Google dan şəkillərlə bağlı YENİLİK: Hər bir detala ayrıca diqqət edəcək
Icma.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Google" özünün "Gemini" süni intellektini "Google Photo" qalereyası tətbiqinə inteqrasiya edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Android Authority" portalı xəbər verib.
Yenilik istifadəçilərə neyroşəbəkə vasitəsilə şəkilləri axtarmağa və ya fotoşəkillərlə bağlı əlavə məlumat əldə etməyə imkan verir. İstifadəçilər "Gemini"yə fotolardakı insanlar, onların münasibətləri, çəkiliş yerləri və tarixləri, həmçinin şəkillərin məzmununun təsvirləri ilə bağlı suallar verə bilərlər.
Lakin "Google Photo"da "Gemini" dəstəyi hazırda yalnız ABŞ-dəkı istifadəçilər üçün və yalnız ingilis dilində həyata keçirilib. Hələlik bu imkanın digər ölkələrdə nə vaxt əlçatan olacağı barədə məlumat yoxdur.
Qeyd edək ki, "Gemini" - "Google"dan müxtəlif tapşırıqları yerinə yetirmək üçün şirkətin müxtəlif xidmətlərinə və "Android" əməliyyat sistemi ilə işləyən smartfonlara inteqrasiya edilmiş təkmilləşdirilmiş süni intellektdir.

