“Google” sabah yeni flaqmanını təqdim edəcək: Hansı yeniliklər var?
Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Google” yeni “Pixel” 11 seriyasını avqustun 12-də keçiriləcək “Made by Google” tədbirində təqdim etməyə hazırlaşır.
Lent.az xəbər verir ki, şirkətin yeni flaqman telefonları ilə yanaşı “Pixel Watch” 5 smart saatını da nümayiş etdirəcəyi gözlənilir.
“Pixel” 11 seriyasının əsas yeniliklərindən biri “Google”un yeni Tensor G6 prosessoru olacaq.
İlkin məlumatlara görə, yeni çip əvvəlki nəsillə müqayisədə performans baxımından ciddi irəliləyiş və süni intellekt funksiyalarında daha yüksək imkanlar təqdim edəcək.
Telefonların kamera sistemində də təkmilləşdirmələr gözlənilir. “Pixel” 11 Pro XL üçün sızan məlumatlarda 120 dəfə böyütmə imkanından bəhs edilir. Bununla belə, bu göstərici hələ “Google” tərəfindən rəsmi təsdiqlənməyib.
Yeni seriyanın qiymətlərinin də əvvəlki modellərdən yüksək olacağı bildirilir. İlkin məlumata görə, “Pixel” 11-in başlanğıc qiyməti 899 dollar ola bilər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:200
Bu xəbər 11 Avqust 2026 07:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















