan baqajda keçirildikdə sadələşdirilmiş bəyannamə təqdim olunacaq.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 21 Sentyabr 2026 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















